Çinarə Köçəriyeva

Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı[1][2][3][4]; uşaq hekayələri yazarı[5][6]; Azərbaycan Yazıçılar Birliyinin üzvü;

Çinarə Köçərli
Çinarə Mahir qızı Köçəriyeva
Doğum adı Çinarə Köçəriyeva
Təxəllüsü Köçərli
Doğum tarixi 7 fevral 1985(1985-02-07) (39 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
İxtisası "Marketinq", "Reklam işi"
Fəaliyyəti yazıçı, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 2012-ci ildən
Əsərlərinin dili Azərbaycan dili, ingilis dili
İstiqamət uşaq ədəbiyyatı
Janr hekayə
İlk əsəri "Ərəb Əlifbası"
Tanınmış əsəri "100 Hekayə hədislərlə"
Üzvlüyü

10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir.[7][8]

Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub.

2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib.[9] 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib. 2015-ci ildə uşaqlar üçün, şəkilli "Ərəb əlifbasını yazmağı öyrənirəm" kitabçası nəşr edilib. 2016-cı ildə uşaqlar üçün şəkilli hekayələrdən ibarət "Peyğəmbərlər" kitabı nəşr edilib.

2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2017-ci ildə Odlar Yurdu Universitetinin Marektinq fakültəsinin magistr dərəcəsini ingilis dilində fərqlənmə ilə bitirib. Həmin ildə doktoranturaya qəbul olub. "Qeyri-Neft Sektorunun İnkişafı" adlı dərslikdə "Marketinq tədqiqatının nəzəri-metodoloji əsasları" fəslinin və bir çox məqalələrin müəllifidir. Hal-hazırda doktoranturanın dördüncü kursunda oxuyur.

2017-ci ildə "The Albert Ellis İnstitute"-un psixologiya təlimi üzrə sertifikatını almışdır. 2017-ci ildə "Psixoloji Konsultasiya Bacarıqları Təməl Təlimi"ni bitirərək, Tətbiqedici Mütəxəssis adını almışdır.

2017–2018 ci illərdə Azad Azərbaycan Televiziyasında "Zərif Qəhrəman" verilişində bir il müxtəlif mövzülarla hər həftə efirdə çıxış etmişdir.[10]

2018-ci ildə Malayziyada keçirilən İslam Ölkələri Konfransında ölkəni "Azərbaycanda İslam kadrlarının hazırlanması" mövzusunda ingilis dilində təmsil edib.

2018-ci ildə "Fitrə Zəkatı" adlı qısa hekayəsinə qısametrajlı bədii film çəkilmişdir.[11]

2019-cu ildə "Ərəb dili", 1-ci sinif, dərslik, "Ərəb dili", 1-ci sinif, iş dəftəri, "Marya işıltısı" həşəratlara aid uşaqlar üçün nağıl kitabı nəşr edilib. 2020-ci ildə İslam peyğəmbəri Məhəmməd peyğəmbərin həyatından bəhs edən "Muhəmməd peyğəmbər" kitabı nəşr edilib.

27 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi VI Bakı Beynəlxalq Kitab Sərgisi — Yarmarkasının "Şərq-Qərb" nəşriyyatının stendində Çinarə Köçəriyevanın "Marya işıltısı" kitabının təqdimatı keçirilib.[12]

2020-ci ildə ""Milli dəyərimiz Kəlağayıdan hicablı xanımlar üçün "Əbaya" tərzli geyim" kolleksiyası ideyası ilə geyimlər təqdim edib.[13]

2021-ci ildə "Marya işıltısı" adlı nağıl kitabı əsasında rəssamı Mərziyə Tağıyeva olan 47 dəqiqəlik 2D formatda cizgi filmi hazırlanmış və 17 dekabr 2021-ci ildə "Ting" nəşriyyatının "Ting Az" rəsmi YouTube kanalında yayımlanmışdır.[14]

Həmin ildə "Ting" nəşriyyatında 112 səhifə həcmində (I cild) çapdan çıxan "44 gün Qarabağda" adlı uşaqlar üçün hekayələr kitabında müxtəlif yaşlı uşaqların əzizlərinin — ata, baba, əmi, dayı, qardaş və digərlərinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları, döyüş yolundan bəhs edən hekayələr toplanıb. Kitabda hərbi rütbələr, döyüşdə istifadə edilən texnikalar haqqında geniş məlumatlar və onların təsvirləri də yer alıb, eləcə də, Qarabağ torpaqlarının işğal və azad olunma tarixləri qeyd edilib. 3 cildlik nəzərdə tutulan "44 günlük Qarabağda" adlı kitab 1-ci və 2-ci cildlərin hər birində 16, 3-cü cildində isə 12 hekayə olmaqla 44 hekayədən ibarətdir.[15] Mədəniyyət Nazirliyinin dəstəyi ilə 7 ci Beynəlxalq Kitab sərgisində Baku Expo mərkəzdə kitabın reklam çarxı göstərilməklə qazi və şəhid övladlarının iştirakı ilə geniş təqdimatı keçirilmişdir. Hazırladığı Vətənpərvərlik dizaynında olan stendi "İtV","SpaceTV","CBC" kimi kanalların diqqətini çəkmiş və reportaj hazırlanmışdır. dizayn Sumqayıt Mərkəzləşmiş Kitabxananın dəvəti ilə Heydər Əliyev Mərkəzində 44 gün Qarabağda kitabının təqdimatı keçirilmişdir. Gəncə Regiaonal İdarəsinin dəvəti ilə Gəncədə 44 Gün Qarabağda kitabının təqdimatı keçirilmişdir. Samux rayonu mərkəzləşdirilmiş kitabxananın dəvəti ilə 44 gün Qarabağda Kitabının təqdimatı keçirilmişdir.

8 aprel 2022-ci ildə "Beynəlxalq cizgi filmləri günü" münasibətilə Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin S. Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 45 nömrəli uşaq bağçasında "Danışır nağıllar, göstərir ekran!" adlı "cizgi saatı" keçirib. Tədbirdə uşaq yazıçısı Çinarə Köçərlinin "Marya işıltısı" kitabı əsasında hazırlanan cizgi filmi nümayiş olunub.[16]

Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir.

Ailəlidir, 4 övladı var.

100 Hekayə hədislərlə

[redaktə | mənbəni redaktə et]
3-cü nəşr

"100 Hekayə hədislərlə" (uşaqlar üçün) — Kitabda qəhramanı Əli adlı uşaq olan 100 hekayə vardır. Hər hekayə onu anlatan illüstrasiya ilə müayət olunur. Rəngli və şəkilli bu kitab uşaqların illərdir ki sevimlisidir. Odur ki kitab 3-cü dəfə nəşr edilmişdir. Kitabın ən faydalı tərəfi odur ki, hər bir hekayədə uşaqlarınız İslam Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) hədisini öyrənmiş olacaqlar. Ədəb qaydaları adlı bölümdə isə nümunəvi davranış qaydalarını, məkan və zamandan asılı olaraq müxtəlif duaları həm ərəbcə həm ana dilimizdə öyrənəcəklər. Kitabın sonunda hər bir hədisin mənbəsi qeyd edilmişdir. Lüğət hissəsində isə çətin sözlərin izahı verilmişdir.[17]

Kitab rus dilinə tərcümə edilib.[18]

Ərəb əlifbası

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

"Ərəb əlifbası"İslam ensiklopediyası da adlandırıla bilər. Kitabda uşaqlarınıza İslam dini haqqında ilkin bilikləri vermək üçün uşaq dilində yazılmış məlumatlar vardır. Eyni zamanda elmi məlumatlar və peyğəmbərlər haqqqında məlumatlar vardır. Kitabda ərəb hərflərini və rəqəmlərini əyləncəli şəkildə öyrənmək üçün tapşırıqlar və testlər mövcuddur. Kitabdakı şeirlər uşaqlarınızın dillərinin əzbəri olacaqdır.[19][20]

Peyğəmbərlər

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

"Peyğəmbərlər" (uşaqlar üçün) — Uşaqlar üçün yazılmış kitabda Qurani- Kərimdə haqqında danışılan bütün peyğəmbərlərin həyatını əks etdirən hekayələr yer almışdır. Hər bir hekayənin özünə aid təsvir edilmiş illüstrasiyaları vardır. Bu övladlarınızın oxuduqlarını fikirlərində daha yaxşı canlandırmalarına kömək edir. Hər peyğəmbərin həyatını əhatə edən şeirlər də kitabda yer almışdır. Kitabdakı krassvordlar tarixi məlumatların yaddaşda həkk edilməsinə yardım edir. Kitabın sonundakı mənbə bölməsində hər bir hadisənin Qurani- Kərimdəki ayələrlə isnadı qeyd edilmişdir. Lüğət bölməsində isə terminlərin izahı verilmişdir. Qalın üzlü, nəfis tərtibatlı, rəngli, illüstrasiyalı bu kitab çox səhifəli olsa da uşaqlarınız onu oxumaqdan yorulmayacaqlar. Kitab 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.[21][22][23]

