Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Beştalı | |
---|---|
39°34′ şm. e. 49°01′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur.[1]
Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir.
Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[2]
Salyan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |