Çin memarlıq üslubu

Yasaq şəhər, mərmər örtülü terrasdakı Yüksək Harmony Zalı. 1420-nin tikintisi; 1888-ci ildəki yanğından sonra yenidən quruldu. Pekin.
Şensi-Sian-dakı Böyük vəhşi qaz Paqodası. Kərpic ve daş.
Ninbo Tarix Muzeyi. Vang Şu[1][2] və Lu Venyu : Həvəskar Memarlıq Studiyası. 2009.

Çin memarlıq üslubu, Şərqi Asiyada əsrlər boyu formalaşmış bir memarlıq sistemidir. Dekorativ detallar istisna olmaqla, struktur prinsipləri əsasən dəyişməz olaraq qalır. Tan sülaləsindən bəri Vyetnam, Koreya, YaponiyaMonqolustanın memarlığında əsas amil olmuşdur. Memarlığın əsas materialı taxtadır. Taxtadan əlavə bambuk qamışı, sarı torpaq kimi təbii materiallardan istifadə edilərək, quruluşlar təbiətlə ən yüksək dərəcədə uyğunlaşdırılaraq inşa edilmişdir.

19-cu əsrin ortalarına qədər qurulan Çin quruluşlarına "Qədim Çin memarlığı", daha sonrakılarına "Müasir Çin memarlığı" deyilir. Mənzil memarlığı, saray memarlığı, məbəd memarlığı, qəbiristanlıq memarlığı və bağçılıq memarlığı olmaqla beş ad altında araşdırılır.

Qədim Çin memarlığı

[redaktə | mənbəni redaktə et]

Çin memarlığının başlanğıcdan XIX əsrin ortalarına qədər olan müddətə verilən addır. Bu müddətdə Çin memarlığı Çin mədəniyyəti ilə birlikdə inkişaf edərək və estetika ilə yanaşı dərin mədəni mənalara sahib olmağa başlamışdır. Dövrün ən məşhur binaları Yasaq şəhərBöyük Çin səddidir. TsinXan sülalələri, SuyTan sülalələri ilə MinTzin sülalələri dövründə üç dəfə zirvəyə qalxmış memarlıq, ölkənin geniş sərhədlərinə və Han xalqının, eləcə də bir çox etnik qrupa malik olduğundan coğrafi və mədəni səbəblərə görə binalarda regional fərqlər müşahidə olunur. Məsələn, ölkənin şimal hissəsində sərt hava şəraitindən qorunmaq üçün taxta və sarı torpaqdan binalar qurularkən, cənubda bunlardan başqa bambuk qamışlardan da istifadə olunurdu.

Mənzil memarlığı

[redaktə | mənbəni redaktə et]

Cəmiyyət tərəfindən sığınacaq üçün tikilən binaların ümumi adıdır. Digər memarlıq arasında ən qədim və inkişaf etmişidir. Memarlıqda coğrafi, mədəni və əhali amillərinə görə regional fərqlər mövcuddur. Məsələn, əhali sıxlığı az olan ərazilərdə (yer çatışmazlığı olmadığı üçün) əhali sıxlığı çox olan ərazilərlə müqayisədə evlər daha geniş, mərtəbələrin sayı daha az və həyətləri daha böyükdür. Binaların əksəriyyəti düzbucaqlı şəklində və sadədir.

Saray memarlığı

[redaktə | mənbəni redaktə et]

İmperatorun hakimiyyətini, mövqeyini gücləndirmək üçün inşa edilmiş, imperator və ailəsinin yaşadığı binalardır. Sinif fərqinin göstəricisidir. Binalar iki hissəyə bölünmüşdür. Ön hissədə dövlət işləri və mərasimləri keçirilir, arxa hissədə isə, imperator və ailəsi yaşayır. Saray memarlığından qalan Pekindəki Yasaq şəhər və Şengyandan başqa bir şey yoxdur.

Məbəd memarlığı

[redaktə | mənbəni redaktə et]

Buddizmin məhsuludur və kökü Hindistanla bağlıdır. Feodal siniflərin mədəniyyətini və dinlərini dərk etmək baxımından vacib bir əhəmiyyətə malikdir. Məbədlər düzbucaqlı şəklindədir. Çöl ön hissədə bir əsas qapı vardır. Qapıdan girəndə hər iki tərəfdə zəng və baraban qüllələri var. İç ön hissədə dörd göy qoruyucusunun heykəllərinin olduğu bir salon var. Salonun arxasında isə Budda və tədris salonu ilə rahib yataqxanasırestoran vardır.

Bağçılıq memarlığı

[redaktə | mənbəni redaktə et]

Bağçılıq memarlığında məqsəd mənzərə yaratmaqdır. İmperatorun bağçasında böyük ərazilərdə yaradılmış möhtəşəm bağlar, xalq bağçasında isə kiçik bağlar vardır. Canglang Pavyonu ilə Dule, Şizilin, Liu və Zuozheng parkları 3000 ildən çox tarixə malik memarlığın nümunələridir.

Qəbiristanlıq memarlığı

[redaktə | mənbəni redaktə et]

İnsan ruhunun ölümsüz olduğuna inanan çinlilər, cənazə mərasimlərinə böyük əhəmiyyət verirdilər və məzarları diqqətlə inşa edirdilər. Rəssamlıq, xəttatlıq və oyma sənəti ilə iç-içə olan memarlıqda qəbiristanlıq dörd tərəfdən divarlarla əhatə olunmuş və hər tərəfində bir qapı vardır. Ön tərəfində insan və heyvan heykəlləri qoyulmuş və qəbiristanlıq ağacla əhatə olunmuşdur.

Müasir Çin memarlığı

[redaktə | mənbəni redaktə et]

XIX əsrin ortalarından etibarən bu günə qədər olan müddət "Müasir Çin memarlığı" adlanır. Bunun səbəbi, XIX əsrə qədər qapalı inkişaf edən Çin memarlığı, Tiryək müharibəsinin məğlubiyyətindən sonra Qərb dövlətlərinin Çində ticarət imtiyazları qazanmaları nəticəsində Qərb memarlığı ilə qarşılıqlı əlaqəyə girməsidir. Bu qarşılıqlı əlaqə Çin Xalq Respublikası qurulandan etibarən artmağa başlamışdır. Xüsusilə 1980-ci illərin əvvəllərində Çin dövlətinin kollektiv kənd təsərrüfatı təcrübəsini dayandırdıqdan və özəl müəssisəyə yenidən icazə verdikdən sonra daha sürətlə davam etmişdir.

  1. WANG Shu, 2012'de Pritsker mükafatı'ne layık görüldü : [1] Arxivləşdirilib 2017-01-02 at the Wayback Machine
  2. France Culture Métropolitains du 27/05/2012 [2] Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine entretiens, bibliographie.