Vikipediya:İnzibatçılara müraciət

Vikipediya, azad ensiklopediya
Sultan11 (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:50, 17 iyul 2023 tarixli redaktə

Ən son rəy:10 ay öncə, Sultan11 tərəfindən "Fəaliyyətimə qərəzli yanaşma" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Qısa keçid-yönləndirmə
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

Yaxşı məqalə namizədləri

Salam. Bu səhifəyə konkret kimsə baxır? İş bölgüsünə əsasən kimin nəzarətindədir? Ümumiyyətlə kimsə, zəhmət olmasa, nəzər yetirə bilər? Əvvəlcədən təşəkkürlər. samral müzakirə 17:36, 5 iyul 2023 (UTC)Cavabla

@Samral salam. İnzibatçıların iş bölgüsünə əsasən istiqamətlər üzrə fəaliyyət göstərən inzibatçılara baxa, onları işarələyə bilərsiniz Toghrul R (m) 06:08, 7 iyul 2023 (UTC)Cavabla
@Toghrul R, axı o cədvəldə Laboratoriya ilə bağlı heç bir başlıq filan yoxdur. Onda belə çıxır aktiv istifadəçilər olaraq özümüz edə bilərik, ya necə? samral müzakirə 11:46, 7 iyul 2023 (UTC)Cavabla
@Samral "MN" sütununa baxa bilərsiniz. Hələ ki, inzibatçılar bu məsələni həll edirlər. Məqalə qiymətləndirənlər üçün təcrübəli istifadəçilərdən ibarət xüsusi komitə yaratmaq yaxşı olardı Toghrul R (m) 11:56, 7 iyul 2023 (UTC)Cavabla
@Baskervill və @Turkmen samral müzakirə 14:46, 7 iyul 2023 (UTC)Cavabla
bəli DəyanətMM (müzakirə) 08:41, 12 iyul 2023 (UTC)Cavabla

SNS

Hörmətli inzibatçılar, vaxtınız olanda SNS-də yekunlaşdırmağı gözləyən müzakirələrə əl atın. Təşəkkürlər. - Dr.Wiki54 (müzakirə) 12:14, 6 iyul 2023 (UTC)Cavabla

@Dr.Wiki54 salam. Müəyyən müzakirələri yekunlaşdırdım. Aktivlik çox aşağıdır deyə subyektivlikdən çəkinmək çətinləşir. Digər başlıqlar üzrə fəaliyyət güclənsə, sürətlə saxlayıb-silmək olar Toghrul R (m) 06:04, 7 iyul 2023 (UTC)Cavabla
@Toghrul R, təşəkkür edirəm. Dr.Wiki54 (müzakirə) 06:51, 7 iyul 2023 (UTC)Cavabla

Ana səhifə

Salam. Təklif edirəm ki, Ana səhifədə yerləşən Son ölümlər bölməsinin kaskad mühafizəsini genişləndirilmiş mühafizə ilə əvəz edəsiniz. Çox vaxt həmin hissə köhnə şəxslər ilə qalır. Bundan əlavə siyahıda ancaq son 1 həftədə vəfat edən şəxslər olsa daha uyğun olar. Amma hal-hazırda siyahıda aprel ayında vəfat etmiş şəxslər var. — Xeyal (müzakirə) 14:39, 12 iyul 2023 (UTC)Cavabla

@Xeyal, salam. Mən təklifinizlə razıyam, bu barədə daha əvvəllər də təkliflər olub, amma nəticə verməyib. Əslində, tək o bölmə yox, bəzən seçilmiş səhifələr də qırmızı olur çox vaxt. Elə onun üçün də lazımdır. Ümumiyyətlə, tam mühafizə olunmuş səhifələri redaktə edə bilmək üçün xüsusi hüquq yaradılsa, düşünürəm ki, daha effektiv olacaq. Gadir (müzakirə) 14:47, 12 iyul 2023 (UTC)Cavabla
Kaskad mühafizə odur ki, sən bir səhifəni mühafizə edirsən, onun məzmununa daxil olan bütün səhifələr də mühafizə olunur avtomatik. Həmin bölmənin mühafizə səviyyəsini dəyişmək olmur buna görə də, kaskada görə həmişə mühafizəli olacaq. Şiroi Akuma 00:07, 13 iyul 2023 (UTC)Cavabla
Xəbərlər bölməsinin mühafizəsini dəyişmək olmazki? — Xeyal (müzakirə) 08:29, 13 iyul 2023 (UTC)Cavabla
Dəyişmək olur, amma kaskad mühafizəyə görə təsir etmir. Şiroi Akuma 09:54, 13 iyul 2023 (UTC)Cavabla
@White Demon, belə bir hüququn idxalını elə ona görə təklif etmişəm. Nə düşünürsünüz, maraqlıdır. Gadir (müzakirə) 08:37, 14 iyul 2023 (UTC)Cavabla
@White Demon, "Bilirsinizmi" bölməsini redaktə etmək olur? Gadir (müzakirə) 15:11, 17 iyul 2023 (UTC)Cavabla

SS

Salam. İnzibatçılardan xahiş edirəm ki, sürətli silinmə namizədi olan fayllara əl atsınlar. Çoxu haqlı şəkildə lisenziya və müəllif hüququ pozuntusu olduğu üçün aylar əvvəl işarələnib. - Dr.Wiki54 (müzakirə) 20:19, 14 iyul 2023 (UTC)Cavabla

Həmçinin istifadəsiz qalan fayllara (hansı ki, əksəriyyəti lisenziya və müəllif hüquqları pozuntuları ehtiva etdiyi üçün məqalələrdən çıxarılıb) da göz gəzdirərdiniz. Dr.Wiki54 (müzakirə) 20:22, 14 iyul 2023 (UTC)Cavabla
AWB vasitəsilə sürətli şəkildə silmək olur. Mən elə silmişdim inzibatçı olanda. NMW03 (müzakirə) 20:47, 14 iyul 2023 (UTC)Cavabla

The da4k

İstifadəçi Vikipediyaya zidd fəaliyyətlə məşğul olur. Xahiş edirəm lazımı tədbiri görəsiniz. Drabdullayev17 (müzakirə) 07:19, 15 iyul 2023 (UTC)Cavabla

Salam dünən yaratdığım məqaləni silmək istəyirəm xahiş edirəm kömək edin..

Wikipedia üzərindən əlavə etdiyim məqaləni silmekde çətinlik çəkirəm. Gohsgun (müzakirə) 08:01, 15 iyul 2023 (UTC)Cavabla

HəY Gadir (müzakirə) 08:11, 15 iyul 2023 (UTC)Cavabla

Fəaliyyətimə qərəzli yanaşma

Salam. İnzibatçılara ünvanladığım bu müraciəti diqqətlə oxumağı məsləhət görürəm. İnzibatçı Solavirum öz tutduğu mövqedən istifadə edərək birtərəfli və məqsədyönlü şəkildə fəaliyyət göstərir. Bunu apardığım uzunmüddətli müşahidəmə əsasən deyirəm. İnzibatçı məqsədli şəkildə bilərəkdən bir çox məqalələrin mətnini dəyişir və ya silir, lazım gəlməyən kateqoriyalar əlavə edir, hətta məqalələrin ideyasını belə başqa istiqamətə yönəldir. Məsələn: bunu Laçın rayonunun kəndlərinə aid bir çox məqalələrdə açıq-aşkar görmək olar. İnzibatçı məqalədə olan mətnin hissələrini heç bir əsas olmadan və ya bilərəkdən dəyişir. Hər bir kəsin ən həssas nöqtəsi olan milli məsələləri qəsdən qabartmağa çalışır. Aparılan dəyişikliklər qaydalara əsasən açıq-aşkar millətlər arasında ədavətin yaranmasına və qızışdırılmasına xidmət etdiyi üçün həmin yazılar mənbə ilə birlikdə məqalədən silinməlidir. Buna görə də Laçın rayonunun kəndləri ilə bağlı edilən bu cür dəyişikliklərin səhv olduğunu anlayan inzibatçı etdiyi dəyişiklikləri geri qaytarmışdır. Məqalələrin tarixçəsini yoxlamaqla bunun şahidi ola bilərsiniz.

Yuxarıda söylədiklərimdən əlavə inzibatçı vikipediya qaydalarına uyğun silinmiş məqaləni yenidən yaradır [1]. Əslində isə bu məqaləni yenidən yaratmaq yox, bu səhifəyə müraciət ünvanlamalı və məqalənin bərpasını əsaslandırmalı idi. Bu tip məqalə digər vikipediyalardan silindiyi halda Azərbaycanca Vikipediyada yenidən yaradılır. Deməli qaydalar kobud surətdə pozulmuşdur. İnzibatçının məqsədyönlü fəaliyyət aparması və tərəf tutduğu göz qabağındadır. Milli kimlik insanın qürur mənbəyidir. Minlərlə insanların qüruru ilə oynamaq olmaz. Bu cür anlaşılmamazlıqlar əvvəllərdə mövcud olmuş. Müzakirələr nəticəsində aradan qaldırılmışdır. İnanıram ki, bu dəfə də belə olacaq.

İndi isə İnzibatçı Solavirum məni qayda pozmaqda günahlandırmağa çalışır. Bu səbəbdən də bu işə diqqətlə yanaşmanızı xahiş edirəm. — ■ Sultan mesaj 21:35, 15 iyul 2023 (UTC)Cavabla

