Çuxanlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Çuxanlı | |
---|---|
39°38′40″ şm. e. 48°58′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5213 |
Çuxanlı Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kürçayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Keçmış adı Süleymankənd olmuşdur. 1872-ci ildə baş vermış zəlzələ nəticəsində Şamaxı qəzasının Çuxanlı kəndindən köçmüş ailələr burada məskunlaşmışdılar. Bu vaxta qədər kəndin ərazisi Şirvanın dağlıq zonasında yaşayan çuxanlı tayfasının qışlağı olmuşdur.[1]
Çuxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine
Azərbaycanlı tərəkəmələrindən (türkmənlərindən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər. Bu səbəbdəndir ki, kənd əhalisi eyni adlı 2 kənddə məskunlaşıb. Salyan Çuxanlısında Qışlaqda qalan Çuxanlılar, Qobustan Çuxanlısında isə yazlaqda qalan çuxanlılar məskunlaşıblar. Müsəlmandırlar. Məşhur Şirvan aşığı Aşıq Bəylər, Azərbaycan ordusunun bir neçə generalı və yüksək rütbəli zabiti bu tayfadan çıxıb.[mənbə göstərin]
Kənddə "Hacı Cəbrayıl" məscidi dini icması fəaliyyət göstərir.[2]
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |