Kərimbəyli (Salyan)

KərimbəyliAzərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.

Kərimbəyli
39°47′31″ şm. e. 48°57′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Salyan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2618 (2011) nəfər
Xəritəni göstər/gizlə
Kərimbəyli xəritədə
Kərimbəyli
Kərimbəyli

2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir. Kənddə həmçinin Rusiyadan köçürülmüş rus millətindən olan ailələr də yaşamışlar. XX əsrin sonunda onlar buradan köçüb getmişlər.[mənbə göstərin]

Kərimbəyli bələdiyyəsi (Salyan)

Kənd əhalisinin sayı 2618 (məlumat 2011-ci ilə aiddir) nəfərdir.[mənbə göstərin]

Kərimbəyli məktəbinin Facebook səhifəsi.

Kərimbəyli məktəbi 2020-ci il

Kənddə "Həzrəti Əbəlfəz" məscidi dini icması fəaliyyət göstərir.[1]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyasının alimi, professor Zaman Əsgərli. https://modern.az/az/news/174980