Bir neçə qeydim mövcuddur:
  • Mənim uzun illərdir göstərdiyim fəaliyyət çoxşaxəli olub və heç vaxt bir mövzuda ilişib qalmamışam. Altı-yeddi il ərzində heç kəs deməyib ki, sən burada hansısa mövqeni təbliğ etmək üçün fəaliyyət göstərirsən. İlk siz oldunuz, təşəkkürlər buna görə. "Bilərəkdən" və "məqsədli" sifətlərinə adətən əlavə mənfi sifətlər yerləşdirilir, amma siz bunu etməmisiniz.
  • Əsassız olduğu məsələsi ilə heç də razı deyiləm. Mənim sizin nəzərdə tutduğunuz məqalələrdə yerləşdirdiyim mənbələr "Qafqaz təqvimi", Tural Həmid və digər üçüncü tərəf müstəqil mənbələr olub. Yerləşdirdiyim bütün mənbələr onlayn formada mövcuddur, VP:Y pozuntusu yoxdur.
  • "[...] açıq-aşkar millətlər arasında ədavətin yaranmasına və qızışdırılmasına xidmət etdiyi üçün həmin yazılar mənbə ilə birlikdə məqalədən silinməlidir" – bu ittihamedici ritorika VP:Nəzakət qaydalarına ziddir. Hansısa kənddə yüz il əvvəl bu etnik qrupun yaşaması haqqında məlumatın yerləşdirilməsi heç bir halda multikultural Azərbaycanda belə bir problemə gətirib çıxara bilməz, amma əksinə, bir müddətdir irqçi ritorika ilə hərəkət edən siz tərəfindən qıcıqla qarşılana bilər.
  • Sözügedən məqalə ensiklopedikdir. Yerləşdirilən mənbələr bunu özü təsdiq edir. Burada beynəlxalq nüfuzlu jurnallar və nəşriyyatlar vardır.
  • Əlavə bir qeyd etmək istəyirəm ki, siz Vikipediyadan birdəfəlik uzaqlaşdırılmasınız. Bununla bağlı qeyri-ictimai formada digər inzibatçılar ilə əlaqə saxlayacağam, onlara müəyyən dəlilləri göstərəcəyəm. Sizin vikipediyaçıların müstəqil fəaliyyətini fiziki zorakılıq ilə təhdid etməyə, sözlü təzyiq tətbiq etməyə haqqınız yoxdur.
--► Hörmətlə: SolaVirum 21:46, 15 iyul 2023 (UTC)Cavabla
@Sultan11, siz burada yazdıqlarınızla neytrallıq prinsipini və bir neçə qaydanı pozmuş olursunuz. — Wealszy (müzakirə) 04:53, 16 iyul 2023 (UTC)Cavabla
@Sultan11, sizin atdığınız addımlardan çox narazıyam. Birincisi, Vikipediyadan qıraqda Solavirum'a qarşı məsələ ilə bağlı təzyiq edirsiz və ya həmin təzyiqlərin baş verməsində müəyyən payınız var. Başqa şəxs və ya şəxslər istifadəçini bu məsələyə görə narahat edir, şəxslərdən biri sizin adınızı da çəkir. Özümdən demirəm, burada paylaşa bilmədiyim sübutlar var. Hər hansı istifadəçiyə Vikipediyada etdiyi redaktələrə görə Vikipediyadan qıraqda təzyiq etmək qəbul edilməz haldır və tamamilə yanlış hərəkətdir.
İkincisi isə sizin məqalələrə əlavə etdiyiniz mənbələr tərəfsiz mənbələr deyil. Öz yazılarınızdan mənbələr əlavə edirsiz, amma deyirsiz ki, heç bir qayda pozuntusu yoxdur. Vikipediyada şəxsin o vaxt öz mənbəsini əlavə etməsinə icazə verilir ki, həmin şəxs öz sahəsində çox tanınmış, akademik fəaliyyəti ön planda olan şəxs olsun. Aydın Əlizadəin Vikipediyadakı fəlsəfə mövzusundakı fəaliyyəti kimi. Məsələn, Şəlvə məqaləsində öz yazınızdan istinad gətirmisiz, amma yazıya baxanda da məlum deyil ki, siz məlumatları nəyə istinadən yazmısız. Məqalədə tarix elmləri doktoru olan Qiyasəddin Qeybullayevin mənbəsini inkar edib səhv adlandırırsız, halbuki bildiyim qədəri ilə özünüz tədqiqatçı-jurnalistsiz. Professor Qiyasəddin Qeybullayevin məlumatlarını hansı əsaslarla səhv adlandırırsız, o da qeyd olunmayıb. Qeyd edim ki, belə hallar Vikipediya:ORİJİNAL kimi qiymətləndirilir. Şiroi Akuma 08:50, 16 iyul 2023 (UTC)Cavabla

@White Demon, əvvəlcə qeyd edim ki, mənim İnzibatçı Solavirum ilə vikipediyada və kənarda heç bir şəxsi tanışlığım yoxdur. Onunla hətta vikipediyada heç bir müzakirə də iştirakçı olmamışam. Nə də ona qarşı fiziki və ya sözlü təzyiq göstərməmişəm. Onu kiminsə mənim adımdan narahat etməsindən xəbərim yoxdur. Əksinə ilk olaraq o mənim fəaliyyətimlə bağlı sizin müzakirə səhifənizdə mənfi münasibət bildirmişdir.

İkincisi, mənbənin digər mənbələrlə təkzib edilməsi adi bir haldır. Yəni mənbə şübhə doğurarsa və ya mənbələrlə təkzib edilirsə bu mənbəni etibarsız hesab etmək olar. Tarix elmləri doktoru olan Qiyasəddin Qeybullayevin mənbəsini inkar edəcək iki mənbəni burada olduğu kimi qeyd edirəm: 1) (Baxın - Лятиф Керимов. Азербайджанский ковёр. Том III. III. Тип Карабах. А) Карабахская группа. «Касымушагы». Б.: «Гянджлик», 1983. Стр. 221). По рассказам местных жителей, в XV веке Абдул Керим и Абдул Азим из знатного рода иракских тюрков (каркутов) каждый год весной, забрав свой скот, перебирались в эти прохладные места, спасаясь от летней жары. Позже непрерывные войны заставили их навсегда обосноваться здесь. Касым был сыном одного из этих двух знатных каркутов. Жителей вышеназванных сёл и посёлков считают потомками этого Касыма. Впоследствии стали называть Касымушагы, то есть дети, потомки Касыма. 2) (Baxın - Административное деление АССР.. — Б.: Издание АзУНХУ, 1933. — С. 47.) По данным издания «Административное деление АССР», подготовленного в 1933 году Управлением народно-хозяйственного учёта Азербайджанской ССР (АзНХУ), по состоянию на 1 января 1933 года в селе Кюрт-Гаджи, являвшемся центром одноимённого сельсовета Лачинского района Азербайджанской ССР, насчитывалось 53 хозяйства и проживало 253 человека (144 мужчины и 109 женщин). Национальный состав всего сельсовета (Арахышы, Эрикли, Нагдалы, Карабейли, Карасаккал) — «тюрки» (азербайджанцы) — 99,1% . Bu mənbələr vikipediyada olan məqalədə də qeyd edilib.

