Ömər razılaşması

Ömər razılaşması, həmçinin Ömər əhdi, Ömərin paktı, Ömərin müqaviləsi və ya Ömər qanunları (ərəb. شروط عمر‎ or عهد عمر or عقد عمر) — Levant (SuriyaLivan), Mesopotamiya (İraq) [1] və ya Qüdsün [2] müsəlmanları ilə qeyri-müsəlman sakinləri arasında bağlanmış müqavilə və sonradan islam hüquqşünaslığında kanonik status. Bu, zimmilər və ya "kitab əhli" üçün hüquq və məhdudiyyətləri, yəni islam tərəfindən tanınan və qorunan qeyri-müsəlman xalqlar təbəqəsi – yəhudilər, xristianlar, zərdüştilər və islam hakimiyyəti altında yaşayan bir sıra digər tanınmış dinləri[3] əhatə edir. Razılaşmanın həm strukturu, həm də şərtləri ilə fərqlənən bir neçə variantı var.[4] Razılaşmanın ənənəvi olaraq ikinci Raşidi xəlifəsi Ömər ibn Xəttaba aid edilməsinə baxmayaraq,[5] digər hüquqşünaslar və şərqşünaslar bu aidiyyəti şübhə altına alırlar.[4] Müqavilə bunun əvəzinə IX əsrin müctəhidlərinə (islam alimləri) və ya Əməvi xəlifəsi II Ömərə aid edilir. Bu müqavilə Ömərin Eliya xalqına təhlükəsizlik zəmanətindən (ərəb. العهدة العمرية‎) fərqlidir.

Ümumiyyətlə, razılaşma qeyri-müsəlmanlar (zimmilər) üçün hüquq və məhdudiyyətlərin siyahısını özündə əks etdirir. Onlara riayət etməklə qeyri-müsəlmanlar öz canlarının, ailələrinin və mallarının təhlükəsizliyinə nail olurlar. Digər hüquqlar və şərtlər də tətbiq oluna bilər. Əhdin səhihliyini qəbul edən fəqihlərdən İbn Teymiyyəyə görə, zimmilər dövlət ordusuna yazılsalar və döyüşdə müsəlmanlarla bərabər iştirak etsələr, Ömərin razılaşmasından azad olmaq və müsəlmanlarla bərabər status tələb etmək hüququna malikdirlər.[6]

  1. Roggema, 2009
  2. Meri, 2005
  3. Cohen, Mark. Under Crescent and Cross: the Jews in the Middle Ages. Princeton, NJ: Princeton University Press. 1994. səh. 52.
  4. 1 2 Abu-Munshar, 2007
  5. Thomas, Roggema, 2009
  6. Ipgrave, Michael. Justice and Rights: Christian and Muslim Perspectives. Georgetown University Press. 2009. səh. 58. ISBN 978-1589017221.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]