Çin yasəməni

Çin yasəməni (lat. Syringa × chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

Çin yasəməni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Syringa ×chinensis

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yarpağı tökülən koldur. 1777-ci ildə Ruan Botanika Bağında (Fransa) aşkar olunan bu hibrid fars yasəməniadi yasəmənin çarpazlaşdırılması nəticəsində əmələ gəlmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-6 m, enli-yumurtavari və ya piramidal çətirli koldur. Qabığı boz rəngli, soyulandır. Budaqları nazik, düz dayanan və ya qövsvari olmaqla yuxarıya doğru əyilmişdir. Yarpaqların uzunluğu 4-8 sm, eni 2-4 sm, yumurtavari və ya yumurtavari-neştərvari formalı, yuxarısında ucu biz, bünövrəsi yumru, çılpaq, yarımdərili, parlaq yaşıl rəngli, alt tərəfi bir az açıqdır. Saplaqları nazik, uzunluğu 1,2 sm-dir. Çiçəkləri bənövşəyi, qırmızımtıl və ya bənövşəyi-qırmızımtıl rəngli, güclü xoş qoxuludur. Çiçəklərin diametri 1,8 sm, uzunluğu 17 sm, eni 9-10 sm olan düz, yumru, piramidal formalı, bir az sallaq süpürgələrə yığılmışdır. Çiçək tacının uzunluğu 0,8-1,2 sm, borucuğu ensiz-qıfvari, büküşün hissələri uzunsov-ovaldır. Maydan iyunadək 2-3 dəfə bol çiçəkləyir.

Soyuğa davamlıdır (-34 C). Bitki küləkdən qorunan, işıqlı yerlərə üstünlük verir, ancaq kölgədə də bitə bilər. Orta miqdarda nəmişli, məhsuldar, strukturlu, humuslu, su keçirməyən, qara, gillicə, üzvi və ya mineral gübrəli torpaqlara üstünlük verir. Yüksək quraqlığa davamlığı ilə fərqlənir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni səraitdə bir çox rayonlarda becərilir.

Çox dekorativ görünüşə malik növdür. Soliter və ya kiçik qruplarda, yaxşı görünən yerlərdə, digər ağaclarla və ya kollarla kompozisiyalarda, canlı, sərbəst böyüyən hasarların yaradılmasında istifadə edilir.