Bussol boğazı

Bussol boğazı rus. Буссоль (Пролив)- Sakit okeanına daxil olan Şumişir adasını Qara qardaş (Brat Ciopoev) və Brouton adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 68 km təşkil edir. Dərinliyi 2225 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33,1 - 34,5 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın ümumi sahəsi 83,3 km² - dir. Ən dayaz yeri 515 m-dir. Boğazın adı isə 1787-ci ildə onu üzüb keçən fransız səyyahı Jan-Fransua de Laperuzun rus. Буссоль gəmisinin şərəfinə adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.

Bussol boğazı
rus. Буссоль (Пролив)
Ümumi məlumatlar
Eni minimum 68 km
Uzunluğu 30 km
Ən böyük dərinliyi 2225 m
Yerləşməsi
46°41′41″ şm. e. 151°21′06″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Şimuşir adasını Qara Qardaşlar və Brouton adasından
Bussol boğazı xəritədə
Bussol boğazı
Bussol boğazı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]