"GamesRadar+" (əvvəllər "GamesRadar") — çoxformatlı videooyun saytı. Bu, mütəmadi olaraq xəbərlər, resenziyalar, rəylər, videolar və oyun təlimatları dərc edir. Sayt ABŞ və Birləşmiş Krallıqda ofisləri olan "Future US"ə şirkətinə məxsusdur. Analoji "CheatPlanet" vebsaytı ilə birlikdə "GamesRadar" aylıq təxminən 3,25 milyon ziyarətçi kütləsinə malikdir.[2]
GamesRadar+ | |
---|---|
URL | gamesradar.com |
Dilləri | ingilis dili |
Sahibi | Future plc |
Açılma tarixi | 2005 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sayt videooyun təsvirlərinə peşəkar, lakin yumoristik yanaşması ilə tanınır. Adi xəbərlərlə yanaşı, komik məqalələr və videolar da dərc edir. Bundan əlavə, sayt "TalkRadar" layihəsi ilə "iTunes" vasitəsilə endirilən, videooyun sənayesindəki ən son hadisələri əhatə edən xəbərlər təqdim edir.[3]
"GamesRadar" hər gün bir çox xəbərlər, o cümlədən rəsmi videooyun xəbərləri, rəylər, resenziyalar və istehsalçılardan müsahibələr dərc edir. Saytdakı bir çox məqalənin üslubu çox vaxt yumoristik olur. Bəzi materiallar şəkillər və videomateriallarla müşayiət olunur. Bəzi məqalələr tamamilə satirikdir. Ən populyar bölmələrdən biri həftəlik yenilənən "Top 7" siyahısıdır. Burada videooyunların, videooyun sənayesinin və mədəniyyətin həm müsbət, həm də mənfi tərəflərini əks etdirilir.[4]