WHITE

white1

n 1. ağ rəng; ağlıq; dressed in ~ ağ paltar geymiş; 2. ağ boyaq / rəng; 3. ağ material (parça); 4. yumurta ağı; Take the whites of two eggs İki yumurtanın ağını götür /götürün; 5. gözün ağ pərdəsi, göz ağı; to turn up the ~s of one’s eyes gözlərini ağartmaq; 6. ağ adam, ağ dərili adam; 7. ağ et (toyuqda və s.); 8. şahm. ağ fiqurlar;

◊ to call ~ black, to turn ~ into black ağa qara, qaraya ağ demək

white2

adj 1. ağ; She painted the walls white O, divarları ağ rənglədi; 2. solmuş, solğun, rəngi qaçmış; Her face was white with fear Onun sifəti qorxudan ağarmışdı; 3. ağ, çal; His hair has turned white Onun saçı ağarıb / çallaşıb; 4. şəffaf, təmiz (su, hava, işıq haq.); 5. təmiz, müqəddəs, pak, ləkəsiz; 6. zərərsiz, ziyansız, qərəzsiz; ~ lie qərəzsiz yalan; ~ war iqtisadi / qansız müharibə; 7. d.d. düz, təmiz, alicənab, namuslu; a ~ man namuslu / düz adam; 8. ağ, ağ dərili; ~ schools ağ dərili uşaqlar üçün məktəblər;

◊ ~ feather 1) qorxaqlıq; 2) qorxaq, ağciyər (adam); to show the ~ feather qorxmaq; qorxaqlıq göstərmək; ~ night yuxusuz gecə; ~ as death ölü kimi ağappaq; as ~ as a sheet kağız kimi ağ; ~ fury qəzəb, hiddət, qeyz, acıq; ~ light 1) gündüz işığı; 2) qərəzsiz mühakimə

WHIT
WHITE COAL
OBASTAN VİKİ
Barry White
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir. Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
White Fox
White Fox Ltd. (株式会社 WHITE FOX, Kabushiki Gaisha Howaito Fokkusu) — 2007-ci ilin aprelində Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası. White Fox OLM studiyasının spun off studiyasıdır. Tears to Tiara (2009) Katanagatari (2010) Steins;Gate (2011) Jormungand (2012) Jormungand: Perfect Order (2012) The Devil Is a Part-Timer! (2013) SoniAni: Super Sonico The Animation (2014) Is the Order a Rabbit? (2014) Akame ga Kill! (2014) Utawarerumono: Itsuwari no Kamen (2015) Is the Order a Rabbit??
Black Or White
Black or White — Maykl Ceksonun Dangerous albomundan olan ən uğurlu sinql. Sinql 8 noyabr 1991-ci ildə satışa çıxarılmışdır. Mahnı rok və dans-pop janrlarının qarışdırılması əsasında yaradılmışdır. İrqi ayrıseçkiliyə qarşı yazılmış mahnının söz və musiqi müəllifi, həmçinin aranjimançısı Cekson özü, rep parçanın müəllifi isə Bill Bottrelldir. Mahnın girişindəki və eləcə də mahnı boyu səslənən gitar musiqi parçasının ifaçısı məşhur gitaraçı Slashdır. Mahnı satışa çıxarıldığı gündən US Billboard Hot 100 və UK Singles Chart da daxil olmaqla iyirmi ölkənin hit paradlarında birinci yerə yüksəlmiş, həmçinin 1991-ci ilin ən çox satılan sinqlı olmuşdur. Tamaşaçılarda maraq oyatmaq üçün Epic Records mahnıya çəkilmiş klipin təqdimatının keçirilməsndən yalnız iki gün əvvəl mahnının radiolarda yayımlanmasına icazə vermişdi. Mahnının tanıtımı 1991-ci ilin noyabrında New York və Los-Anceles şəhərlərində başlanıldı və yalnız bundan bir həftə sonra sinql rəsmən satışa çıxarıldı. Mahnıya çəkilmiş klip ilk dəfə 1991-ci 14 noyabr tarixində MTV, BET, VH1, və Fox telekenallarında yayımlanmışdır. Klipdə Jacksonla birgə Macaulay Culkin, Tess Harper, və George Wendt də rol almışdır.
C.T.White
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. == Əsərləri == An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Cyril Tenison White
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. == Əsərləri == An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Edward Higgins White
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
The White Guard
Ağ Qvardiya (rus. Белая гвардия) 20-ci əsr rus yazıçısı Mixail Bulqakovun sonralar "The Master and Margarita" adlı tənqidçilər tərəfindən bəyənilən bir romanıdır. Ağ Qvardiya ilk dəfə 1925-ci ildə Sovet İttifaqı dövründə nəşr olunan "Rossiya" lakin serial tamamlanmadan jurnal bağlandı. 1966-cı ilə qədər Rusiyada yenidən çap olunmadı. White Guard ilk iki hissələri Rossiya dərc edilmişdir sonra, Bulgakov mərhələ üçün bir versiyası yazmaq üçün dəvət olunub. O deyilən Başla <i id="mwGg">Turbins günləri</i> . Bu, Moskva İncəsənət Teatrında böyük bəyənmə ilə hazırlandı: "Turbinlər Günü … bir teatr əfsanəsinə çevrildi. . . Prodüser 1926-cı ildən 1941-ci ilə qədər davam etdi, 987 tamaşa var idi. . . Stalin … 20 dəfədən az olmayaraq gördü ". Əslində tamaşa kitabı tamamilə kölgədə qoydu, hər halda istənilən formada praktik olaraq əlçatmaz idi.
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.
White Blood Cells
White Blood Cells — ABŞ rok duosu The White Stripes-ın üçüncü studiya albomu. 3 iyul 2001-ci ildə Sympathy for the Record Industry tərəfindən buraxılıb.
Aerodramus whiteheadi
Aerodramus whiteheadi (lat. Aerodramus whiteheadi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Angianthus whitei
Lemooria (lat. Lemooria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lemooria burkittii (Benth.) P.S.Short Sinonim Angianthus burkittii (Benth.) J.M.Black Angianthus whitei J.M.Black Gnephosis burkittii Benth.
Canarium whitei
Canarium whitei (lat. Canarium whitei) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserakimilər fəsiləsinin canarium cinsinə aid bitki növü.
Dendrobium whiteanum
Grevillea whiteana
Grevillea whiteana (lat. Grevillea whiteana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea whiteana (McGill.) Christenh.
Harpactes whiteheadi
Harpactes whiteheadi (lat. Harpactes whiteheadi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin harpactes cinsinə aid heyvan növü.
Salvia whitehousei
Salvia whitehousei (lat. Salvia whitehousei) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Whitechapel (musiqi qrupu)
Whitechapel — 2006-cı ilin fevral ayında Noksvilldə (Tennessi) yaradılan ABŞ metal musiqi qrupu. Qrup vokalçı Phil Bozeman, gitaraçı Brandon Cagle, və gitaraçı Ben Savage tərəfindən qurulub. Daha sonra qrupa bas gitara üçün Gabe Crisp, və zərb alətləri üçün Derek Martin qatıldı. Həmən ildə qrup iki Demo 1 (2006) və Demo 2 (2006) demo albomları buraxdı. Onlar öz qrupunun adını London şəhərində Whitechapel rayonunun tanınmış, məşhur qatil İçalatçı Cek cinayətlərinə görə götürüblər.2007-ci ildə qrup Böyük Britaniyada, Candlelight Records ilə müqavilə imzalayıb və az sonra qrupda zərb alətləri üçün Kevin Lane gəldi və həmin ilin iyununda qrup "Defilement The Somatic" ilk studio albomunu buraxıb. Daha sonra qrup 2007-ci ildə Metal Blade Records şirkəti müqavilə imzalayaraq,2008-ci ildə "This Is Exile" adlı albomlarını buraxıb. Həmən ilin avqust ayında qrup (The Summer Slaughter Tour)-a qatılaraq Impending Doom, A Different Breed of Killer, və Through the Eyes of the Dead qrupları ilə konsertlər də çıxış etdi. Həmən ildə qrup digər məşhur metal qrupları ilə konsertlər də çıxış etmişdir. Parkway Drive,Unearth,Cannibal Corpse, Behemoth, Slayer və Marilyn Manson. 8 iyun 2010-cu ildə "A New Era of Corruption" adlı üçüncü studiya albomu çıxdı.
Whitechapel (qrup)
Whitechapel — 2006-cı ilin fevral ayında Noksvilldə (Tennessi) yaradılan ABŞ metal musiqi qrupu. Qrup vokalçı Phil Bozeman, gitaraçı Brandon Cagle, və gitaraçı Ben Savage tərəfindən qurulub. Daha sonra qrupa bas gitara üçün Gabe Crisp, və zərb alətləri üçün Derek Martin qatıldı. Həmən ildə qrup iki Demo 1 (2006) və Demo 2 (2006) demo albomları buraxdı. Onlar öz qrupunun adını London şəhərində Whitechapel rayonunun tanınmış, məşhur qatil İçalatçı Cek cinayətlərinə görə götürüblər.2007-ci ildə qrup Böyük Britaniyada, Candlelight Records ilə müqavilə imzalayıb və az sonra qrupda zərb alətləri üçün Kevin Lane gəldi və həmin ilin iyununda qrup "Defilement The Somatic" ilk studio albomunu buraxıb. Daha sonra qrup 2007-ci ildə Metal Blade Records şirkəti müqavilə imzalayaraq,2008-ci ildə "This Is Exile" adlı albomlarını buraxıb. Həmən ilin avqust ayında qrup (The Summer Slaughter Tour)-a qatılaraq Impending Doom, A Different Breed of Killer, və Through the Eyes of the Dead qrupları ilə konsertlər də çıxış etdi. Həmən ildə qrup digər məşhur metal qrupları ilə konsertlər də çıxış etmişdir. Parkway Drive,Unearth,Cannibal Corpse, Behemoth, Slayer və Marilyn Manson. 8 iyun 2010-cu ildə "A New Era of Corruption" adlı üçüncü studiya albomu çıxdı.
Ageratina whitei
Ageratina whitei (lat. Ageratina whitei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Hakea whiteana
Grevillea whiteana (lat. Grevillea whiteana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea whiteana (McGill.) Christenh.
Salvia whitehousei var. parviflora
Salvia whitehousei (lat. Salvia whitehousei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salvia dolichantha (Cory) Whitehouse Salviastrum dolichanthum Cory === Heterotipik sinonimləri === Salvia dolichantha var. parviflora Whitehouse Salvia whitehousei var.