"Ən yaxşı müəllim" müsabiqəsi — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlər üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllimin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 5.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə.
Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib.[1]
"Ən yaxşı müəllim" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir[2].
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" təsdiq edilmişdir[3].
Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumtəhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər aşağıdakı şərtlərə cavab verməlidir:
Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfındən müəyyən edilir.
Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılan apelyasiya komissiyasında baxılır.
Müsabiqə üç mərhələdə keçirilir. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
İddiaçı müəllim müsabiqədə iştirak etmək barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə ilə Təşkilat komitəsinə müraciət edir. Nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlərin surətləri ərizəyə qoşma kimi əlavə olunur. Ərizə elektron poçt vasitəsi ilə də göndərilə bilər ([email protected]).
Sənədlərin qeydiyyata alınması və ekspertizasının aparılması üçün Təşkilat komitəsi tərəfindən ekspert qrupu (qrupları) yaradılır. Ekspert qrupu sənədlərin ekspertizasını aparır və nəticələri barədə Təşkilat komitəsinə hesabat təqdim edir.
Ekspertizanın yekununa görə daha çox bal toplamış müəllimlər ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.
Müsabiqənin ikinci mərhələsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə təşkil edilir. Bu mərhələnin iştirakçıları ümumi təhsil müəssisələrində ixtisasları üzrə təklif olunan siniflərdə sınaq dərsləri aparırlar.
Sınaq dərsləri Təşkilat komitəsi tərəfındən ixtisaslar əhatə olunmaqla, tanınmış alim və metodistlərdən, təcrübəli mütəxəssislərdən, ictimaiyyətin nümayəndələrindən ibarət tərkibdə yaradılmış fənn komissiyaları tərəfindən qiymətləndirilir.
Sınaq dərsləri videolentə alınır.
Sınaq dərslərinin qiymətləndirilməsi prosesində aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
Təşkilat komitəsi tərəfindən zonalar üzrə qaliblərin seçilməsi üçün müəllimlərin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.
Təşkilat komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllimi seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir. Müsabiqədən müvəffəqiyyətlə keçmiş müəllimlərin siyahısı, müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, zərurət yarandıqda, müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatlan) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.
Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı müəllim mükafatı ilə mükafatlandırılırlar. Ən yaxşı müəllim mükafatı ilə mükafatlandırılmış müəllim mükafatlandırıldığı tədris ilindən yalnız 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.
Müsabiqə qalibləri arasında qadınlar üstünlük təşkil edir:
|