Kürsəngi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Kürsəngi | |
---|---|
39°46′51″ şm. e. 49°07′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir.
Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.[1]
Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur.[2]
Kürsəngi kəndi Cənub-Şərqi Şirvan düzündə yerləşir.
Kənd ərazisində təxminən 4000 nəfər əhali yaşayır.
Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.[4]
Kürsəngi küp qəbirləri nekropolu
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |