Nampxo (kor. 남포시) — Şimali Koreyanın Pxyonan-Namdo vilayətində yerləşən şəhər və dəniz limanı. Şəhər Tedonqan çayının şimal sahilində, çayın mənsəbinin 15 km şərqində yerləşir. 1980-2004-cü illərdə Nampxo şəhəri "Birbaşa idarə edilən şəhər" statusu daşımışdır. Daha sonra şəhərə Xüsusi şəhər statusu verilmiş və 2010-cu ildə Pxyonan-Namdo vilayətinin tərkibinə daxil edilmişdir. Nampxo şəhəri Şimali Koreyanın paytaxtı Pxenyan şəhərindən 50 km cənub-qərbdə yerləşir. Şəhərin əsası kiçik balıqçılıq kəndi kimi qoyulmuş, 1897-ci ildə xarici ticarət sayəsində limana çevrilmiş, 1945-ci ildə müasir dəniz limanı olmuşdur. Bunun sayəsində şəhər böyümüş və kapital qoyuluşu sürətlənmişdir. 1910-1945-ci illərdə Yapon rejimi dövründə şəhər Namupo adı ilə tanınmışdır.
Xüsusi şəhər | |
Nampxo | |
---|---|
kor. 남포시 | |
38°44′00″ şm. e. 125°24′00″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Region | Kvanso |
Rayon | Pxyonan-Namdo |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları | Çinnampxo, Tinnampo |
Sahəsi | 829 km² |
Saat qurşağı | UTC+8:30 |
Əhalisi | |
Əhalisi | 366 815[1] nəfər (2008) |
Milli tərkibi | koreyalılar |
Rəsmi dili | Koreya dili (şimal-qərb dialekti) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +850 39хххххх |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərdəki sənaye komplekslərinə Nampxo Zavod Kompleksi, Nampxo Şüşə Korporasiyası, Nampxo Gəmiqayırma Kompleksi, Nampxo Balıqçılıq Kompleksi və s. aiddir. Nampxo Şimali Koreyanın gəmiqayırma sənayesinin mərkəzidir. Şəhərin şimalında yük nəqliyyatı, akvatik məhsul, balıqçılıq, duz zavodları yerləşir. Almalar şəhərin Ryonqan rayonunda yetişir və ən məşhur yerli məhsuldur.[2][3]
Nampxo 5 kuyoka və 2 kuna bölünür, onların özü isə donqa və riyə bölünürlər.
Nampxonun iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | −2 | 1 | 7 | 14 | 21 | 24 | 27 | 27 | 23 | 17 | 9 | 2 | 14,2 |
Minimum orta, °C | −8 | −6 | 0 | 6 | 12 | 17 | 21 | 21 | 16 | 9 | 2 | −4 | 7,2 |
Yağıntı norması, mm | 13 | 13 | 30 | 43 | 71 | 81 | 262 | 221 | 109 | 43 | 41 | 20 | 37,1 |
Mənbə: Weatherbase |
Şəhərdə aşağıdakı ali təhsil müəssəsələri yerləşir: