Open Handset Alliance
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84 şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC,Sony,Dell,Intel,Motorola,Qualcomm,Texas Instruments,Google,Samsung Electronics,LG Electronics,T-Mobile,Sprint Corporation,Nvidia və digər şirkətlər var.
OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları,proqram təminatı istehsalçıları,bəzi mobil operatorlar və çip istehsalçılarının da olduğu 34 üzvün rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android(ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP , Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır.
Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib.
== Məhsullar ==
2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi - Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 Noyabr 2007-ci ildə təqdim edildi.
Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream(digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 Avqust 2008-ci ildə Federal əlaqə komissiyası(FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.