Məlumat üçün onu da qeyd edim ki, Laçın, Kəlbəcər, Qubadlı və digər rayonlarda olan kəndlərin heç də hamısında kürdlər yaşamır. Məsələn, Laçın rayonunda 125 kənddən cəmi 7 kəndin əhalisi kürdlərdən ibarətdir. İnzibatçı Solavirum isə bütün kəndlərin əhalisinin türk yazılışını pozub və kürd olduğunu məqalələrə əlavə edib. Mən isə yuxarıda qeyd etdiyim əks mənbələrə oxşar mənbələr əlavə etmişəm. — ■ Sultan mesaj 20:13, 16 iyul 2023 (UTC)Cavabla

Sultan11, xahiş edirəm inzibatçının konkret hansı redaktələrindən narazı olduğunuzu burada tək-tək linklərlə istinad edərək qeyd edin. Əslində, 5-10 nümunə olsa yetərlidir. Biz onlara əsasən qərar verək. Çünki əks halda inzibatçılardan kimsə gərək Laçın rayonu haqqında olan, sizin və şikayət etdiyiniz inzibatçının redaktələr etdiyi məqalələri 1-1 təftiş eləsin. — Sortilegus (müzakirə) 14:40, 16 iyul 2023 (UTC)Cavabla

Əslində inzibatçı mənim etdiyim mənbəli redaktələri düzgün hesab etmir. Mən onun etdiyi redaktələri daha da zənginləşdirərək neyterallaşdırmağa çalışmışam. Məsələn, bu cür [1], [2], [3], [4], [5], [6], [7], [8], [9], [10] redaktələrdən sonra, mən məqalələrdə mənbələri göstərməklə etdiyim redaktələrə görə([11], [12], [13] və sairə.) mənimlə müzakirə etmədən mənim haqqımda nəsə etmək lazım olduğunu bildirmişdir.

Vikipediya qaydalarına uyğun silinmiş məqalə yenidən yaradılır [1]. Əslində isə bu məqaləni yenidən yaratmaq yox, bu səhifəyə müraciət ünvanlamalı və məqalənin bərpasını əsaslandırmalı idi. — ■ Sultan mesaj 20:25, 16 iyul 2023 (UTC)Cavabla

"Vikipediya qaydalarına uyğun silinmiş" nə dəxli var? Laçın Kürd Respublikası, Kürdüstan qəzası bunlar hamısı ensiklopedik mövzulardır. Yüzlərlə mənbələr də bunu təsdiq edir. "Məqaləsi olması qaydlara uyğun deyil" də nə deməkdir? Konkret hansı qaydalara uyğun deyil, deyə bilərsiz? Gadir (müzakirə) 20:29, 16 iyul 2023 (UTC)Cavabla
@Gadir, maraqlıdır ki, Laçın Kürd Respublikası məqaləsi 2017-ci ildə Sultan11 tərəfindən SNS-ə təqdim olunub, elə özü də müzakirəni yekunlaşdıraraq silinməsinə qərar verib. SNS də düzgün aparılmayıb, konsensus yoxdur, müzakirəni də başqa bir inzibatçı yekunlaşdırmalı idi. Şiroi Akuma 06:10, 17 iyul 2023 (UTC)Cavabla
Hörmətli həmkar, bura da məsələ heç də məqalənin ensiklopedik və ya qeyri-ensiklopedik olması deyil. Sadəcə qaydalara əsasən silinmiş məqaləni yenidən yaratmaq yox, bu səhifəyə müraciət ünvanlamalı və məqalənin bərpasını əsaslandırmalı idi. Deməli, qayda pozulmuşdur. Məqalə silinməlidir. Məqalənin konkret hansı qaydalara uyğun deyil, deyə bilərsiz? - sualınızı elə burada cavablandırım:
  • Sırf ayrı başlıq altında olacaq qədər ensklopedik deyil və bir qəzet xəbəri qədərdir.
  • Bu məqalədə Vikipediyanın rəsmi prinsiplərindən biri olan beş əsas prinsipdən birincisi pozulmuşdur.
  • Məqalədə olan məlumatların yarıdan çoxunun məqalə ilə heç bir əlaqəsi yoxdur.
  • Məqalə həcminin gələcəkdə artırılması imkanının sıfıra bərabər olması.
  • Məqalə digər vikipediyalardan silinmiş və yalnız Kürdcəİtalyanca Vikipediyalarda qalmaqdadır.
  • Bu dövrə aid məlumatların bir hissəsi onsuz da Laçın rayonu məqaləsində var və olmayanlar ora və yaxud Kürdüstan qəzası məqaləsinə əlavə edilə bilər.— ■ Sultan mesaj 19:01, 17 iyul 2023 (UTC)Cavabla
    Bunlar sizin subyektiv fikirlərinizdir. Zəhmət olmasa, White Demon-un aşağıda qeyd etdiyi keçidlərə diqqət yetirin. Məsələn, hansı vikilərdən silinib? Mövzuya əhəmiyyəti mənbələr verir və gördüyünüz kimi, həmin məqalədə hadisələr barədə məlumatlar mənbələrlə birgə qeyd olunub. Mənbəsiz yazılmış olsaydı, bəli, silinə bilərdi. İkincisi, məqalə kifayət qədər genişdirsə, necə daha artıq genişləndirmək olar? Olduğu qədər olacaq da. Gadir (müzakirə) 19:28, 17 iyul 2023 (UTC)Cavabla
    Azərbaycanda yaradılmış qondarma respublikaların məqalələrin söhbəti açılanda həmişə qırğın düşür. Dağlıq Qarabağ RespublikasıLəzgistan məqalələrin silinməsi barədə olan fikirlərin sayını artıq unutmuşam. İndi isə bu məqalədə eyni taleyi yaşayır. Sizin fikirləriniz subyektivdir, hiss olunur ki, sadəcə bu haqda məqalənin olmamasını istəyirsiz. Filankəsin öz fermasında yaratdığı dövlət və ya sadəcə bir nəfərdən ibarət olan dövlət haqqında məqalələr olduğu halda bu məqalə haqda "birinci prinsip pozulub, ensiklopedik əhəmiyyəti yoxdur" demək oturmur. Məqalənin ancaq iki dildə olmasının və ölçüsünün artılmaması isə ümumiyyətlə mövzu ilə əlaqəsizdir. Dil keçidlərinin sayına və ya ölçünün artıla bilməməsinə görə məqalənin silinməli olduğu harada görülüb? Mən dünən Qodzilla qayası məqaləsini yaratmışam, ancaq yaponca Vikipediyada var, məzmununu da daha artıra bilmirəm, deməli silinməlidir? Özü də bu qondarma dövlət haqqında ancaq 2-3 dildə məqalənin olması qeyri-adi şey deyil, spesifik mövzudur. Şiroi Akuma 19:50, 17 iyul 2023 (UTC)Cavabla
1. Xaricdən təzyiq barədə dedikləriniz tam həqiqətə uymur. Məsələ barədə Solavirum'a təzyiq edən şəxslərdən biri yazıb ki, ona Solavirum'un fəaliyyəti barədə məlumat verən şəxs siz olmusuz, sizin ad soyadınızı verib. Durduq yerə niyə yalan danışsın ki? Birbaşa etməsəniz də, dolaylı şəkildə istifadəçiyə qarşı təzyiqdə payınız olub.
2. Mənbələr barədə olan mövqeyiniz düzgün deyil. Deyirsiz ki, Qeybullayevin mənbəsini Kərimovun mənbəsi ilə inkar etmək olar, onda bu məntiqlə mən də deyə bilərəm ki, Kərimovun mənbəsini Qeybullayevin mənbəsi ilə inkar edirəm. Hansı mənbənin hansı mənbəni inkar etməsinə kim qərar verir? Bundan əlavə, Lətif Kərimov tanınmış xalçaşünas olsa da, tarixçi olmayıb. Xalçaşünasın mənbəsini tarix professorunun mənbəsindən üstün tutmağınız maraqlı məqamdır. İkinci mənbəyə gəldikdə isə 1933-cü ildə kənddə heç bir kürdün yaşamamasının müzakirə ilə əlaqəsi yoxdur, burada müzakirəyə səbəb olan mövzu kəndlərin ilk əhalisinin, yəni qurucularının kürd olub-olmamasıdır. İndiki və ya 1933-cü ildəki əhalinin azərbaycanlılar olduğunu heç kim inkar etmir ki. Şiroi Akuma 21:26, 16 iyul 2023 (UTC)Cavabla
1. Hörmətli həmkar, bir daha qeyd edirəm ki, Solavirumu kiminsə mənim adımdan narahat etməsindən xəbərim yoxdur. Əgər belə bir hadisə baş veribsə, bu işdə mənim heç bir payım yoxdur. Kimsə mənim adımdan sui-istifadə edə də bilər.
2. Qeyd edim ki, etdiyim redaktələrlə bağlı bu cür müzakirələri həmkarımız Solavirumla da apara bilərdik. İzahat üçün deyim ki, son zamanlar redaktə etdiyim kənd məqalələrində kəndin qurucuları, yəni ilk yaşayanları Qasımuşağı tayfasıdır və indidə həmin kəndlərdə yaşayanlar onlardır. Bu məlumatlar - Əli Əliyev. Laçın-Qədim Oğuz yurdu. Bakı: Avropa. 2009. - Ənvər Çingizoğlu. Sultanlıq soydan gəlir (100 nüs.). Bakı: Mütərcim. 2012. - Şikar Qasımov. Xalq Qəhrəmanı Sultan bəy. Bakı: Elm. 2011. və s. bu kimi mənbələrdə bir-birini tamamlayır.— ■ Sultan mesaj 19:11, 17 iyul 2023 (UTC)Cavabla
Mən inanmıram ki, kimsə durduq yerə sizin ad və soyadınızı ortaya atsın. Hər halda, vikipediyaçıların akademik azadlığını belə banal yollar ilə təhdid etmək qəbuledilməzdir. Mən özüm ilk növbədə bu cür məzmun problemlərinin platforma daxilində həll edilməsinin tərəfdayıram, amma feyk profillər, qoçu gücü ilə təhdid və s. adamı sözsüz ki, həvəsdən salır. Heç nə, uzağı bu məsələdə kimin əli varsa, onun payına ağır söyüş qoyarıq, belə də bitər problem :). --► Hörmətlə: SolaVirum 19:31, 17 iyul 2023 (UTC)Cavabla
Laçın Kürd Respublikası nədir ki? Belə dövlət harda olub? 20 mayda yaranıb 22 mayda ləğv olunub? Kürdüstan qəzası ilə bunu qarışdırmaq lazım deyil. Qəza sovet vaxtı olub, sovetin planına uyğun qurulub, sonra da lazımsız hesab edilib ləğv olunub. O tarixi faktdır. Amma Laçın Kürd Respublikası heç erməni vikipediyasında yoxdur. Bir kürd vikipediyası yaradıb - o da elə kürd vikipediyası olduğuna görə. Olmayan şeydən Azərbaycan vikipediyasının redaktorları dağ düzəldirlərsə, bizə heç düşmən lazım deyil ki. İndi görərsiz - erməni vikipediyasının redaktorları yuxudan ayılandan sonra o dəqiqə yaradacaqlar bu məqaləni, ABŞ-da, Fransada oturan alimləri də mənbə düzəldəcək onlara, yazacaqlar ki, sən demə 11 əsrdə də olub belə bir dövlər, bu 2 günlük dövlət də onun varisi imiş. Sonra da 80 dildə vikipediyada olacaq bu məqalənin surəti.— Sortilegus (müzakirə) 06:41, 17 iyul 2023 (UTC)Cavabla
@Sortilegus, bu cür qondarma dövlət yaratmaq cəhdi olub, bu məsələ yerli mediada da arada işıqlandırılır. [14], [15], [16]. Şiroi Akuma 07:25, 17 iyul 2023 (UTC)Cavabla
"Olmayan şeydən Azərbaycan vikipediyasının redaktorları dağ düzəldirlərsə, bizə heç düşmən lazım deyil ki". Əla, düşmənə çevrildiyimin fərqinə deyildim. Əgər Azərbaycanca Vikipediyada inzibatçılardan biri neytrallıq prinsipinə uyğun hərəkət etmirsə, burada artıq bütün inzibatçılar ortaya çıxmalıdır. Çıxmırsa, yenə meta müdaxilə etməlidir. Bunlar çox məyusedici hallardır. --► Hörmətlə: SolaVirum 11:15, 17 iyul 2023 (UTC)Cavabla
  • "heç erməni vikipediyasında yoxdur" – orada olmaq məcburiyyətindədir?
  • "erməni vikipediyasının redaktorları yuxudan ayılandan sonra o dəqiqə yaradacaqlar bu məqaləni, ABŞ-da, Fransada oturan alimləri də mənbə düzəldəcək onlara, yazacaqlar ki, sən demə 11 əsrdə də olub belə bir dövlər, bu 2 günlük dövlət də onun varisi imiş" – sizdə ciddi VP:MİLLİ problemləri var. Azərbaycanca Vikipediya "Azərtac" deyil, olmamalıdır da. Sabah ABŞ akademikləri nə edər, öz işləridir, amma tarixşünaslıq baxımından dezinformasiya ilə dolu AzVikidən nəsə götürəcəklərinə şübhə edirəm.
  • Mənim əsas fəaliyyətim Qarabağ münaqişəsi olub. Bunu Laçının işğalı məqaləsini yazan dövrdə yaratmışdım. Hər halda, niyəsə Talış-Muğan Muxtar Respublikası problem yaratmır, ensiklopedikdir, amma bu deyil?
--► Hörmətlə: SolaVirum 19:34, 17 iyul 2023 (UTC)Cavabla
Sultan11-in burada yazdığı rəylərdə bir neçə qayda pozuntusu var, buna nəzər yetirin — Wealszy (müzakirə) 19:37, 17 iyul 2023 (UTC)Cavabla
Mən artıq nəyə nəzər yetirim bilmirəm. Burada üçüncü tərəf etibarlı mənbələr ilə "Laçın qədim oğuz yurdu", "lullubilər türk olub" söhbəti aparan şeyləri müzakirə edirlər. Digər inzibatçı mənə tərəf durmaqdansa, gəlib mənə "düşmən" sözünü ünvanlayır, "ermənilər baxıb nə deyər" söhbəti aparır. Vallah nə envikidə, nə də ruvikidə belə şeylər görmüşəm. Sabah saytın loqosunu dəyişib Sabir Rüstəmxanlının şəklini qoyarsınız artıq. --► Hörmətlə: SolaVirum 19:40, 17 iyul 2023 (UTC)Cavabla
Həmçinin onda bu məntiqlə Talışıstan da silinməlidir? Digər dillərdə Azərbaycanla bağlı o qədər mövzu, məqalə var ki, heç onların yarısı burada yoxdur. @Solavirum, xahiş edirəm, "Heç nə, uzağı bu məsələdə kimin əli varsa, onun payına ağır söyüş qoyarıq, belə də bitər problem :)." belə ifadələr işlətməyin. Gadir (müzakirə) 19:41, 17 iyul 2023 (UTC)Cavabla
VP:MİLLİ kobud şəkildə pozulub və pozulmağa da davam edir. Gadir (müzakirə) 19:43, 17 iyul 2023 (UTC)Cavabla
Sultan11, Qasımuşağı tayfası qaraçorlu elindəndir. Osmanlı mənbələri də onlara kürdəsilli qrup deyir. Ümumiyyətlə, Oğuldərə, Çorman və Qorçu kəndlərində aparılan genetik tədqiqatlarda görünür ki, nümunə şəxs İraq kürdləri ilə eynidir hətta. Sizin etdiyiniz birbaşa olaraq göstərilən mənbələrə tərəfli yanaşaraq hansısa bir gündəliyi tətbiq etməkdir. Etibarlı statistik mənbə var əlimizdə, "Qafqaz təqvimi" deyir ki, burada filan ildə kürdlər yaşayıb. Siz də gəlib hansısa xalça ustasını istinad edərək onu silirsiniz. "Kürdhacı"ya "Qurdqajı"ya deyən tarixşünaslıq cərəyanı onsuz da bütün dünyada tənqid olunur. --► Hörmətlə: SolaVirum 19:48, 17 iyul 2023 (UTC)Cavabla
Bu müzakirələri biz burada deyil, bir həmkar kimi ya müzakirə səhifələrimizdə və ya həmin məqalələrin müzakirə səhifələrində apara bilərdik.— ■ Sultan mesaj 20:11, 17 iyul 2023 (UTC)Cavabla
Sultan11, bunu niyə deyirsiniz ki indi? Bu başlığı mən yox, siz açmısınız. Siz konkret artıq sadəcə vikipediyanın ümumi işini pozmaqla məşğulsunuz. --► Hörmətlə: SolaVirum 20:13, 17 iyul 2023 (UTC)Cavabla
Mən sadəcə Sortilegusun münasibətini gözləyirəm. "Sultan11" adlı istifadəçi haqqında özüm qərar vermişəm, digər inzibatçıların da fikrini öyrənmək istəyirəm. VP:BURADADEYİL, en:WP:NONAZI --► Hörmətlə: SolaVirum 19:53, 17 iyul 2023 (UTC)Cavabla
Yuxarıda göstərdiyiniz qaydaların mənim tərəfimdən heç biri pozulmayıb. Bu artıq sizin inzibatçılıq fəaliyyətinizdən sui-istifadədir və mənə sözlü təzyiqdir. — ■ Sultan mesaj 20:14, 17 iyul 2023 (UTC)Cavabla
Sultan11, bu saniyə müddətsiz blokda deyilsiniz, çünki burada üçüncü tərəf münasibət əsasında fəaliyyət göstərən tək-tük inzibatçılardan biri mənəm. Üstümə qoçuları göndərən siz, təzyiq alan siz? Nə yazım mən? --► Hörmətlə: SolaVirum 20:20, 17 iyul 2023 (UTC)Cavabla

