Ülviyyə Tahir

Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı,[1] tərcüməçipublisist.

Ülviyyə Tahir
Ülviyyə Tahir qızı Mustafayeva
Doğum adı Ülviyyə Mustafayeva
Təxəllüsü Tahir
Doğum tarixi (44 yaş)
Doğum yeri Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları 2 oğlan: Uveys (2005) və Useyd (2008)
Atası Tahir Mustafayev
Anası Gülsüm Mustafayeva
Təhsili Bakı Dövlət Universiteti, Tarix
Azərbaycan Dillər Universiteti, İngilis dili
İxtisası Tarixçi, filoloq, tərcüməçi
Fəaliyyəti yazıçı, tərcüməçi
Fəaliyyət illəri 2009—h.h.
Əsərlərinin dili azərbaycan dili
Janr Roman
Tanınmış əsəri ALJİR

Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur.

19871998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır.

1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir.

2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur.

2009-cu ildə ilk hekayəsini yazmışdır.

2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində[2] "Anamın tabutu" adlı pyeslə[3] iştirak etmiş və 44 balla 7-ci yer olub.[4]

"Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib.[5]

Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir.

Müəllifi olduğu əsərlər

[redaktə | mənbəni redaktə et]
  1. Şeytanın missiyası[6][7]
  2. Üzü cəhənnəmə[8][9]
  3. Buqələmun[10][11]
  4. Ortaq şəhər (hekayələr kitabı)[12][13][14]
  5. ALJİR[15][16][17]
  6. Şükriyyə Taleyim[18][19]

Tərcümə və şərhçisi olduğu əsərlər

[redaktə | mənbəni redaktə et]
  1. Co Navarro / Marvin Karlins, Bədən dili[20]
  2. Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib)
  1. Məlahət Rzayeva. "Xanım yazarlar arasında ciddi imza varmı? - "Şərq" maraqlı müzakirəyə işıq tutur" (az.)). sherg.az. 2019-12-19. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-19.
  2. ""Anamın kitabı" Ədəbi Mükafatı təqdim ediləcək" (az.)). kulis.az. 2014-10-08. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  3. "Müasir dramaturgiya və ədəbi gənclik" (az.)). kaspi.az. 2015-11-24. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  4. "Kulis.Az saytının əməkdaşı "Anamın Kitabı" müsabiqəsinin qalibi oldu" (az.)). kulis.az. 2014-07-24. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  5. Oxu Zalı. "Ülviyyə Tahirin 20-liyə düşməyən hekayəsi" (az.)). azadliq.org. 2015-06-21. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  6. "Yeni kitab: "Şeytanın missiyası"" (az.)). yarpaq.az. 2012-07-05. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  7. Ayxan Ebilli. ""Şeytanın missiyası"" (az.)). kitabxana.net. 2013-07-10. 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  8. Oxu Zalı. "Yuxuda ciyərlərini çıxardıb qucağına qoymuşdular..." (az.)). azadliq.org. 2013-06-20. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  9. Qaynar.info. "Azərbaycanda son 15 ilin üç romanı seçildi" (az.)). qaynarinfo.az. 2015-06-24. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  10. ""Buqələmun" romanı işıq üzü gördü" (az.)). yenicag.az. 2015-08-15. 2017-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  11. "Ülviyyə Tahir "Buqələmun"" (az.)). yazar.in. 2015-10-22. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  12. ""ATV Kitab" layihəsinin 13-cü nəşri". Azərtac. 2017-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  13. ""Ortaq şəhər" çap edilib" (az.)). artkaspi.az. 2017-05-23. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  14. "Yazıçı Ülviyyə Tahirin "Ortaq şəhər" hekayələr kitabının təqdimat və imza günü keçiriləcək" (az.)). frame.az. 2017-05-26. 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  15. "Yazıçı Ülviyyə Tahirin "Aljir" adlı yeni romanı çapdan çıxıb" (az.)). interaztv.com. 2019-05-09. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  16. Mustafa Ruşhan. "Ülviyyə Tahir "Biz öz həqiqətimizi övladlarımıza deməyi bacarsaydıq, bir əsrdə üç dəfə soyqırıma məruz qalmazdıq."" (az.)). fabula.az. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  17. Ceylan Mumoğlu. "Ceylan Mumoğlu yazır – Tariximizin qaranlıq səhifəsi" (az.)). senet.az. 2018-11-27. 2019-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  18. "Ülviyyə Tahirin "Şükriyyə Taleyim" romanı haqqında müzakirə". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  19. "Dəhşətləri yazmağa gücüm çatmadı - MÜSAHİBƏ". 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-01.
  20. ""Bədən dili" – Co Navarro" (az.)). hedefnesrleri.az. 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]