Azərbaycanda çay mədəniyyəti

Ordubadlıların çay süfrəsi

Azərbaycanda çay mədəniyyəti — özünəməxsus şəkildə formalaşıb.

Azərbaycan çay mədəniyyəti 2022-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.[1]

Ölkədə çayın bir neçə əsr əvvəldən tanınmasına baxmayaraq, XIX əsrin 90-cı illərində Lənkəran və Zaqatala qəzalarında həyata keçmişdir. 1896-cı ildə Lənkəranın Burcəli kəndində (sonralar burada məskunlaşan rusların şərəfinə kənd “Alekseyevka” adlandırılsa da, müstəqillik illərində tarixi adı bərpa olunmuşdur) yaşayan həvəskar M.O.Novoselov Çakovadan (Gürcüstan) gətirdiyi çay toxumlarını öz həyətində əkdi. Rütubətli subtropik iqlimə malik Lənkəran, Astara, Masallı, Zaqatala ərazisi bol yağış və istiliyi sevən bu bitkinin əkini üçün əlverişli təbii şəraitə malikdir. Adı çəkilən bölgələrdə ötən əsrin ilk onilliklərində çay və digər sitrus bitkiləri ayrı-ayrı sahibkarlar tərəfindən yetişdirilsə də, sənaye əhəmiyyəti daşımırdı. 1929-cu ildə ilk dəfə təcrübə məqsədilə bitkiçilik üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunun Hirkan təcrübə stansiyasında Qərbi Gürcüstandan gətirilmiş çay toxumları əkildi və müsbət nəticə verdi. 1932-ci ildə sənaye üçün çay yetişdirmək məqsədilə yeni təşkil olunmuş S.M.Kirov adına çayçılıq sovxozunda 50 hektar sahədə birinci çay plantasiyası salındı.

1934-cü ildə Astara rayonunda V.İ.Lenin adına sitrus bitkilər sovxozu (Linontrest-Qruzi) yaradıldı71 . Həmin ildən başlayaraq Lənkəranda “Pravda” çay sovxozunda sənaye tipli ilk çay plantasiyası salındı. 1937-ci ildə Lənkəranda Çay Emalı zavodunun tikilməsi çay istehsalını sürətləndirdi.

Müstəqillik illərində ölkəmizdə çayçılıq daha da genişləndi. 17 dekabr 2002-ci ildə qəbul edilən “Çayçılıq haqqında qanun”la bu sahədə dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 fevral 2018-ci ildə imzaladığı “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” bu sahənin inkişafına təkan verməkdədir.

XX əsrin əvvəllərində Azərbaycan və Gürcüstan vasitəsilə qara çay Osmanlı imperiyasının mərkəzi vilayətlərində məşhurlaşmışdır.[2] Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun quraşdırılmışdır.[3]

2008-2012-ci illərdə Azərbaycanda çay istehsalı 10,6-10,9 min ton arasında olub.[4] 2013-cü ildə istehsal 7,5 min ton.[4] 2014-cü ildə 474,2 ton çay yarpağı yığılıb.[4]

Çayın hazırlanması

[redaktə | mənbəni redaktə et]

Çayın dəmlənməsi prosesi keçmişdə olduğu kimi, hazırda da davam edir. Çay əsasən, çini qəhvədanda (dəm çayniki) dəmlənir. Bunun üçün quru çayın üzərinə dağ su tökülür, 5-7 dəqiqə ocağa qoyulur. Dəmləndikdən sonra ocaqdan götürülərək bir neçə dəqiqə gözlənilir. Bu proses “yerdəmi” adlanır. Bir stəkan çay üçün yarım çay qaşığı quru çay, 25 qram rafinad qəndi götürülür. Çayı dəfələrlə qaynadılan su ilə dəmləmək məqbul sayılmır. Dəmləmə zamanı çayın içinə zövqə görə müxtəlif Şərq ədviyyatı (hil, mixək, darçın, zəncəfil, cövüz və s.), həmçinin müalicəvi bitkilər də (kəklikotu, mərzə, nanə və s.) qatıla bilər. Etnoqrafik müşahidələr göstərir ki, yay aylarında susuzluğu yatırmaq və ətirli olmaqdan ötrü çaya gülsuyu da əlavə edilir. Gülsuyunu hazırlamaq üçün qızılgülün ləçəkləri şüşə qaba yığılır, üzərinə dağ su tökülür və qapağı örtülərək dəmə qoyulur. 2-3 gündən sonra süzülür və içinə limon suyu sıxılır.

Çay içmə ənənələri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan çayı armudu stəkanda

Azərbaycanda çay adətən, armudu stəkanda içilir.[5]

Azərbaycan çayxanalarında çay süfrəyə, adətən, şirniyyat, çərəzlimonla birlikdə verilir.[5]

Azərbaycanda susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur.[5] Bu, hər şeydən öncə, qonağa hörmətin əlaməti sayılır.[5]

Azərbaycanda keçirilən elçilik mərasimlərində çay xüsusi yer alır.[5] Mərasimin sonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi buna dəlalət edir.[5]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  1. "Çay mədəniyyəti Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Dünya İrs siyahısına daxil edildi" (az.). Musavat.com. 01.12.2022. 21.10.2024 tarixində arxivləşdirilib.
  2. Amanat, Abbas, and Assef Ashraf. 2019. The Persianate world: rethinking a shared sphere. https://brill.com/abstract/title/39353 Arxivləşdirilib 2021-08-25 at the Wayback Machine. page 48
  3. Tahsin Yazıcı. "HAMZA NİGARİ". Encyclopaedia Iranica Online (Brill). (#accessdate_missing_url)
  4. 1 2 3 "Vahid Məhərrəmov: Çay sahəsində rəqəmlər gizlədilir". www.meydan.tv. www.meydan.tv. 9 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2016.
  5. 1 2 3 4 5 6 "Azərbaycanda çay mədəniyyəti". az.baku-art.com. az.baku-art.com. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda çay mədəniyyəti: tarixi-etnoqrafik tədqiqat