Çəhrayı Ermənistan (erm. Փինք Հայաստան; ing. Pink Armenia) – Ermənistanda LGBTQIA+ hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı. "Çəhrayı Ermənistan" 2007-ci ildə yaradılmış və qərargahı İrəvanda yerləşir. Təşkilatın məqsədi Ermənistandakı lezbiyan, gey, biseksual, transgender fərdlərə dəstək olmaq, onların hüquqlarını müdafiə etmək, ölkədə LGBT məsələləri ilə bağlı ictimai fikri dəyişməkdir.[1]
Çəhrayı Ermənistan | |
---|---|
Növü | qeyri-hökumət |
Fəaliyyəti | LGBT |
Yaranma tarixi | 2017 |
Mərkəzi | |
Sədr | Mamikon Hovsepyan |
pinkarmenia.org pinkarmenia.org |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Çəhrayı Ermənistan" LGBT icmasının üzvləri üçün müxtəlif proqramlar və kampaniyalar təşkil edir. Təşkilatın xidmətlərinə təcili hüquqi yardım, sosial yardım, ailə dəstəyi, təcili vəziyyətlərdə kömək, psixoloji dəstək daxildir. Təşkilat cinsi sağlamlıq, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, bərabərlik və müxtəlifliyi müdafiə etmə, gender məsələlərini təbliğ etmə üzrə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.[2] "Çəhrayı Ermənistan"ın hazırkı direktoru Mamikon Hovsepyandır. Təşkilatın trans məsələri üzrə ixtisaslaşmış "Sağ tərəf" təşkilatı ilə yaxın əlaqələri var.[3]
2011-ci ildə "Çəhrayı Ermənistan" ILGA və ILGA-Avropa təşkilatlarının üzvü olmuşdur. 2014-cü ildə LGBT+ Bərabərliyi üçün Şərqi Avropa Koalisiyasının üzvlüyünə qəbul edilmişdir. Bu təşkilatın məqsədi Şərqi Avropada LGBT fərdlərinin problemlərini həll etməkdir.[4]
"Çəhrayı Ermənistan" Ermənistan hökuməti ilə dialoqlarda iştirak edir, müəyyən məsələlərdə məsləhətlər verir. 2015-ci ildə Ermənistanın BMT-nin Universal Dövri İcmalı üçün cinsi oriyentasiya və gender kimliyini Ermənistanın qaralama halında olan antiayrı-seçkilik qanununda ayrı-seçkilik üçün səbəb kimi göstərməyi töviyə etmişdir.[5]
Təşkilat 2018-ci ildə baş vermiş Ermənistan inqilabının məqsədlərini dəstəkləyir. Təşkilatın bir çox üzvü etirazlarda iştirak etmişdir.[6]
"Çəhrayı Ermənistan" 2007-ci ildə LGBT fərdlərinə dəstək olmaq məqsədilə qurulmuşdur. Qurulduğu ildən etibarən İrəvan, Dilican, Gümrü, Vanadzor şəhərlərində təlimlər və konfranslar keçirir.[7] 21 may 2012-ci ildə İrəvanda təşkilat tərəfindən müxtəliflilik paradı keçirilmişdir.[8]
2015-ci ilin mayında təşkilat Ermənistan prezindenti Serj Sarkisyana LGBT hüquqlarının qorunması barədə məktub yazmışdır.[9] 2016-cı ilin oktyabrında təşkilat tərəfindən hazırlanmış, Ermənistandakı LGBT fərdlərin həyatından bəhs edən "Mənə qulaq as: Nifrətin ötəsində danışılmamış hekayələr" filminin premyerası baş tutmuşdur.[10]
28 fevral 2018-ci ildə "Bərabərlik Ermənistan" təşkilatı "Çəhrayı Ermənistan" üçün xeyriyyə kampaniyası başlatmışdır.[11] 2022-ci ildə başlayan Rusiya–Ukrayna münaqişəsindən sonra təşkilat köməyə ehtiyacı olan ukraynalı və rusiyalı LGBT fərdlərinə dəstək olacağını bildirmişdir.[12]