Kimçxek (kor. 김책시), və ya əvvəlki adıyla Soncin (kor. 성진시, 1951-ci ilə qədər) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində, Yapon dənizinin, Kim-Çxek-Xan körfəzinin və Namde çayının sahilində yerləşən şəhər. 2008-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 207,299 nəfərdir.
Şəhər | |
Kimçxek | |
---|---|
김책시 | |
40°40′04″ şm. e. 129°11′51″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Vilayət | Hamqyon-Pukto |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları |
Şirotsu Soncin |
Sahəsi | 850 km² |
Mərkəzin hündürlüyü | 1 m |
Saat qurşağı | UTC+8:30 |
Əhalisi | |
Əhalisi | 207,299[1] nəfər (2008) |
Rəsmi dili | Koreya dili |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya hakimiyyəti dövründə (1910—1945) şəhər "Şirotsu" olaraq bilinirdi. 1951-ci ilə qədər şəhər Soncin adlandırılırdı. Rus dilində tez-tez Kim-Çxek və ya Kim-Çak kimi tərcümə olunur. Şəhər hal-hazırkı adını Koreya müharibəsi zamanı almışdır. Şəhər adını Şimali Koreyanın önəmli bir siyasi və hərbi şəxsi olan Kim Çxekdən almışdır.
Şəhər əvvələr bir balıqçı kəndi idi. Şəhər 1899-cu ildə dəniz ticarəti üçün limanın açılmasından sonra, iqtisadi baxımdan sürətlə böyüməyə başladı.[2] Liman kənd təsərrüfatı məhsulları, odun və s. ixrac edirdi. Yaşayış məntəqəsi 1931-ci ildə şəhər statusu almışdır. 1930-cu illərdə mineral yataqların inkişafına başlayan şəhər, regionun əsas sənaye mərkəzi olmuşdur.
Kimçxek Yapon dənizində yerləşən mühüm bir liman şəhəridir. Şəhər bir dəmir məmulatı zavoduna və Kimçxek Politexnik İnstitutuna ev sahibliyi edir.[2]
Şəhərdə prezident Kim İr Senin fəaliyyətinə həsr olunmuş kiçik bir muzey var. Şəhərdə həmçinin, həm həvəskar, həm də peşəkar oyunlara ev sahibliyi edən milli futbol stadionu mövcuddur. Bundan başqa, görməli yerlər arasında şəhər ətrafında səpələnmiş olan abidələr var.
Şəhərdən magistral yol və dəmiryolu keçir. Şəhərin mühüm bir limanı mövcuddur. Limanda "Texın" balıq ferması fəaliyyət göstərir.[3]