Dayıkənd — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd
Dayıkənd | |
---|---|
39°27′19″ şm. e. 48°51′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Salyan düzündədir. Ədəbiyyatlarda Daykənd variantında verilmişdır. Tədqiqatçıların fikrincə, kəndin əsl adı Dəyəkənddir. Azərbaycan dilində dayə "daxma, koma, yaylaq" və ya "qışlaqda müvəqqəti yaşayış evi, alaçıq" mənasındadır. Belə ehtimal edilir ki, kənd köhnə dəyələri olan qış yurd yerində salındığına görə Dəyəkənd adlanmış, sonralar isə toponim dəyişikliyə uğrayaraq indiki Şəklinə düşmüşdür, lakin keçən əsrin əvvəllərində Azərbaycan ərazisində Daykənd və Daylaxlı adlı bir neçə kənd qeydə alınmışdır ki, bunlar da atçılıqla bağlı yaranan coğrafi adlardır. Dayıkənd oykonimini də bu coğrafi adlardan biri hesab etmək olar. Day birillik at balasıdır.[1]
Kənddə Dayıkənd kənd məscidi dini icması fəaliyyət göstərir.[2]
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |