Çarizard

Çarizard, Yaponiyada Lizardon (yap. リザードン Rizadon, ing. Charizard) — NintendoGame Freak məxsus olan oyun seriyası, manqa və anime olan Pokemon. Yaponiya oyun dizaynerı və rəssamı Ken Suqimori tərəfindən yaranmışdır. Çarizard ilk dəfə "Pokémon Red və Blue" videooyunlarında və daha sonra sikvellerdə ortaya çıxmışdır. Bundan başqa, pokemonun təsviri müxtəlif "Pokemon" rəmzli məhsullarında, həmçinin cizgi və nəşriyyat françayzlarında istifadə olmuşdur. Orijinal yapon dilivə ingilis anime versiyasını seyu Miki Şini-çiro səsləndirmişdir. Alov və hava pokemon növlərinə aiddir. Çarmeleondan təkamül olunur, hansı ki, Çarmanderdən təkamül edir.

  Çarizard
yap. リザードン
Çarmeleon→ Çarizard (#006) → Skvirtl
İngilis adı Charizard
Yapon adı Lizardon
Profil
Nəsil I
Nədən təkamül edib Çarmeleon
Nəyə təkamül edib Yoxdur
Tipi
Alov
Hava
Boyu 170 sm
Çəkisi 90,5 kq

Çarizard bir çox Pokemon anime seriyalarında iştirak edir; əsas qəhrəman Eş Ketçumun tutduğu pokemonlardan biridir. Bundan əlavə, ona Pokémon Adventures manqasında rast gəlmək olar. Çarizard həm tənqidçilər, həm də oyunçular tərəfindən müsbət qəbul edilib.

Konsepti və dizaynı

[redaktə | mənbəni redaktə et]

Çarizard bir çox personajlar kimi, Game Freak-in xüsusi bölməsi tərəfindən yaradılmışdır. Pokemonun sonuncu dizaynını Ken Suqimori başa çatdırmışdır.[1] Əvvəlcə, personaj yapon dilində "Ridzadon" adlandırılsa da, sonra Nintendo oyunun Amerikan lokalizatsiyası üçün bəzi pokemon növlərinə "ağıllı və təsviri adları" verməyi qərara almışdır. Bütün bunlar amerikan uşaqları və qərb auditoriyasının personajları daha yaxşı aydın və asanlıqla yaddaşında saxlamaq üçün edilirdi.[2] Yekun olaraq, kompaniyada qərar verildi ki, ən uyğun personaja ad "Çarizard" (ing. Charizard) olsun, hansı ki, iki sözün birləşməsindən — charocal (azərb. kömür‎) və ya char (azərb. yandırmaq‎) və lizard (azərb. kərtənkələ‎) əmələ gəlib.[3] The Pokémon Company-nin prezidenti Tsunekadzu İşihara müsahibələrin birində bildirdi ki, Çarizard Şimali Amerika auditoriyası üçün çox məşhur olacaq, çünki onlar güclü və iradəli xarakterli personajlara üstünlük verir.[4]

Çarizardın təkamüldən əvvəlki versiyaları olan ÇarmanderÇarmeleon kərətənkələyə oxşasa da, Çarizard nəhəng əjdaha bənzəyir.[5] Bu oxşarlıqlara baxmayaraq, pokemon əjdaha növünə yox, alov və hava növlərinə aiddir.[6] Çarizardın iki mavi rəngli qanadı var. Onun arxası və bədənin qalan hissəsi narıncı rəngə boyanmışdır. Çarizardın qarın və ayaq bazası krem rəngində, gözləri isə mavidir. Kompüter oyunlarında qeyd olunur ki, onun qanadları onu 1400 metr hündürlüyə çatmağı kömək edir, və o, həmişə onunla mübarizə üçün layiqli rəqib axtarır. Çarizard hər hansı bir materialı əritməyi bacaran, güclü alov püskürməyə malikdir. Çarizard qəzəblənəndə, onun quyruğunun ucunda alov ağ-mavi alova çevrilə bilər. Özünün qızğın xarakterindən, pokemon çox zaman meşə yanğınlarının təsadüfi günahkarı olur.

Kompüter oyunlarında

[redaktə | mənbəni redaktə et]

Çarizard ilk dəfə 1996-cı ildə Pokémon Red və Blue videooyunlarında ortaya çıxmışdır. Oyunda onu ancaq start Pokemonu Çarmanderin təkamülü yolu ilə əldə etmək olar.[7] Pokémon Gold və Silver, Pokémon Crystal və oyunların rimeykləri olan Pokémon HeartGold və Soulsilver-də, Çarizard son boss olan Red tərəfindən istifadə olunur. Bundan əlavə, Çarizarda digər "Pokemon" oyunlarında da rast gəlmək olar. O, Pokémon Mystery Dungeon: Red Rescue Team və Blue Rescue Team oyununda AlakazamTiranitar ilə bir komandada iştirak edir, və süjetdə mühüm rol oynayır. Pokémon Ranger oyununda o, əsas bossdur və oyun ərzində əsas qəhrəmanı hər yerdə müşayiət edir və ona kömək edir.

Çarizarda bir çox dəfə Super Smash Bros oyunlarında rast gəlmək olar. Ona, ilk dəfə Super Smash Bros.Super Smash Bros. Melee oynanmayan personaj kimi, əsas qəhrəman pokebol atanda rast gəlmək olar. Super Smash Bros. Brawl oyununda əsas pokemon məşqçinin idarəsi altında Çarizardı oynatmaq olar.[8] Məşqçidə Çarizarddan başqa, Skvirtlİvozavr var, hansıları ki, oyunda dəyişmək olar. Digər döyüşçüləri fərqli olaraq, məşqçilərin pokemonları tez yorulur və bunun nəticəsində, zəifləyirlər. Buna görə də, onlar bərpa etmək üçün, pokemonları digərlərdən tez-tez dəyişmək lazımdır.[8]

Animədə ən görkəmli Çarizard — Eşin Çarizardıdır. Seriyaların birində, Eş keçmiş baş məşqçinin tərk etdiyi, zəifləmiş Çarmanderi tapır. O, pokemonu Pokemon mərkəzinə aparır, hara ki, Çarmander bərpasına kömək edir. Pokemon Eşə minnətdar olur və etirazsız onun tələblərini yerinə yetirir. Daha sonra, Çarmander Ekzekyuttor dəstəsi ilə döyüş zamanı, Çarmeleona təkamül edir. Çarmeleonun xarakteri tamamilə dəyişir, o, öz məşqçisinə itaət dayandırır və yalnız özü istədiyi zaman mübarizə aparır. Çarmeleon Çarizarda, Eşin vəhşi tarix öncesi pokemon Aerodaktildən qorunmasında çağrılan seriyasında təkamül edir. Aerodaktil Eşə hücum edib və onu yemək istədiyi zaman, güclənib və Aerodaktili məğlub etmək üçün Çarmeleon təkamül edir. Nəticədə Çarizard Eşi xilas edir. Lakin o, hələ də onun məşqçisinə itaət etmir və yalnız rəqib ona qarşı olan zaman, mübarizə aparır. Onun inadına baxmayaraq, pokemon, bəzən Eşin öz məqsədlərinə nail olmasında, ona kömək edir, xüsusilə, Kantoda stadionun lideri Bleynə qarşı. Lakin əsasən Çarizard itaət etməkdən imtina edir və Eş İndigo Liqasının oyunlarının birində ona görə məğlub olur.

Animenin ikinci "Narıncı adalarıda macəra" fəsilində, Çarizard Polivret onu dondurduqdan sonra çevik olur. Eşin davamlı cəhdlərində onu ölümdən xilasından sonra, Çarizard öz məşqçisinə lazım olduğunua başa düşür və Polivreta revanş oyununda qalib gəlir. O, Eşin komandasında qalır və onun Narıncı Liqası və Ciottoda qələbəsində töhfəsini verir. Nəticədə Eş Çarizardı, vəhşi Çarizardların məşq etdiyi və yaşadığı Çarizard vadisində buraxır. Çox güman ki, Eşin Çarizardı Karlaya görə qalır, dişi Çarizard, hansına ki, pokemonun həssas hissləri var. Çarizard, Eşin digər pokemonları kimi, pokemonların müvəqqəti saxlandığı yerə qayıdır, harada ki, Eş onu hər hansı bir zamanda, xüsusilə, güclü pokemon ilə döyüş üçün çağıra bilər. Çarizard tez-tez öz məşqçisinin həyatını xilas edir, məsələn, Pokemon 3 filmində, Çarizard Enteyə qarşı çıxır.[7]

Çarizard üç seriyadan ibarət olan DVD həsr olunub: "Tarix öncesi pokemonun hücumu", "Çarizard donur" və "Çarizardın ehtirası". Bu DVD seriyanın on illiyinə həsr edilən, boks-setin hissəsidir.[9]

Animenin ilk iki fəsilinin motivləri qurulan, Pokémon: The Electric Tale of Pikachu manqasında, Eş Çarmanderi tutur, hansı ki, nəticədə Çarizarda dönür və Pokemon Liqası turnirində mübarizə aparır. Eşin pokemonun tutmasına baxmayaraq, onun Çarizardın idarəsi ilə problemi olur.[10] Eş onu Narıncı adalarına aparır və səylə pokemonu məşq etdirir. Nəticədə, Eş Çarizardı yekun döyüşdə, Narıncı komanda lideri Dreykin Draqonaytına qarşı istifadə edir.[11]

Pokémon Adventures manqasında, əsas qəhrəman Blu, Çarmanderi babası Professor Oakdan alır. Blu Qastlini keçmiş Lavemder şəhərində tutduğunda, Çarmander Çarmeleona təkamül edir. Çarmeleonun təkamülü Blunun Koqa ilə döyüşündə baş verir. Arboka qarşı döyüşdə, Çarmeleon zombi Psaydakın köməyi ilə, onun turşu hücumunu əks etdirir və Arbok öz hücumu ilə öz quyruğunu iki yarısından əzir. Daha sonra Blu Çarizardı, Mister Maymın yaratdığı səddin məhv etməsində çağırır və beləliklə Saffron şəhərinə düşməyini imkan verir.[12] Daha sonra Blu və Red Koqanın Artikunosu ilə qarşılaşırlar və onun buz şüası ilə dondurulurlar. Amma nəticədə onlar "Komanda R"-nın idarəçisini Çarizardın alov püskürməsi ilə məğlub edirlər.[13] Beləcə Komanda R Saffronda nəzarətini itirir, manqanın əsas qəhrəmanları Blu, Red və Qrin öz arasında üç əfsanəvi pokemon-quşlarını bölürlər: Artikuno, MoltresZapdos.[14]

Blu Çarizardı Pokemon liqasının sonuncu doqquzuncu döyüşündə onun köhnə rəqibi Redə qarşı istifadə edir, hansı ki, Venozavrı istifadə edir. Tipli üstünlüyü baxmayaraq (alov bitki əsaslıya qarşı), pokemonlar arasında ağır mübarizə gedir və Çarizard bir neçə dəfə məğlubiyyətə yaxın olur. Döyüş hələ davam edir, Venozavr Çarizardı öz budaqları ilə əhatə edir və ona hücuma imkan vermir, və bu zaman məşqçilər daha bir pokemonlar buraxırlar — Polivirl (su növü) və Pikaçu (elektrik növü). Onların hücumları nəticəsində qara buludlar formalaşır. Venozavr öz üzüm budaqlarından birini buludların birinə salır və budaqlardan keçən elektrik cərəyanı Çarizardı nokaut edir.[15] Manqanın FireRed and LeafGreen adlanan süjetli arkasında əsas qəhrəmanlar — Blu, Red və Qrin — güclu pokemon Deoksisə sahibi və bərpa olunan "Komanda R"-ya qarşı, mübarizə etmək üçüm qayıdırlar. Üç protaqonistlər Sevii adalarında Məşqi qalasında tələyə düşürlər, harada ki, onlar binanın ana kompüteri və Deoksis ilə mübarizə aparırlar. Uğursuz tək cəhdlərdən sonra, üç məşqçi öz hərəkətləri birləşdirir və pokemonlarının birgə hücumu nəticəsində, onlar qaladan çıxır və Myutunu azad edirlər.[16]

Qəbul və mirası

[redaktə | mənbəni redaktə et]

Çarizard HasbroTomy şirkətlərinin istehsal etdiyi "Pokemon" seriyasının yumşaq oyuncaqlar seriyasına daxildir.[17] 2004-cü ildə "Orta plüş Çarizard" (ing. Charizard Medium Plush) adlı oyuncaq, istehsal prosesində iynələr fraqmentləri aşkarlandığına görə satışdan götürülən 13 yumşaq növlü oyuncaqdan biri idi. Tomy şirkəti oyuncağı əvəz və ya kompensasiya ödəmək məcburiyyətində qalmışdı.[17] Çarizard tez-tez Pokémon kolleksiya kart oyununda, xüsusilə pokemonların ilk nəsil olan ilk versiyada görünür. Pokemonun görünüşü ilə kartlar tezliklər oyunçular arasında ən arzuolunan biri oldu və yüksək kolleksiyaçılar və pərakəndə satıcılar tərəfindən yüksək qiymətləndirilir.[18][19] Bəzi hallarda, Çarizard kartları rəqibi bir gedişlə məğlub edə bilirdi.[20]

Çarizardı dəfələrlə bütün seriyanın ən məşhur pokemonlarından biri adlandırmışdılar. KİVlər onu "arıq, şiddətli, yanğın nəfəsli əjdaha..., hamar, güclü və tamamilə dağıdıcı" kimi təsvir edirdilər.[21] Çarizard simvolikalı malların yüksək satışını satıcılar, pokemonun əjdahaya oxşaması ilə izah edirdilər, hansının ki, obrazı uşaqlar tərəfindən sevilir.[18] Müsahibə verən uşaqlar təxminən eyni şeyi danışırdılar: onlar Çarizardın yüksək məşhurluğunu onun "təmkin görünüşü" ilə və personajın əzm və güc anlayışları ilə əlaqələndirirdilər. "Zədəli uşaqların bərpa əlavələri" (ing. Rebuilding Attachments With Traumatized Children) kitabında qeyd olunur ki, Çarizardın aqressiv obrazı seriyalın həvəskarlarında psixoloji travmaya səbəb ola bilər.[22] "Pikaçunun böyük macərası: Pokemonun qalxması və düşməsi" (ing. Pikachu's Global Adventure: The Rise and Fall of Pokémon) kitabının müəllifləri qeyd edirdilər ki, pokemon xüsusilə yaşlı yeniyetmələr arasında populyardır, çünki bu yaşda onları "qəddar" və "dəhşətli" simvol cəlb etməyə başlayır[23] və Çarmeleonun Çarizarda təkamülünü "məlahətli qızın" itkisi, hansı ki, artır və "uşaqlığını tərk edir" kimi müqayisə etmişlər.[24]

2005-ci ildə Yahoo! şirkəti məlumat vermişdi ki, onların axtarış sistemində, Çarizard ən məşhur sorğulanan pokemonlardan biridir.[25] IGN-in ən yaxşı yüz pokemon arasında, Çarizard birinci yerə layiq görülmüşdür.[26] IGN-in redaktorları biri, Çarizardı "təxminən ən məşhur və ilk nəsilin yəqin ki, ən balanslı pokemonu" adlandırmışdı.[27] Oyun saytı GamesRadar, Çarizardı "ən təmkinli pokemonlardan biri" adlandırıb, əsasən də personajın dizaynını tərifləmişdi.[28][29] Həmin saytın digər müəllifi qeyd etmişdi ki, "Çarizard yarandığı gün qorxulu və zəhmli olsa da, on ildən sonra da eyni qalmışdır".[30] UGO.com saytı Çarizardı "uçan, əjdahaya bənzər", hansı ki, "atəşlə nəfəs edir və öz rəqiblərini yapışqan bir şey və qatı qırmızı edə bilər" kimi təsvir etmişdi.[31]

1UP.com saytının rektoru Ket Beyli maraqla dilə gətirmişdir ki, Çarizard Pokémon HeartGoldSoulSilver oyunçunu təqib edə bilir.[32] Nintendonun rəsmi jurnalı Çarizardı ən yaxşı alov növlü pokemon adlandırmışdı. Jurnalda qeyd olunmuşdur ki, "Çarizard nəinki sizin ən sevimli alov növlü pokemondur, o, həm də ən məşhur pokemonlardan biridir".[33] "The Daily Cardinal"-dan Kayli Sparks Çarizardı "gücün aydın təzahürü və bütün izzəti göstərən bütün kainatda ən güclü pokemon" adlandırmışdı.[34]

  1. Stuart Bishop. "Game Freak on Pokemon!" (ingilis). computerandvideogames.com. 30th May 2003. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  2. Chua-Euan, Howard. "PokéMania" (ingilis). TIME. November 22, 1999. 2008-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  3. Staff. "#006: Charizard" (ingilis). IGN. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  4. Nintendo. "Interview with Tsunekazu Ishihara" (Japanese). 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  5. DeKirk, Ash. Dragonlore:From the Archives of the Grey School of Wizardry. Career Press. 2006. səh. 125. ISBN 1-56414-868-8.
  6. "Charizard :: Best Pokémon" (ingilis). makefive.com. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  7. 1 2 West, Tracy; Noll, Katherine. Pokémon Top 10 Handbook. Scholastic Inc. 2006. 8, 65, 78. ISBN 0-439-89047-0. İstifadə tarixi: 7-12-2009.
  8. 1 2 "Pokémon Trainer". Smash Bros. DOJO!! (ingilis). Smashbros.com. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  9. "Pokémon 10th Anniversary, Vol. 3 — Charizard" (ingilis). Amazon.com. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  10. Ono, Toshihiro. Pokémon: Electric Pikachu Boogaloo Graphic Novel. VIZ Media LLC, April 5, 2000. ISBN 1-56931-436-5
  11. Ono, Toshihiro. Pokémon: Surf’s Up, Pikachu Graphic Novel. VIZ Media LLC, June 2000. ISBN 1-56931-494-2
  12. Kusaka, Hidenori. Chapter 28 // Peace of Mime. Pokémon Adventures. Volume 3: Saffron City Siege. VIZ Media LLC. August 5, 2001. 5–19. ISBN 1-56931-560-4.
  13. Kusaka, Hidenori. Chapter 31 // The Art of Articuno. Pokémon Adventures. Volume 3: Saffron City Siege. VIZ Media LLC. August 5, 2001. 47–61. ISBN 1-56931-560-4.
  14. Kusaka, Hidenori. Chapter 33 // The Winged Legends. Pokémon Adventures. Volume 3: Saffron City Siege. VIZ Media LLC. August 5, 2001. 75–95. ISBN 1-56931-560-4.
  15. Kusaka, Hidenori. Chapter 40 // A Charizard... and a Champion. Pokémon Adventures. Volume 3: Saffron City Siege. VIZ Media LLC. August 5, 2001. səh. 118. ISBN 1-56931-560-4.
  16. Kusaka, Hidenori. Chapter 24 // Mewtwo Joins The Battle. Pokémon Adventures. Volume 24. VIZ Media LLC. July 11, 2006. ISBN 978-4-09-140318-6.
  17. 1 2 "Recall of Pokémon plush toys" (ingilis). cpsc.gov. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  18. 1 2 Diggs, Agnes. "Valley Roundup; West Hills; Pokémon Tourney Draws Hundreds of Young Players". Los Angeles Times (ingilis). Eddy W. Hartenstein. 1999-07-25. (#accessdate_missing_url)
  19. Kaufield, John. Trading Card Games for Dummies. For Dummies. 2006. səh. 93. ISBN 0-471-75416-1.
  20. Jack DeVries. "Pokémon Report: Playing With a Full Deck — DS Feature at IGN" (ingilis). IGN. 2012-06-28. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-14.
  21. "Pondering Pokémon". The Observer (ingilis). February 24, 2009. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  22. Kagan, Richard. Rebuilding Attachments With Traumatized Children. Haworth Maltreatment and Trauma Press. 2004. ISBN 0-7890-1544-7.
  23. Tobin, Joseph Jay. Pikachu's Global Adventure: The Rise and Fall of Pokémon. Duke University Press. 2004. səh. 283. ISBN 0-8223-3287-6.
  24. Tobin, Joseph Jay. Pikachu's Global Adventure: The Rise and Fall of Pokémon. Duke University Press. 2004. səh. 178. ISBN 0-8223-3287-6.
  25. "Pokémon Far From Passe". Yahoo! (ingilis). 2005-06-11. 2005-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  26. "Charizard – #1 Top Pokémon". IGN. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  27. pokemonofthedaychick. "Pokemon Crystal Version Pokemon of the Day: Charizard (#6) - IGN FAQs" (ingilis). IGN. 3/7/03. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  28. Elston, Brett. "The complete Pokémon RBY pokédex, part 1". GamesRadar (ingilis). Future Publishing. 2007-08-24. səh. 6. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  29. Elston, Brett. "The complete Pokémon RBY pokédex, part 1". GamesRadar (ingilis). Future Publishing. 2007-08-24. səh. 4. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  30. Raymond Padilla. "Pokemusings, week 27, Pokemon Diamond/Pearl DS News" (ingilis). GamesRadar. Dec 20, 2007. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  31. "Charizard — Smash Bros. Characters" (ingilis). UGO.com. February 12, 2008. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  32. Kat Bailey. "1UP's RPG Blog: Three Wishes for the Pokemon Gold/Silver Remakes" (ingilis). May 11, 2009. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  33. Thomas East. "Nintendo Feature: Best Fire Pokémon" (ingilis). Official Nintendo Magazine. 29-Sep-2010. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.
  34. Kyle Sparks. "If records were Pokémon bands would only improve" (ingilis). The Daily Cardinal. March 25, 2011. 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]