Çerkası (ukr: Черка́си (Çerkası), rus: Черка́ссы (Çerkassı)) — Ukraynanın Çerkası vilayətinin inzibati mərkəzi və əsas şəhəri.
Şəhər | |
Çerkası | |
---|---|
Черкаси | |
49°26′40″ şm. e. 32°03′35″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1284 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 110 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 472 |
Poçt indeksi | 18000-499 |
Nəqliyyat kodu | CA, IА / 24 |
Digər | |
rada.cherkasy.ua/ua/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 286,2 min (2012).[1]
Kremençuk su anbarı sahilində bir port və nəqliyyat qovşağıdır.[1]
1394-cü ildən Litvaya tabe olan Kiyev knyazlığının tərkibində məlumdur.
Lübuniyasından (1569) sonra Polşa tərəfindən işğal edilmişdir. 1648-ci ildən Çerkası kazak polkunun mərkəzi idi. Andrusovo sülhünə (1667) görə Polşanın hakimiyyətində qalmışdı.
1793-cü ildən Rusiya imperiyasının tərkibinə qatılmışdır; 1795-ci ildən qəza şəhəri, 1797-ci ildən Kiyev quberniyasının tərkibində olmuşdur. Sovet dövründə, 1932-ci ildən Kiyev vilayətinin mərkəzi olmuşdur, 1954-cü ildən isə vilayət mərkəzidir.
Kimya, yeyinti (o cümlədən konserv, şəkər, süd, ət, tütün), yüngül (ipək kombinatı, trikotaj, toxuculuq fabrikləri və s.) sənaye sahələri; maşınqayırma və metallı inkişaf etmişdir.
Tikinti materialları istehsal edilir. Ağac emalı kombinatı fəaliyyət göstərir. Şəhərdə teatrlar, filarmoniya, planetari, ölkəşünaslıq muzeyi və s. var.[1]