Çölyak kötüyü

Çölyak kötüyü (lat. truncus coeliacus) yaxud qarın kötüyü — (yunanca koila sözündən götürülmüş mənası qarınboşluğu deməkdir) məməli heyvanlarda qarın aortasından ayrılan üç tək arteriyalardan birincisi olub xüsusən insanda XII döş və ya I bel fəqərəsi, diafraqmanın aorta dəliyi — lat. hiatus aorticus səviyyəsindən, qarın aortasının ön səthindən başlanğıc götürərək qarın boşluğuna daxil olur. Qarın kötüyü 1–2 santimetrdir. Bu damar başlayan kimi üç şaxəyə bölünür, (lat. aa. gastrica sinistraç hepatica communie et lienalis) ona görə buna qabaqlar üçayaq (lat. tripus coeliacus Halleri) deyilirdi.

Çölyak kötüyü
Şəkil
Şəkil
Şəkil2
Şəkil2
Latınca truncus coeliacus
Qrey subyekt 154 602
Başlanır Qarın aortası
Embrional lat. Arteria vitellina
MeSH Celiac+Artery

Təchizat etdiyi nahiyələr

[redaktə | mənbəni redaktə et]
  • lat. A. gastrica sinistramədənin sol arteriyası — yuxarı və sol tərəfə mədəningirəcəyinə doğru gedir, sonra onun ikinci əyriliyi ilə sağa qayıdır mədənin ön və dal divarlarına şaxələnir. Bu damar mədə girəcəyilə bərabər qidaborusunun aşağı hissəsinə şaxələnir. Qidaborusu şaxələri — lat. rrş esophagei qidaborusunun digər arteriyaları ilə anastomozlaşırlar.
  • lat. A. lienalisdalaq arteriyası — qarın kötüyünün ən böyük şaxəsidir. Pankreasın yuxarı kənarının arxa tərəfilə sağdan sola doğru gedir və dalağın qapısına çatdıqdaüç şaxələrə bölünür. Bu damar qıvrımdır və özü də pankreasa, mədə dibinə və dalağa şaxələr verərək onları qidalandırır.
    • lat. rr. pancreatici dorsalis, inferior et magna — arxa aşağı və böyük mədəaltı vəzi şaxələri
    • lat. rr. gastricae breves — mədənin qısa arteriyası
    • Arteria gastrica posterior (mədənin dal arteriyası)
    • lat. A. gastroepiploica sinistra — sol mədə-piylik arteriyası mədənin böyük əyriliyi ilə soldan sağa doğru gedərək lat. a. gastroepiploica dextra — sağ mədə-piylik arteriyası ilə anastomozlaşır.
  • lat. A. hepatica communis — qaraciyərin ümumi arteriyası qarın kötüyündən başlayaraq sağa doğru bir az getdikdən sonra mədə çıxacağının arxasında üç şaxəyə bölünür.
    • lat. A. hepatica propria — xüsusi qaraciyər arteriyası
  • lat. A. gastrica dextra — mədənin sağ arteriyası
      • lat. A. hepatica dextra et sinistra — sağ və sol qaraciyər arteriyaları
      • Arteria cystica (öd kisəsi arteriyası)
  • lat. A. gastroduodenalis — mədə onikibarmaq bağırsaq arteriyası
      • Arteria gastroepiploica dextra (mədənin sağ şəbəkə arteriyası)
      • Arteria pancreaticoduodenalis superior (yuxarı mədəaltı vəzi-onikibarmaq bağırsaq arteriyası)
        • Arteria pancreaticoduodenalis superior anterior (yuxarı ön mədəaltı-onikibarmaq bağırsaq arteriyası)
        • Arteria pancreaticoduodenalis superior posterior (yuxarı dal mədəaltı-onikibarmaq bağırsaq arteriyası)