Çay nəqliyyatı — Çay nəqliyyatının inkişafı üçün imkanların kifayət qədər geniş olmasına baxmayaraq, bu imkanlardan lazımı dərəcədə istifadə edilmir. Çayda suyun səviyyəsinin dəyişməsi, burada texniki baxımdan lazımı tənzimləmə işlərinin aparılmasının vacibliyi. mütəmadi dərinləşdirmə işlərinin görülməsi və digər səbəbləri çay nəqliyyətinin inkişafına maneçilik edən səbəblərə aid etmək olar. Çay nəqliyyatı nisbətən ucuz və ekoloji baxımdan təhlükəsiz nəqliyyat növlərinə aiddir. Bıuıa görə hər bir materikdə ölçücə iri və çay nəqliyyatının istifadəsi üçün əlverişli sayılan yerlərdə çay limanları inşa edilmişdır. Məsələn, Avropada — Dunay və Volqada, Şimali Amerikada — Missisipi və Missuridə, Asiyada — Xuanxe və Yansızıda, Afrikada — Nildə çay limanları istismar edilir. Bu çaylarda turizm əhəmiyyətli kruizlərlə yanaşı yük daşımaları da həyata keçirilir. Avropada çay nəqliyyatı üçün yararlı olan su arteriyaların təxminən 37 min km-i hələ istifadə ediimir. Müasir dövrdə Avropada çay nəqliyyatı ilə yükdaşıma imkanlarından yalnız 15%-ə qədər istifadə olunur. Belə vəziyyəti nəzərə alaraq, Avropa Birliyi ölkələri tərəfındən çay nəqliyyatının inkişafına yönəldilmiş birgə ‘'Marko Polo" proqramı həyata keçirilir.
Daxili su nəqliyyatında çay nəqliyyatı mühüm yer tutur. Xarici ticarət və iqtisadi əlaqələrdə çay nəqliyyatı az əhəmiyyət kəsb edən nəqliyyat növləridir. Xarici ticarət yükdaşımaların cüzi hissəsinin 5%-ə qədəri bütövlükdə onların payına düşür. Nəqliyyatın bu növü özünün texniki mahiyyətinə görə daha lokal xarakterlidir. Çay nəqliyyatının əsas üstünlüyü daşınma xərclərinin xeyli ucuz başa gəlməsi, çatışmazlıqları isə coğrafi mövqedən, çayın gursululuq mövsümündən asılılığı, yüklərin nisbətən qeyri-çevik daşınması, sərnişinlərin mənzil başına nisbətən gec çatdırılması, əsasən ölkədaxili əhəmiyyət kəsb edən nəqliyyat sahə olmasıdır. Bununla belə, çay nəqliyyatından dünya ölkələri (Rusiya, ABŞ, Fransa, Niderland, Belçika, Almaniya, Şərqi Avropa, Latın Amerikası, Afrika ölkələri) çox yararlanır, çünki daşınma üçün böyük xərclər tələb olunmur. Faydalı qazıntı (kömür, filiz, neft məhsulları və s.), oduncaq kimi ağır çəkili məhsulların ölkə daxilində çay nəqliyyatı ilə daşınması çox iqtisadi cəhətdən çox sərfəlidir.
Dünyanın ən böyük çay limanı Almaniyanın Reyn çayı sahilində yerləşən Duysburq şəhəridir. Hər il Duysburq çay limanına 20 mindən çox yük gəmisi yan alır. Buradan ildə 40 milyon tondan çox müxtəlif adda məhsullar daşınır.
Çay nəqliyyatı Dunay, Oder, Reyn, Amur, Paraqvay, Niger, Ob, Volqa, Don, Missisipi, Amazon, Nil, Konqo, Yantszı və s. nəhəng çaylarda, Böyük Göllərdə geniş istifadə edilməkdədir.
Çay nəqliyyatının inkişafı təbii su yolları olması və kanallar çəkilməsi ilə əlaqədardır. Lakin onun rolu getdikcə azalır. Çay nəqliyyatı ilə təcili daşınması tələb olunmayan yüklər daşınır.
Azərbaycan Respublikasında Kür və Araz çaylarından daxili su nəqliyyatında istifadə etmək mümkündür. Kür çayı Yevlaxa qədər məsafədə gəmiçiliyə yararlıdır. Lakin bu imkandan istifadə edilmir.
Dünya okeanına birbaşa çıxışı olmayan Azərbaycan üçün Xəzər dənizindən su nəqliyyatında istifadə etmək çox vacibdir.[1]
https://www.azleks.az/az/online-dictionary/%C3%A7ay+n%C9%99qliyyat%C4%B1