Yevgeni Çazov (10 iyun 1929[1], Nijni Novqorod[3] – 12 noyabr 2021[2], Moskva) — məşhur sovet və Rusiya kardioloqu, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, REA Rəyasət Heyətinin üzvü. 20 il ərzində (1967–1986) SSRİ Səhiyyə Nazirliyi 4-cü idarəsinin rəisi.[4] 1968–1986-cı illərdə Y. Cazov SSRİ Səhiyyə Nazirinin müavini, 1987–1990-cı illərdə SSRİ Səhiyyə Naziri, 1972-ci ildən Rusiya Tibb Elmləri Akademiyasının Rəyasət Heyətinin üzvü olub.
Yevgeni Çazov | |
---|---|
rus. Евгений Иванович Чазов | |
| |
SSRİ səhiyyə naziri[d] | |
17 fevral 1987 – 29 mart 1990 | |
Əvvəlki | Sergey Burenkov |
Sonrakı | İqor Denisov[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyun 1929[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 2021[2] (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | həkim, siyasətçi, kardioloq, universitet müəllimi[d] |
Uşağı | 2 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kardiologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvü (1982–1990), MK üzvlüyünə namizəd (1981–1982). 9–11 çağırış SSRİ Ali Sovetinin deputatı .
SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1971; müxbir üzv 1967). SSRİ Elmlər Akademiyasının akademiki (1979). Sosialist Əməyi Qəhrəmanı (1978). Lenin mükafatı (1982), üç SSRİ Dövlət mükafatı (1969, 1976, 1991), SSRİ Nazirlər Soveti Mükafatı (1977) və Rusiya Dövlət Mükafatı (2004) laureatı. Vətən qarşısında xidmətlərinə görə ordeninin tam komandiri.