Yağmur Atsız

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yağmur Atsız
türk. Yağmur Atsız
Doğum tarixi (84 yaş)
Doğum yeri İstanbul, Türkiyə
Vətəndaşlığı Türkiyə Respublikası
Atası Nihal Atsız
Milliyyəti Türk
Təhsili İstanbul Universiteti
Bonn Universiteti
Fəaliyyəti yazıçı, jurnalist

Yağmur Atsız (4 noyabr 1939, İstanbul[1]) — türk tarixçi, şair, türkoloqtürk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın oğlu, türkoloq Buğra Atsızın böyük qardaşı.[2][3]

Həyatı[redaktə | mənbəni redaktə et]

1939-cu ilin noyabr ayının 4-də İstanbul şəhərində Nihal Atsızın ailəsində anadan olmuşdur.

Təhsili[redaktə | mənbəni redaktə et]

Heydərpaşa liseyində orta təhsilini başa vurduqdan sonra İstanbul universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Buradakı təhsilini bitirdikdən sonra Almaniyanın Bonn Universitetinə təhsil almaq üçün getmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1967-ci ildə buradakı təhsilini bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat-Nəşriyyat İdarəsində işləmişdir. 1971-ci ildə Almaniyaya geri dönən Atsız, televiziya və radio qurumlarında film çəkilişi və siyasi şərhçiliklə məşğul olmuşdur. 1977-ci ildən etibarən 2 il müddətinə Türkiyənin Bonn şəhərindəki konsulluğunun mətbuat katibliyini etmişdir.

Mətbuat sahəsindəki fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Nöqtə, Bazar postası, Yeni yüz il, Tərcüman, Milliyyət, Maya, Türk ədəbiyyatı kimi qəzet və jurnallarda yazılar yazmışdır. 31 dekabr 2014-cü il tarixinə qədər Star qəzetində köşə yazıları yazmışdır.[4] 2016-cı ilin oktyabr ayından etibarən Qərar qəzetində yenidən köşə yazıları yazmağa başlasa da, qısa müddət sonra bu fəaliyyətini də dayandırmışdır.[5]

Ədəbi yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Əsərləri:

  • Türk ədəbiyyatından seçmələr və alman ədəbiyyatında türk izləri (1976)
  • Bloknot- çəkməcə yazıları (2000)
  • Eine frau um Vierzig (40 yaşlarından qadın) — almanca və fransızca şerlər (1985)
  • Günlərimiz (1993)
  • Unudular şəhər (1997)
  • Məchul gənc jurnalistə yazılar (2002)
  • Cervantes inebahtı'nın tək qollusu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Deutsche Nationalbibliothek Record #1048652637 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "yağmur atsız". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
  3. "Yağmur Atsız". 2017-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
  4. "En güzel ânında bitirin!". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
  5. "Merhaba derken". 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.