Bazu arteriyası – lat. a. brachialis böyük döş əzələsinin aşağı kənarı səviyəsində qoltuq arteriyasının ardını təşkil edir; bazunun ikibaşlı əzələsinin içəri şırımı ilə aşağı doğru gedərək mil sümüyünün səviyəsində dirsək büküşündən bir barmaq aşağı iki uc şaxəyə bölünür: mil arteriyası – lat. a. radialis və dirsək arteriyası – lat. a. ilnaris. Bazu arteriyasının dirsək çuxurunda olan hissəsinə dirsək çuxuru arteriyası – lat. a. cubitalis deyilir.
Bazu arteriyası | |
---|---|
Bazu arteriyası | |
Latınca | arteria brachialis |
Qrey | subyekt 150 589 |
Başlanır | Qoltuq arteriyası |
Vena | Bazu venası |
MeSH | Brachial+Artery |