Hörmətli həmkarlar, mövzudan uzaqlaşmamağa çalışaq. Belə ki, mənim vikipediyada olan fəaliyyətimi yenidən başlamasından narazı qalan inzibatçı mənimlə heç bir redaktə müharibəsi etmədən, hətta müzakirə belə aparmadan, bir söz belə demədən mənim fəaliyyətimi məhdudlaşdırmağı, hətta ilk müzakirədən sonra vikipediyadan uzaqlaşdırılmağımı təklif edir. Günahım isə məqalələri zənginləşdirməyim və mənbələr əlavə etməyim olub. Redaktələr zamanı hansısa bir cümləyə görə bu cür ittiham olunmağım qərəzlidir. Müzakirə obyekti mənim redaktələrim deyil, bu barədə mübahisədə olmayıb. Məsələ inzibatçının mənə qarşı qərəzli hərəkətidir. İkincisi, qaydaları pozaraq silinmiş məqaləni yenidən yaratmasıdır, məqalənin ensklopedik olub-olmaması deyil. Əgər adi istifadəçi yuxarıda söylənənləri etsəydi o zaman inzibatçılar yəqin ki, tədbir görərdilər. Ona görədə xahiş edirəm mənə iradlar bildirən hər bir inzibatçı digər tərəfində səhvlərini qiymətləndirsin. — ■ Sultan mesaj 19:57, 17 iyul 2023 (UTC)Cavabla

Sultan11, bir neçə məsələ var:
  • Mən sizi ümumiyyətlə tanımıram.
  • Şikayəti bura irəli sürən sizsiniz. Mən sadəcə sizin fəaliyyətinizi müzakirəyə çıxarmaq istəyirdim.
  • "məqalələri zənginləşdirməyim və mənbələr əlavə etməyim olub" – xeyir. Günahınız qətiyyən bu deyil. Günahınız mövcud etibarlı mənbələri silməyiniz, müəyyən "agenda"nı izləməyiniz, orijinal tədqiqata yol verməyiniz, neytrallıq prinsipini pozmağınız, VP:MİLLİ qaydasını pozmağınız, ensiklopedik olan məqaləni silməyi təklif edərək Vikipeyanın ümumi işini pozmağınızdır.
  • Mənə edilən təhdidlər iyun ayının əvvəllinə təsadüf edir. Məhz bu təhdidlərdən sonra siz necəsə fövqəltəbii qüvvələr tərəfindən oyadılırsınız və 2021-ci ildən sonra yenidən fəaliyyətə başlayırsınız. Sizin bu məsələdə adınızın çəkilməyi və bu məsələ yerini tapan zaman sizin yenidən fəaliyyətə başlamanız qətiyyən şübhə doğurmur? Onsuz da cinayətkar cinayətini qəbul edən deyil.
--► Hörmətlə: SolaVirum 20:04, 17 iyul 2023 (UTC)Cavabla
Məni cinayətkar adlandırdığınız üçün çox sağolun.
  • Mən də sizinlə ümumiyyətlə tanış deyiləm.
  • Nədən mənimlə heç bir müzakirə aparmadan mənim fəaliyyətimi müzakirəyə çıxarmanız mənə maraqlıdır.
  • Heç bir mənbəni məqalədən silməmişəm, həmin mənbələri saxlamaqla əksinə yeni mənbələr əlavə etmişəm. Orjinal tədqiqat deyərkən mən burada mənbə göstərdiyim məqalələri siz məndən öncə bir çox məqalələrə əlavə etmişdiniz. Məndə onları daha da dəiqləşdirdim. Nümunə üçün birini qeyd edirəm. [17] və s.
  • Bir daha deyirəm heç bir təhdid və təqibdən xəbərim yoxdur.
  • Məqalələr mənim izləmə siyahıma daxil olduğu üçün sizlərin etdiyi dəyişiklilər barədə mənim e-poçtuma məlumat gəlir. Və bu xəbərdarlıqlardan birinə daxil olduqdan sonra digər məqalələri nəzərdən keçirdim.— ■ Sultan mesaj 20:36, 17 iyul 2023 (UTC)Cavabla
    Nə təsadüfdürsə, uzun müddət fəaliyyətsizlikdən (2 ildən artıq) və həmin hadisədən sonra? Gadir (müzakirə) 20:47, 17 iyul 2023 (UTC)Cavabla
Qarşımızda olan şəxsin fəaliyyət və davranış sxeması çox bəllidir. Bir müddət əvvəl peyda olmuş Laçın TÜRK ilə eyni "agenda"ya malikdirlər, ikisi də verilən faktlara saymamazlıq edir, öz bildiklərini deyirlər. --► Hörmətlə: SolaVirum 20:06, 17 iyul 2023 (UTC)Cavabla
Mən Laçın TÜRK adlı istifadəçini tanımıram. Saymamazlıq deyərkən nəyi nəzərdə tutursunuz? Öz bildiklərini deyirləri necə başa düşüm? — ■ Sultan mesaj 20:50, 17 iyul 2023 (UTC)Cavabla
Heç olmasa məqalədə yazılsaydı ki, "filan mənbələrdə kürd, filan mənbələrdə türk deyir", dərd yarı idi, amma məqalədə ümumiyyətlə həmin məlumat "səhv çıxarılıb". Özü də xalçaşünasın mənbəsinin tarix professorunun mənbəsindən üstün tutulmaqla. Solavirum'a nömrədən zəng edərək, təhdid ilə təzyiq edən şəxslərdən biri olan Laçın TÜRK adlı istifadəçinin keçən ay yaratdığı söz-söhbətdən sonra Sultan11-in həmin məqalələrdə işləməyə başlamasının təsadüf olmadığını anlamaq çətin deyil. Ümumiyyətlə, inzibatçılar başa düşməlidir ki, vikipediyadakı fəaliyyətinə görə vikipediyadan qıraqdan təqib olunmaq dəhşətli bir şeydir. Təsəvvür edin ki, hansısa kəndin məqaləsini işləyəndən sonra hansısa şəxslər nömrənizi tapıb zəng edirlər, deyirlər ki, "bütün kənd əhli səni axtarır", sizcə xoş olar? Burada ancaq Solavirum'a görə danışmıram, özüm üçün də, hamı üçün də danışıram ki, sabah, birisi gün eyni hal sizin də başınıza gələ bilər. Şiroi Akuma 20:23, 17 iyul 2023 (UTC)Cavabla
@White Demon ilə tam razıyam. Buradakı istifadəçilər könüllü və təmənnasız fəaliyyət göstərirlər. Onları hansısa redaktəyə görə Vikipediyadan kənarda təqib, təhdid, hədələmə və s. etmək qəbuledilməz haldır. Yəqin ki, belə hallar Az Viki tarixində az olmayıb. Deyəsən elə bir müddət əvvəl də bir istifadəçi buna görə Vikipediyaya uzun bir müddət ara verməli və fəaliyyətini dondurmaq məcburiyyətində buraxılıb. Ümid edək ki, gələcəkdə bir də belə xoş olmayan hallar yaşanmaz. Gadir (müzakirə) 20:41, 17 iyul 2023 (UTC)Cavabla