Çxoncin (kor. 청진시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən liman şəhəri, Hamqyon-Pukto vilayətinin inzibati mərkəzi. Ölkədəki ən böyük qara metalurji bazası olan əhəmiyyətli bir sənaye və nəqliyyat mərkəzi olan şəhərdə, Rusiyanın və Çinin baş konsulluqları yerləşir. Şəhərin ləqəbi "Dəmir Şəhəri"dir.[2]
Şəhər | |
Çxoncin | |
---|---|
청진시 | |
41°48′00″ şm. e. 129°46′59″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Vilayət | Hamqyon-Pukto |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | UTC+8:30 |
Əhalisi | |
Əhalisi | 667,929[1] nəfər (2008) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +850 73хххххх |
Vikianbarda əlaqəli mediafayllar |
Çxoncin şəhərinin adı iki sözdən ibarətdir: 清 (çxon kor. 청) və 津 (çin kor. 진). Bu söz birləşməsi Azərbaycan dilinə "təmiz bərə" kimi tərcümə olunur. Şəhərin Yaponiya müstəmləkə hakimiyyəti dövründə qurulduğuna görə, bu hərflərin yapon dilindəki tələffüzü (Seysin) məşhur idi. Ancaq 1945-ci ildə Koreyanın azad olunmasından sonra şəhərin adı Koreyada "Çxoncin" olaraq yayılmağa başladı. Şəhər həmçinin, kiril qrafikasında Koreya adlarının transliterasiyası üçün müəyyən qaydaların qəbul olmamasından rus mənbələrində "Çxoncin" və ya "Çondin" olaraq göstərilir.
Şəhərin qurulma tarixi bilinmir. Çxoncin Yaponiya İmperiyasının Koreyanı işğal etməsindən əvvəl kiçik bir balıqçı kəndi idi. Rus-yapon müharibəsi zamanı Yaponiya qüvvələri Çxoncin şəhərinə getmiş və Mancuriya cəbhəsinə yaxın olması səbəbiylə burada təchizat bazası qurmuşdu. Yaponlar müharibənin sona çatmasından sonra regionda qaldılar və 1908-ci ildə şəhəri Koreya ehtiyatlarının nəqli üçün dayanıqlı bir ticarət nöqtəsi elan etdilər.[3] Şəhər, bu dövrdə "Seyşin" adlandırılırdı. Şəhər 13 avqust 1945 tarixində, İkinci Dünya müharibəsinin sona çatmasından iki gün əvvəl SSRİ qüvvələri tərəfindən işğal edilmişdir. Şəhər Şimali Koreyanın rəhbərliyi altında əhəmiyyətli bir hərbi və sənaye mərkəzi olaraq qalmışdır. 1960-1967-ci və 1977-1988-ci illərdə mərkəzi hökumət tərəfindən birbaşa idarə olunmuşdur.
Çxoncin, 82 şəhər şöbəsi (kor. 동), 16 kənd (kor. 리) və 1 işləyən kənd (kor. 로동자구) daxil olmaqla 7 rayondan (kor. 구역) ibarətdir.
Çxoncinin rayonları:
NASA-ya əsasən Çxoncində orta gündəlik hava temperaturu[4] | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
−5,4 °C | −3,4 °C | 1,3 °C | 7,3 °C | 11,8 °C | 16,0 °C | 20,0 °C | 21,7 °C | 17,7 °C | 11,4 °C | 3,5 °C | −2,5 °C | 8,4 °C |
Şəhərdə tramvay xətti mövcuddur. Şəhərdə həmçinin iki keçid xəttindən ibarət olan bir trolleybus sistemi mövcuddur.[5]
Çxoncin şəhərində yerləşən xarici ölkələrin konsulluq idarələri: