"Qaya" qrupu

Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf BabayevTeymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyakrus dilində mahnılar ifa etmişdir.

Qaya
Əsas məlumatlar
Üslub Caz
Fəaliyyət illəri 1961–1988
Ölkə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR
Şəhər Bakı Bakı
Dil Azərbaycan dili
İngilis dili
İspan dili
Polyak dili
Rus dili
Heyət Arif Hacıyev
Lev Yelisavetski
Rauf Babayev
Teymur Mirzəyev

1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür.

Qrupun yaranması

[redaktə | mənbəni redaktə et]
"Qaya" qrupu konsert zamanı

1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf BabayevTeymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər.[1] Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.

1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir.[2] O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı.[1] Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir. Sonra bəstəkar Murad Kajlayevin dəvətilə kvartet Dağıstana gedir.[1] Burada qrup Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə çıxış edir.[1]

Dağıstanda qrup böyük yaradıcılıq şövqü ilə işləsə də, maddi ehtiyacları və ailə problemləri həll olunmadığı üçün Bakıya qayıtmalı olur. Bakıya qayıdarkən qrupun heyəti qatarda kvartetin adı haqqında düşünmək fikrinə düşürlər.[1] Müxtəlif variantlar səslənir. Təkliflərdən biri də "Qaya" olur.[1]

Moskvada vokalçılar müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

Kvartet ilk müvəffəqiyyətini 1966-cı ildə Moskvada keçirilən "Ən yaxşı Sovet mahnısı ifası" üzrə Ümumittifaq müsabiqəsində qazandı. Müsabiqənin başlamasından 25 gün əvvəl dəvət aldıqdan sonra "Qaya" müsabiqəyə 10 mahnı hazırlamağı bacarır və parlaq bir qələbə qazanır. Bu qələbə ilə qrupa bütün SSRİ-də şöhrət qazanır və kult qrupuna çevrilir.

"Qaya" ansamblı

[redaktə | mənbəni redaktə et]
"Qaya" qrupu Şirvanşahlar sarayında

1972-ci ildə Azərbaycan SSR Nazirlər SovetiMədəniyyət Nazirliyinin qərarı ilə "Qaya" kvarterinə Dövlət Ansamblı statusu verilib.[3] Həmin ildə "Qaya" öz şou proqramını yaratmağa qərar verir və Mark Rozovski və Yuli Qusmanı ssenari yazmağa dəvət edir. Şou proqrama "İsa Məsih — Super ulduz" rok operasından bir suit daxil edildi. Qrup kvartetdən sekstet olur: Qrupa Tamilla Ağamiyeva və Qalina Barinovanı dəvət olunur. Qrupda İsanın rolunu Rauf Babayev, İuda rolunu Lev Elisavetski, Qalina Barinova isə Maqdalenanı ifa edir. Ansambl üçün geyimləri modelyer Vyaçeslav Zaytsev hazır edir.

Daha sonra qrupun "Огни большого города" (azərb. Böyük şəhərin alovları‎) adlanan şou-proqramın premyerası Bakıda Respublika sarayında olur. Bir neçə hissədən ibarət olan proqram, üç saat davam etdi. Proqrama Azərbaycan xalq mahnıları, SSRİ xalqlarının musiqisi, həmçinin qrupun həmkarlarının dost parodiyaları daxil idi. Proqram böyük eskiz olan "Köhnə Bakı" ilə bağlanırdı. Bu şou proqramı ilə "Qaya" SSRİ-nin digər şəhərlərində, eləcə də Şərqi Avropada çıxış edirdi.

1970-ci illərdə ABŞ-də ansambl Hyuston şəhərində yerləşən Caz Kollecində çıxış edib.[4] Çıxış zamanı qrupu auditoriyanın qəribə sükuta uğraması çaşdırır və çıxışdan sonra səhnəni tərk etmək istəyəndə tamaşaçıların gürultulu alqışları onları diksindirir.[4] Daha sonra tamaşaçıların istəyinə görə qrup eyni mahnını bir neçə dəfə təkrar edib.[4] Qrup ABŞ səfərinin ardınca Kubaya qastrol edib.

1979-cu ildə Lev Yelisavetski qrupu tərk edir və onu Cavan Zeynallı əvəzləyir.[5]

Qrupun dağılması

[redaktə | mənbəni redaktə et]

1980-ci illərdə "Qaya"nın tərkibi tez-tez dəyişir. 1985-ci ildə isə "Qaya"nın nəzdində Caz və kamera orkestri yaradılır və "Qaya" estrada simfonik dövlət ansamblı adlanır. 1981-ci ildə ansambla daha bir müğənni — Rauf Əliyev əlavə edildi. 1988-ci ildə Rauf Əliyev qrupdan ayrıldıqdan sonra, onun yerini "Qaya" ansamblında işləyən Abbas Əhməd tutdu. Daha sonra ansamblın nəzdində "Talisman" adlı rok-qrup da formalaşır.

2001-ci ildə ansamblın bədii rəhbəri Teymur Mirzəyev İsrailə köçdü. Bundan sonra ansambl fəaliyyətini dayandırsa da, sonradan Azərbaycan Dövlət "Qaya" Ansamblına çevrildi.

2012-ci ildə Moskva Beynəlxalq Musiqi Evinin teatr salonunda "Qaya" vokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş konsert olub.[6]

"Qaya" qrupun diskoqrafiyasına 8 studiya albomu daxildir.

Studiya albomları
  • Песни М. Кажлаева (1965)
  • Вокальный квартет "Гая" (1967)
  • Песни Давида Тухманова (1970)
  • Песни М. Кажлаева на стихи Р. Гамзатова (1971)
  • Гая Государственный вокально-инструментальный ансамбль (1974)
  • Кругозор 1978–3 (1978)
  • Наша песня (1978)
  • Гая — 40 лет (2001)

Musiqi repertuarı

[redaktə | mənbəni redaktə et]
  • "Axşam görüşü"
  • "Almanı atdım xarala"
  • "Aman yar"
  • "Araxçının məndədir"
  • "Ay Kərim"
  • "Azərbaycan"
  • "Bakı"
  • "Bakı qışı"
  • "Bayatılar"
  • "Bəlkədə"
  • "Bulaq başında"
  • "Çal oyna"
  • "Çal papaq"
  • "Coş dənizim"
  • "Çernıe qlaza"
  • "Devuşki Baku"
  • "Düm ağ şəhər"
  • "Fərqi yoxdur sizə"
  • "From here to eternity"
  • "Gəl ey səhər"
  • "Gizlənpaç"
  • "Guantanamera"
  • "Gül açdı"
  • "Gül bağçalar"
  • "Həyat, sən nə qəribəsən"
  • "Xədicə"
  • "İllər, yollar"
  • "İstanbul qızları"
  • "Qara xal yar"
  • "Qaya"
  • "Qayanın dibində"
  • "Laçın"
  • "Luçşe net toqo svetu"
  • "Meksika"
  • "Məcnun gəzər Leylini"
  • "Mən gəzirəm hər yanı"
  • "Mən səni araram"
  • "Naz ilə baxma"
  • "Neft daşları"
  • "Osoka"
  • "Ozornaya tuçka"
  • "Popurri"
  • "Sahil boyu gəzirəm"
  • "Sevgilim"
  • "Sən danışanda"
  • "Sən nəğmələr qoş"
  • "Siniyaya qrust"
  • "Sizə salam gətirmişəm"
  • "Summertime"
  • "Şam ağacı"
  • "Şən nəğmə"
  • "Telefon avtomatları"
  • "The shadow of your smile"
  • "Toy mahnısı"
  • "Vokaliz"
  • "Vehicle"
  • "Yaylığım"
  • "Yollar"
  • "Ziyafət mahnısı"
  1. Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak
  2. Azərbaycan incəsənəti (film, 1970)
  3. Toyda görüş (film, 1970)
  4. Mahnı qanadlarında (film, 1972)
  5. "Qaya" vokal-instrumental ansamblı (film, 1977)
  6. Yarımçıq qalmış mahnı (film, 1979)
  7. Nəğməkar torpaq (film, 1981)
  8. Qaya (film, 2001)
  9. Əlvida, cənub şəhəri (film, 2006)
  1. 1 2 3 4 5 6 "İllərin arxasından boylanan "Qaya"". www.anl.az. www.anl.az. İstifadə tarixi: 2 aprel 2020.
  2. ""Qaya" kvarteti: onları necə xatırlayırıq". sputnik.az. sputnik.az. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  3. "Ansambllar". azerbaijans.com. azerbaijans.com. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  4. 1 2 3 "ABŞ Səfirliyi "Qaya" qrupunun Sovet dönəmində Amerika səfərindən yazıb". www.amerikaninsesi.org. www.amerikaninsesi.org. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  5. "Xalq artisti Cavan Zeynallı: "Uşaqlıqdan heç kimdən heç nə istəyə bilmirəm" - MÜSAHİBƏ". report.az. report.az. İstifadə tarixi: 2 aprel 2020.
  6. "Vokal kvartetin 50 illiyi Moskvada qeyd edilib". www.anl.az. www.anl.az. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]