Marya İşıltısı

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

"Marya işıltısı" (nağıl) — Həşəratlardan bəhs edən rəngli illüstrasiyalı uşaqlar üçün nağıl. Şəkillərlə müşayət olunan nağıllarda həşəratların yaşayışı, qidalanması haqqında dəqiq elmi məlumatlar və uşaqlar üçün tərbiyəvi nüanslar kiçik uşaqların rahat anlayacağı dildə əks etdirilmişdi. Terapevtik sayılan nağıl övladlarınızda həşərat fobiyasını götürməyə və tərbiyəni aşılamağa fokuslanmışdır. Marya adlı qəhrəmanla həşəratlar aləminə səyahət etmək uşaqlar üçün çox əyləncəli olacaq![24]

Ərəb dili (dərslik)

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

"Ərəb dili 1" Dərslik (uşaqlar üçün) — Ərəb hərflərini öyrədən interaktiv kitab! Hər bir hərfi və rəqəmlərini ayrı-ayrılıqda yazılışı və səslənməsi ilə öyrədir! Hər hərfi öyrədən səhifədə ərəb əlifbasına xas olaraq hərfin əvvəldə, ortada, sonda işlənməsi ilə verilmişdir. Hər söz şəkillərlə təsvir edilmişdir. Bu uşaqların çoxlu sayda ərəbcə sözlər əzbərləməsinə kömək edir. Hər beş hərfdən bir geniş şəkildə tapşırıqlar , testlər verilmişdir. Bu hərflərin adlarının, yazılış qaydasının, hərəkələrin, oxunuşunu daha yaxşı həkk edilməsinə yardım edir. Sonda hər bir sözün lüğəti təqdim edilimişdir. Hər hərfə aid geniş mətnlər uşaqların ərəb dilində sürətli oxumasına kömək edəcəkdir. Rəngli şəkilli bu kitab ərəb əlifbasını ana dilimiz qədər uşaqlara əlçatan edəcəkdir![25]

Ərəb dili (iş dəftəri)

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

"Ərəb dili" İş dəftəri (uşaqlar üçün) — Ərəb hərflərini şəkillərlə öyrədir. 3 yaşlı uşaqlara belə ərəb hərflərini və rəqəmlərini rahatlıqla öyrətməyi mümkün edir. Rəngləməklə əyləncəli şəkildə hərfləri öyrənən uşaqlar, bununla yanaşı hüsnüxətt olaraq qırıq xətlərdən keçərək yazmağı da öyrənirlər. Hərflərlə yanaşı hərəkələri də öyrədir.[26]

Muhəmməd Peyğəmbər

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

"Muhamməd peyğəmbər" (uşaqlar üçün) — İslam peyğəmbəri Muhamməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatından bəhs edən rəngli, illüstrasiyalı kitabdır. Peyğəmbərin dünyaya gəlməsindən ölümünə qədər bütün həyatını və İslam tarixini əks etdirən, uşaqların anlayacağı dildə yazılmış hekayələrdən ibarətdir. Kitabdakı təsvirlər o dövrə səyahət etməkdə uşaqlarınıza yardımçı olacaq. Kitabdakı hekayələrə aid yazılmış şeirlər kitabı daha da maraqlı edir. İslam peyğəmbərinin gördüyü nəcib, xeyirxah işlər də kitabda ayrıca bölmə olaraq hekayələrdə əksini tapmışdır. Kitabda Xronologiya bölümü tarixi hadisələrin xronologiyasını əks etdirir. Mənbə bölümündə isə hekayələrin əsaslandığı isnad mənbə əks edilmişdir. Lüğət bölümündə isə kitabdakı sözlərin izahı verilmişdir. Qalın qabığlı, rəngli və nəfis tərtibatlı kitab sizin üçün çox gözəl və faydalı hədiyyə seçimi ola bilər![27]

Hə-şə-rat-lar a-lə-min-də

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

"Hə-şə-rat-lar a-lə-min-də" — hecalarla özün oxu" — nağıldakı sözlər hecalı şəkildə yazılmışdır. Oxumağı yeni öyrənmiş uşaqların səlis oxuya bilməsi üçün nəzərdə tutulmuşdur. Şəkillərlə müşayət olunan nağıl maraqlı olması ilə yanaşı, həşəratlar haqqında faydalı məlumatları öyrədir. Həşəratları uşaqlara tanıdır.[28]

44 gün Qarabağda

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

Bu kitabda müxtəlif yaşlı uşaqların ata, əmi, dayı və qardaşlarının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları və döyüş yolundan bəhs edən hekayələr toplanmışdır. Qələbəyə səbəb olan igid oğulların, əsgər və zabitlərimizin başına gələnlər uşaqların dili ilə anladılmışdır. Hekayələrin mövzusu real hadisələrə əsaslanır. Hekayələr rəngli illüstrasiyalarla müşayiət olunur. Hər bir illüstrasiyada həm qəhrəmanlar haqqında xatirələrini bölüşən uşaqlar, həm də haqqında danışılan igid qazi və şəhidlərin real təsviri verilmişdir. Həmçinin döyüşün baş verdiyi ərazilər – işğaldan azad edilən rayonlar, oradakı tarixi məkanlar, texnikalar, silahlar təsvir edilmişdir. Kitabda hərbi rütbələr, döyüşdə istifadə olunan texnikalar haqqında geniş məlumatlar və onların təsvirləri də yer almış, eləcə də, Qarabağ torpaqlarının işğal və azad olma tarixləri qeyd edilmişdir. 3 cildlik nəzərdə tutulan "44 gün Qarabağda" adlı kitab – 1-ci və 2-ci cildin hərəsində 16, 3-cü cildində 12 hekayə olmaqla 44 hekayədən ibarətdir.[29][30][31][32]

1-ci nəşr

Boyama kitabçası — II Qarabağ döyüşünə həsr edilmişdir. İşğaldan azad edilmiş tarixi məkanları, döyüşdə iştirak etmiş texnikaları, hərbi paqonları, simvolları rəngləmək uşaqlarda vətənpərvərlik hissini artıracaq, işğaldan azad edilən şəhərlərin adlarını rəngləmək Şanlı Tariximizi yaddaşlarına həkk etdirəcəkdir.[33]

Ramazan gündəliyim

[redaktə | mənbəni redaktə et]
1-ci nəşr

Kitabda bir ay boyunca hər gün edəcəyiniz faydalı əməllər toplanmışdır. Hər gün üçün xüsusi ayrılmış səhifələrdə müxtəlif biliklər, məlumatlar da vardır. Hər əməli yerinə yetirdikcə qarşısındakı boş çərçivədə qeyd etməklə (30 gün) 1 ay boyunca özünüzü xeyirlə məşğul edəcəksiniz.[34]

Seçilmiş elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • "Müəssisələrin menecmentində aparılan islahatlar sistemində marketinq mexanizminin işlənib hazırlanması". Mövzu. XXII respublika elmi konfrans (2018)
  • Müəssisələrin menecmentində aparılan islahatlar sistemində marketinq tədqiqatının kateqoriya aparatı. Mövzu. Konfrans (2019)
  • Müəssisələrin menecmentində aparılan islahatlar sistemində marketinqin effektivliyinin qiymətləndirilməsi metodları. Tezis. Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfrans (2019)
  • Evolution of the Effectiveness onad Efficiency of Marketing in the System of Reforms in the Menegement of Enterprises Abstract. Internetional Conference on Eurasian Economies. 2–4 September 2020, pp.298–304, Baku — Azerbaijan. Paper ID 2451
  • Müəssisələrin menecmentində aparılan islahatlar sistemində marketinq tədqiqatının kateqoriya aparatı. Mövzu. ISBN 978-9952-8242-0-9 "Qeyri-Neft Sektorunun İnkişafı-Nəzəri, Metodoloji və Metodiki Aspektlər" (kollektiv monoqrafiya)-2019, III Fəsil
  • Взаимосвязь и соотношение менеджмента и маркетинга предприятия. Статья. ISSN 1987–863X. Вестник Кавказсково Международного Университета –Тбилиси-(журнал). 2019
  • Müəssisənin marketinqinin və menecementinin qarşılıqlı əlaqələri və münasibətləri. Məqalə. ISSN 2409–6032. "Turizm və qonaqpərvərlik tədqiqatları" (Beynəlxalq jurnal). 2019
  • Müəssisələrin menecementində aparılan islahatlar sistemində marketinq tədqiqatının rolu. Məqalə. ISSN 1682–9123. "Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri". Bakı, 2018.
  • Methodology for Developing mechanisms and Tools in The Marketing Managment System. Article. ISSN 2412–8368. RS GLOBAL "International Journal of Innovative Technologies in Economy". December 2020
  • Qeyri-İstehsal müəssisələrinin idarəedilməsinin keyfiyyət göstəricilərinin seçilməsi və marketinq analizi. "Odlar Yurdu Universitetinin Elmi və Pedoqoji Xəbərləri". 2021. № 59, UOT№ 336.2
  • Selection of Indicators of Quality Management System and Marketing Analysis of Management of non-Manufacturıng Enterprises. Article. "International Journal of Innovative Technologies in Economy". .p-ISSN: 2412–8368. e-ISSN: 2414–1305. No 1(37) (2022). Published: 2022–03-10
  1. "Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Milli gənclər siyasəti" mövzusunda dəyirmi masa". 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  2. "Autizm — ev şəraitində təlim" adlı kitabın təqdimat mərasimi keçirilib
  3. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Milli gənclər siyasəti" mövzusunda dəyirmi masa
  4. "Autizmlə bağlı kitabın təqdimetmə mərasimi keçirilib". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  5. "BDU-nun Kimya fakültəsində "Nizami Gəncəvi Xəmsəsi" adlı tədbir keçirilib". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  6. BDU -nun Kimya fakültəsində Nizami Gəncəvi ilinə həsr olunmuş tədbir keçirilib[ölü keçid]
  7. ""Ting"in ilk barı". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  8. ""Ting" nəşriyyatı önəmli layihəyə imza atıb - FOTO". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  9. Yeni kitablar: annotasiyalı biblioqrafik göstərici. 2011, № 1 (28).- Bakı, 2011.- səh. 192 Arxivləşdirilib 2020-01-10 at the Wayback Machine
  10. "Uşaqlar və Tətil . Çinarə Köçərli". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  11. "Fitrə zəkatı". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  12. ARMN. VI Bakı Beynəlxalq Kitab Sərgisi — Yarmarkası. (27 – 29 sentyabr 2019-cu il). çərçivəsində keçiriləcək tədbirlər üzrə Proqram. səh. 3 Arxivləşdirilib 2020-01-26 at the Wayback Machine
  13. Yazıçı Çinarə Köçərli Kəlağayıdan özəl dərzisi ilə hazırladığı "Əbaya" tərzli geyimlər.
  14. "Həşəratlar. Cizgi film, Marya Işıltısı. Heseratlar". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  15. "Qarabağ müharibəsi uşaq ədəbiyyatında". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  16. "Beynəlxalq cizgi filmləri günü" münasibətilə
  17. ""100 Hekayə hədislərlə"". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  18. ""100 Истории с хадисами"". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  19. ""Ərəb əlifbası"". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  20. Çinarə Köçəriyeva. Ərəb əlifbası (üçüncü nəşr)
  21. ""Peyğəmbərlər" (uşaqlar üçün)". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  22. "Peyğəmbərlər" — yeni nəsil üçün mənəvi tərbiyə qaynağı
  23. Məktəblilərin oxuduqları heyrətamiz kitab siyahıları- QUA və AzEdu.az-ın ortaq layihəsi
  24. ""Marya İşıltısı" (nağıl)". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  25. "Ərəb dili" (dərslik)
  26. ""Ərəb dili" (iş dəftəri) (birinci sinif)". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  27. ""Muhəmməd Peyğəmbər" (kitab)". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  28. ""Hə-şə-rat-lar a-lə-min-də" — hecalarla özün oxu"". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  29. ""44 gün Qarabağda" (uşaqlar üçün). hekayələr". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  30. Çinarə Köçərli "44 gün Qarabağda"[ölü keçid]
  31. "Gəlin tanış olaq" adlı seminar və yazıçı Çinarə Köçərlinin "44 gün Qarabağda" kitabının təqdimatı. [ölü keçid]
  32. ""Nizami ili"ni kitab və uşaq bayramına çevirən Bakı Beynəlxalq Kitab Sərgisi". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  33. "Boyama: Şuşa (kitabça)". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  34. "Ramazan gündəliyim". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]