Mahnı qanadlarında (film, 1972)

Film-konsert tamaşaçıları bir saat ərzində mahnının qanadlarında gəzdirir, onları Bakının füsunkar gözəlliyi, geniş panoramı ilə tanış edir. Konsertin əsas iştirakçıları müğənnilərdən Polad Bülbüloğlu, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev,Cavan Zeynallı, Cavanşir Əliyev, beynəlxalq və ümumittifaq müsabiqələr laureatı "Qaya" Vokal Kvarteti, "Sevil" Vokal İnstrumental Ansamblı, Azərbaycan Dövlət Filarmoniyasının oğlanlardan ibarət rəqs qrupu və başqa yaradıcılıq kollektivləridir. Müğənnilər bəstəkarlardan Tofiq Quliyevin, Cahangir Cahangirovun, Xəyyam Mirzəzadənin, Oqtay Kazımovun, Tofiq Babayevin, Vasif Adıgözəlovun mahnılarını ifa edirlər. Bəstəkar Polad Bülbüloğlu isə öz mahnılarını oxuyur.

Mahnı qanadlarında
Fayl:Mahnı qanadlarında (film, 1973).jpg
Janr musiqili
Rejissor Kamil Rüstəmbəyov
Ssenari müəllifləri Kamil Rüstəmbəyov
Rasim İsmayılov
Operator Rasim İsmayılov
Rəssam Nadir Zeynalov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 2 iyun 1973
Filmin növü tammetrajlı musiqili film
Müddət 70 dəq.
Ölkə SSRİ SSRİ
İl 1972
Texniki məlumatlar 7 hissə
1890 metr
35 mm
Rəng rəngli

Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişddir.

Filmdə Cavan Zeynallı "Abşeron" (mus.: Tofiq Quliyev), "Neft Daşları haqqında mahnı" (mus. Tofiq Quliyev), Flora Kərimova "Yağma yağış" (mus.: Xəyyam Mirzəzadə), "Qaytar eşqimi" (mus. Oqtay Kazımov söz: Fikrət Qoca), "Tələsir qatarlar" (mus. Vasif Adıgözəlov), Polad Bülbüloğlu "Bakı haqqında mahnı" (mus. P.Bülbüloğlu), "Ürək nəğməsi" (mus. P.Bülbüloğlu), Oqtay Ağayev "Gözəl yurdum" (mus. Solovyov-Sedoy və Tofiq Quliyev), "Bu şəhərdə" (mus. Tofiq Babayev), İlhamə Quliyeva "Sırğalar" (mus. X.Mirzəzadə), Cavanşir Əliyev "Bakının qızları" (mus: O.Kazımov), "Gün başlayır" (mus.: T.Babayev) mahnılarını ifa edirlər. Həmçinin filmdə Çinar Rəqs Ansamblının "Yallı" və "Lirik rəqs"i, Azərbaycan Dövlət Filarmoniyası Rəqs Ansamblının "İgidlər" rəqsi, Sevil Vokal Kvartetinin "Qarabağ" (mus. Cahangir Cahangirov) mahnısı, Qaya Vokal Kvartetinin "Çal-oyna" mahnısı yer almışdır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Kamil Rüstəmbəyov
Ssenari müəllifi: Kamil Rüstəmbəyov, Rasim İsmayılov
Quruluşçu operator: Rasim İsmayılov
Quruluşçu rəssam: Nadir Zeynalov
Səs operatoru: Kamal Seyidov
Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış çəkilişlərin rəssamı: Mirzə Rəfiyev
Aparıcı: Hacımurad Yegizarov
Musiqilərindən istifadə edilən bəstəkarlar: Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Oqtay Kazımov, Tofiq Babayev, Vasif Adıgözəlov, Polad Bülbüloğlu

Filmdə iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
Polad Bülbüloğlu
Cavan Zeynallı
Cavanşir Əliyev
İlhamə Quliyeva
Flora Kərimova
Oqtay Ağayev
"Qaya" Vokal Kvarteti
"Sevil" Vokal İnstrumental Ansamblı
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]