Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Osmanlı ordusunun azərbaycanlı paşaları Bu xanzadələr 1856-57-ci illərdə Türkiyəyə mühacirət etmiş və orada ömürlərinin sonuna qədər Paşa (general) rütbəsində hərbi və mülki hökumət xidmətlərində olmuş iki qardaş, Ömər bəy və Osman bəy Allahverdi bəy oğlu Qasımxanlılardır. Mustafa xana (1763 – 1844) qədər müəyyən vaxt kəsiyində Şirvana xanlıq etmiş Məmməd Səid xanın (1729 — 1769) nəticələri, onun oğlu Qasım xanın (1763 — 1828) nəvələri və nəvəsi Allahverdi bəyin (1796 — 1824) oğlanlarıdırlar. Mustafa xanın atası Ağası xanla (1731 -1789) Məmməd Səid xan doğma qardaşlardır, ataları Allahverdi bəy Əsgər bəy oğlu (? – 1767) Xançobanılar tayfasınm Ali-Sərkar nəslindındirlər.
Ali-Sərkar sərkar ailəsi, sərkar xanədanı deməkdir. Sərkar ismi farsca “sər” -baş, başçı və “kar”- iş, xidmət mənası verən iki söz birləşməsidir. Dilimizdə indi də “sərdar”, “sərkar”, “sərlövhə” kimi bır sıra sözlər işlənməkdədir. Burada Ali-Sərkar “Başçılar ailəsi”, “Başçılar xanədanı” mənasında işbnmişdir. Xançobani tayfasından olan Əsgər bəyin nəslinə verilmiş bu san son Şirvanşahlar dövründən gəlir. Deyilənə görə bu nəslin babaları o zaman saray xidmətçisi olmuşlar, şahlarla qohumlaşmış, müəyyən bir vəzifə daşımış və saray əyanlarından sayılmışlar. Bu nəsil 1747-ci ildən 1820-ci ilə kimi, 70 ildən artıq bir müddətə xanlıq etdilər. Bu xanədanın üzvü Qasım xan da fasilələrlə 4 ilə yaxın Şirvanda xanlıq etmişdir.
1793-cü ildə əmisi Ağası xan (? – 1789) qızı Kafıyə xanımla (? – 1849) evlənən Qasım xan 1828-ci ildə mühacirətdə, İranda vəfat etmiş və Bəhruzda dəfn edilmişdir. Bu zaman onun İsgəndər bəy (1794 – 1864), Allahverdi bəy (1796 -1818?) və Məmmədsəid xan ( 1797 – 1827) adlı 3 oğlu var idi.
Ömər bəy və Osman bəy Qasımxanlılar 1816-cı ildə Köhnə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşlar. Ataları Allahverdi bəy Qasımxan oğlu 1814-cü ildə Basqal kəndinin yüzbaşısı Hacının qızı Nisə Bəyim ilə (1798-1834) ailə qurmuş, 3-ü oğul və 1-i qız olan 4 övladları olmuşdu. Bunların birincisi Ömər bəy (1816 -?), ikincisi Osman bəy (1816 – ?), üçüncüsü Fətəli bəy (1820 – ?) və dördüncüsü Ruhiyyə xanımdır (1818 – 1876). Allahverdi bəy kiçik qardaşı Məmmədsəid xanla Ərzruma mühacirət etmiş, 1818-ci ildə Allahverdi bəy, 1827-ci ildə Məmməd Səid xan orada vəfat etmişlər. Cənazələri Şamaxıya gətirilərək, aib qəbristanlıqları olan Yeddi kümbəzdə dəfn edilmişlər. Diqqətlə fıkir verilərsə, bu ailənin üzvlərinin doğum və ölüm illərində bir uyqunsuzluq, ziddiyyət müşahidə olunur. Qafqaz Arxeoqrafıya Komissiyasının Aktları deyilən məcmuədə (Tiflis, 1868-ci il) Allahverdi bəyin ölüm ili 1818-ci il, sonuncu iki uşaqlarının doğum ili 1818 və 1820-ci illər göstərilir. Belə çıxır ki, sonuncu uşaq atası rəhmətə gedəndən 2-3 il sonra anadan olmuşdur. Burada bir yanlışlıq vardır. Eyni zamanda Ömər bəyin ölüm ili 1856-cı il, Osman bəyin ölüm ili 1858-ci il göstərilir. Bu da səhvdir. Bu ilbr onların Türkiyəyə mühacirət etdikləri illərdir. Onlar hər biri Türkiyədə 30 ildən çox ömr sürmüşbr. Ulu şairimiz, möhtərəm Hacı Seyid Əzim Şirvani Ömər bəy və Osman bəyin də haqqında məqab daxil etdiyi təzkirəsini 1883-cü ildə tamamlamış və xeyli vaxt da onu sistemləşdirməklə məşğul olmuşdur. Bu yazılarında o hər iki qardaşın Türkiyədə yaşadıqlarını göstərir, “yaşamışlar” deyil “yaşayırlar” yazır. Deməli qardaşlar 1888-ci ilə kimi sağ olmuşlar.
Ömər bəyb Osman bəy bətndə şərik, beşikdə şərik, süddə şərik olduqları kimi talelərində də şərik olmuşlar. Hər ikisi şerlərini də bir təxəllüslə, “Zövqi” təxəllüsü ilə və bir-birinə nəzirə kimi yazmışlar. Ailə həyatı quran zamanda da biri digərinin ardınca getmişlər, Şahbaz bəyin qızlarına evlənərək bacanağ olmuşlar.
Hər iki qardaş ilk təhsillərinini Şamaxıda o dövrün tanınmış müəllimlərindən almışlar, dini təhsilb yanaşı ərəb, fars və rus dillərini öyrənmiş və Şərq ədəbiyyatı ilə tanış olmuşlar. Onlarda ədəbiyyata, xüsusilə şerə, qəzəb xüsusi həvəs və hüsn-rəğbət yaranmışdır. Qardaşlar 1830-cu illərdə Sankt-Peterburq şəhərində hərbi və hüquqi təhsil alməşlar. Şirvana qayıtmışlar və buradakı rus ordusunda hərbi xidmətə girmişbr. Ömər bəyə hərbi xidmətdə olarkən, 1835-ci ilin oktyabr ayının 8-də praporşik, 1838-ci ilin iyul ayının 8-də poruçik, 1840-cı ilin oktyabr ayının 31-də ştabs-kapitan, 1842-ci ilin yanvar ayının 15-dəkapitan, 1843-cü ilin sentyabr ayının 5-də sotnik (yüzbaşı), 1844-cü ilin iyun ayının 8-dəmayor hərbi rütbəsi verilmişdir. Ömər bəy 1849-cu ilin iyun ayının 6-da 3-cü dərəcəli“Müqəddəs Anna” ordeni ilə təltif edilmiş və ondan 5 ay sonra, 1849-cu ilin noyabr ayının 1-də Kavaleriya korpusuna komandir təyin edilmişdir. 1853-cü ildə 2-ci dərəcəli“Müqəddəs Anna” ordeni ilə təltif edilmişdir. 1854-cü ilin dekabr ayının 22-də ordudan tərxis edilərək Salyan və Bərküşad sahələri üzrə müstəntiq vəzifəsinə təyin edilmişdir.
Osman bəy təhsilini başa vurduqdan sonra az müddətə Sankt-Peterburqda Sestroretsk silah zavodunda işləmiş, 1842-ci ildə Şamaxıya qayıtmış və Xançoban sahəsin üzrə sahə müvəkkili içləmişdir. Bu vəzifə hərbi vəzifə sayılırdı. 1845-ci ilin aprel ayının 6-da ona praporşik və 1852-ci ilin avqust ayının 19-da poruçik hərbi rütbəsi verilmişdir.
Qardaşlar hər ikisi o zaman Şamaxıda yaşayan general-mayor İsmayıl bəy Qutqaşınlı (1806 – 1869) ilə möhkəm dostluq edirdilər. Özlərindən 10 yaş böyük olan, xeyli hərbi təcrübəyə və eləcə də yazıçılıq istedadına malik bu şəxsə xüsusi hörmət bəsləyir, onunla həmsöhbət olmaqdan xüsusi zövq alırdılar. Tarixçi alim dostumuz Ədalət Tahirzadə öz yazılarının birində göstərir ki; Hacı İsmayıl bəyin…”Dostları arasında Osman bəy və Ömər bəy Qasımxanovları ayrıca göstərmək gərəkdir. “Zövqi” təxəllüsüylə incə şerlər yazan bu qardaşlar Hacı İsmayıl bəyin ən yaxın adamlarındandı”. İsmayıl bəy özü 1852-ci ildə Məkkə ziyarətinə yola düşən zaman onu yola salanların arasında Ömər bəyin adını xüsusi hörmətlə çəkir. İsmayıl bəy Şamaxı əhlinin onu Həcc səfərinə yola salması mərasimini özünün “Səfərnamə” adlı əsərində belə təsvir edir: “Çün şəhri-Şamaxıda dörd sənədən ziyadə padşah əmrinə binaən əyan-əşxaslarm işlərinə əncam vermək üçün məmur olmuşduq və ol ətrafın əyan-əşxaslarıyla ziyadə ülfətlənmişdik, ona binaən onların səğir və kəbiri və sair əhaliyi-şəhər və cəvanib cəm olub, bizi şəhərdən intəhayi-mehribanlıq və hörmət ilə yola saldılar. Bir para sahibi-hörmətləri iki saat yol ötürüb Qurd təpəsi ilə məsh olunmuş yerdən vidalaşıb, müraciət etdilər. (Qurd təpəsi Şamaxıdan İsmayıllıya gedən yolun üstündə və Şamaxıdan təxminən 15-20 km məsafədə olan yaşayış məskənidir – B. N.).Və xanzadə cənabi-Ömər bəy və qardaşı (Osman bəy) ilə bir para bəylərlə Hovz mahalının sərhəddinə qədər gəlib, Ağsu çayının kənarında vidalaşıb, onlar ayrıldılar. Biz namazı qılıb, yolumuza rəvan olduq” (H. İ. Qutqaşınlı, Əsərləri, Bakı, 2003, səh. 84).
Qardaşlar eyni zamanda o vaxt Şirvanda geniş yayılmış, əsası Kürdəmirli Hacı İsmayıl Siracəddin Əfəndi Şirvanı ( 1782 – 1848) tərəfındən qoyulmuş və Külüllü Hacı Əhməd Əfəndi ( ? – 1856) tərəfındən davam etdirilən sufı-nəqşbəndi təriqətini qəbul etmişdilər. Hacı Əhməd Əfəndinin müridləri kimi Şirvanda təsəvvüf biliklərinin yayılmasında xüsusi cəhd və fəaliyyət göstərirdilər. 1825-ci ildə Kürdəmirli Hacı İsmayıl Əfəndini, onun görkəmli müridləri Külüllü Hacı Əhməd Əfəndini, Cəbrayıllı Mir Həmzə Seyid Nigarini ( 1805 – 1886) ölkədən qaçmağa məcbur edən çar hökuməti bu təriqəti və təriqətin başçılarını öz hökuməti üçün ciddi təhlükə hesab edirdi. Belə ki, hər şeydən əvvəl 1817-1864-cü illərdə Şimali Qafqazda çar müstəmləkəçiliyinə qarşı mübarizənin rəhbərləri Qazi Məhəmməd ( 1794 – 1832), Həmzət bəy ( ? – 1834) və Şeyx Şamilin (1797 -1871) rəhbərliyi altmda davam etmiş, tarixə “Müridizm hərəkatı” və “Qafqaz müharibəsi” adı ilə düşmüş müharibənin ideya rəhbəri və təşkilatçısı Kürdəmirli Hacı İsmayıl Əfəndi və onun ardıcılları hesab olunurdu. Ona görə də rus hökuməti 1820-ci ildən başlayaraq bu təriqətin nümayəndələrinə qarşı açıq mübarizəyə və repressiv tədbirlərə başladı.
Xüsusilə 1820-ci ildən başlayaraq general A. P.Yermolovun, general-mayor knyaz V. Q. Madatovun, knyaz Behbudovun, general-mayor Çelyayevin və digər çar məmurlarının vasitəsi ilə Şirvan, Car-Balakən və Dağıstanda bu təriqətin üzvləri təqib edilməyə, izlənməyə başlandı. Həbslər, sürgünlər, ciddi nəzarət və məhdudiyyətlər başlandı. Daxili İşlər Nazirliyi 1856-cı ildə nəzarətdə saxlanmalı, həbs və sürgün edilməli 50 nəfərdən artıq Şirvanlı din adamlarının siyahısını tərtib etdi və bunların haqqında Şirvandakı rus məmuriyyətindən hesabat tələb etdi. Bu siyahıda Ömər bəy Qasımxanovun adı 1-ci və qardaşı Osman bəyin adı 2-ci idi.
1855-1856-cı illərdə ikinci dəfə Şirvanda hökumətə qarşı ciddi üsyan xarakterli iğtişaşlar baş verdi. Birinci böyük üsyan 1826-cı ilin iyul ayında Abbas Mirzənin komandanlığı altında İran ordusunun cənub sərhədlərini keçərək keçmiş Azərbaycan xanlıqlarını Rusiya işğalından azad etmək üçün gəldikləri zaman baş vermişdi. Fürsətdən istifadə edən Şirvanlılar üsyan edərək, Abbas Mirzənin qoşunu ilə vətənə qayıtmış Mustafa xanı xanlıq kürsüsünə əyləşdirmişdilər. Lakin 1828-ci ildə iran qoşunu məğlub olaraq geri döndüyü zaman Mustafa xan da onlarla İrana getmişdi. Bu üsyana 1848-ci ildə mürşüdü Hacı İsmayıl Əfəndi Şirvani Türkiyədə vəfat edəndən sonra vətəninə qayıtmış Hacı Əhməd Əfəndinin böyük təsiri olmuşdu. Bu iğtişaşlarda Ömər bəylə Osman bəyin də əli olduğu barədə hökumət dairələrinə məlumatlar daxil oldu. Qafqaz canişini, general-leytenant knyaz Behbudovun Daxili İşlər Nazirinə təqdim etdiyi 1856-cı il 6 sentyabr tarixli 552 №-li raportunda bildirildiyi kimi Külüllü Hacı Əhməd Əfəndi 2 nəfər müridi ilə həmin ilin avqust ayında Tambov quberniyasına sürgün edildilər.
Ömər bəy və Osman bəy qardaşları da fıkirlərini hökumət əleyhinə dəyişməkdə, müsəlmanları iğtişaşa təhrik etməkdə günahkar bilindilər. Hökumət Omər bəyi Şirvandan uzaqlaşdırmaq qərarına gəldi. Bu zaman Qars ətrafında ruslarla Türklər arasında 1853-cü ilin oktyabr ayının 4-dən başlanmış “Şərq müharibəsi” (1853-56-cı illər, Krım müharibəsi) gedirdi. Bu hərbi əməliyyatlar zamanı Azərbaycan bölgələrindən toplanmış könüllü süvari dəstələri də Türklərə qarşı vuruşurdu. Tarixçilərimiz yazırlar ki, minlərlə könüllülərin daxil olduğu bu dəstələrin bir çoxuna azərbaycanlı zabitlər, general-mayor İsmayıl bəy Qutqaşınlı, polkovnik Fərəc bəy Ağayev, podpolkovnik İsrafıl bəy Yagdigarov, kapitan İbrahim ağa Vəkilov və başqaları başçılıq edirdi. İsmayıl bəyin barəsində deyilən səhvdir. Ona görə ki, İsmayıl bəy 1851-ci ildən istefaya çıxmışdı, Şamaxıda yaşayır, Bakı Qubemiya Bəy Komissiyasınm tərkibində fəaliyyət göstərirdi. 1852-ci ildə də Həcc ziyarətinə, uzunmüddətli səfərə çıxmışdı. 1853-cü ildə artıq 2 il idiki o mülki bir şəxs kimi yaşayır və hökumətdən hər ay 163 manat təqaüd alırdı. 1852-ci ildə yazılarının birində deyirdi: “Çün şəhri – Şamaxıda dörd sənədən ziyadə padişah əmrinə binaən əyan-əşxasların işlərinə əncam vermək üçün məmur olmuşduq…”.
Ömər bəyi Şirvandan uzaqlaşdırmaq və onu ən təhlükəli bir yerə göndərmək məqsədi ilə 1855-ci ilin yanvar ayının 17-də ona podpolkovnik rütbəsi verilərək Atlı-Müsəlman alayma komandir köməkçisi təyin edildi və Qars cəbhəsinə, Türklərə qarşı vuruşmağa göndərildi. Həmin ilin sentyabr ayının ortalarında cəbhə xəttinə çatan kimi o “qardaş və dindaş millətə qarşı vuruşmayacağını” alay qarşısında uca səslə elan etdi, ona tapşırılmış döyüşçü dəstəsinə də bunu etməməyi təklif etdi və Türk ordusunun tərəfinə keçərək onlara qoşuldu. Bu hadisədən xəbər tutan kimi Şamaxının Hərbi Qubernatoru, general-mayor Çelyayev sentyabrın 30-da Osman bəyi həbs etdi və Tiflisə göndərdi. 1855-ci ilin oktyabr ayının 8-də Qafqaz canişini, general-leytenant Behbudov podporuçik Osman bəyin Tambov şəhərinə sürgün edilməsi barədə 577 №-li əmr verdi.
Osman bəyi Tambovda saxlamadılar. Onu Finlandiyaya göndərdilər və orada yerləşən 63 №-li Don-Kazak alayına xidmətə təyin etdilər. Osman bəy orada da çox qalmadı. Köhnə tələbə dostlarından biri Sankt-Peterburqda “Sestroretsk” silah zavodunun rəhbəri idi və onu həmin zavoda işə gətirdi. 1857-ci ilin oktyabr ayının 12-də oradan məzuniyyət adı ilə qaçan Osman bəy İstanbula gəldi. 1859-cu ildə Qafqaz canişini, general-leytenant Behbudovun başqa bir raportunda 43 nəfər şübhəli şəxslərin haqqında görülmüş inzibati-hüquqi tədbirlər barəsində məlumat verilir və burada da 1-ci Ömər bəyin və ikinci Osman bəyin adı gedirdi. Onların haqqındakı məlumatları olduğu kimi veririk:
1. Podpolkovnik Ömər bəy Allahverdi bəy oğlu Qasımxanov. Şamaxı şəhər sakini. Şərq müharibəsi başlayan kimi hökumət əleyhinə satqınlıq fıkrinə düşdü. Şamaxının sünni əhalisinin arasında qarışıqlıq yaratmağa başladı. Qardaşı podporuçik Osman bəylə birlikdə Bərküşad sahəsinin Külüllü kəndinin sakini Hacı Əhməd Əfəndinin təbliğ etdiyi “Müridizm” hərəkatına qoşuldu. Atlı-Müsəlman alayının komandir müavini təyin edilmiş. Omər bəy 1855-ci ildə Qars ətrafındakı döyüşlərdə qaçıb Türklərin tərəfınə keçdi və hazırda Ömər Paşa adı ilə Türkiyədə yaşayır.
2. Podporuçik Osman bəy Allahvaerdi bəy oğlu Qasımxanov. Ömər bəyin döğma qardaşıdır. 1855-ci il sentyabr ayının 30-da Şamaxının keçmiş Hərbi Qubermatoru general-mayor Çelyayev tərəfindən həbs edilmişdir. Qafqaz canişini, general-leytenant, knyaz Behbudovun iş yerində olmaması ilə əlaqədar olaraq cənab Daxili İşlər Nazirinin 1855-ci il 8 oktyabr tarixli, 577 №-lı sərəncamı ilə Tiflis şəhərindən Tambova göndərilmiş və oradan da həmin sərəncama əsasən Finlandiyada yerləşən 63 №-lı Don-Kazak alayına ezam edilmişdir. Sankt- Peterburqdakı “Sestroretsk” zavodunun komandiri tərəfındən 1857-ci ilin oktyabr ayının 12-də 7 günlük işdən azad edilmiş və İstanbula qaçmışdır. Hazırda Osman Paşa adı ilə İstanbulda yaşayır.
3. Hacı Əhməd Əfəndi. Bərküşad sahəsinin Külüllü kəyd sakini. General- leytenant Behbudovun sərəncamı ilə 1856-cı ildə 2 nəfər müridi, Xançoban sahəsinin Qaraqoyunlu kənd sakini Qəhrəman bəy Hacı Salman bəy oğlu və Qəbələ sahəsinin Nuxa qəzasının Vəndam kənd sakini Əziz Əfəndi Qafur Əfəndi oğlu ilə birlikdə Tambov quberniyasına sürgün edilmişlər. Qəhrəman bəy və Əziz Əfəndi Tambovdan Arxangelsk quberniyasma göndərilmişlər. Hacı Əhməd Əfəndi 1856-cı ilin dekabr ayının 24-də Tambovda vəfat etmiş və orada dəfn edilmişdir.
4. Qəhrəman bəy Hacı Salman bəy oğlu. 1862-ci ildə çarın əfv fərmanı ilə sürgündən azad olub vətəninə, Qaraqoyunlu kəndinə gəlmişdir.
5. Əziz Əfəndi Qafur Əfəndi oğlunun talei naməlumdur. Bu siyahıda bunlardan başqa 38 nəfərin də adı vardır. Bax:ARMTA. Fond 45, siyahı 2. iş 82.
Ömər bəy ilk əvvəl Türkiyə ordusu sırasmda Paşa (general) rütbəsi ilə xidmət etmiş, xeyli məşhurlaşmış və bir müddət sonra hökumət vəzifələrinə irəli çəkilmişdir. Uzun müddət Osmanlı dövlətində “liva” ( o zamankı Türk ordusunda 2 alaydan ibarət ordu birləşməsinin komandiri, general) rütbəsi ilə Şam (Suriya) ətrafında hərbi vəzifə, qarnizon komandiri vəzifəsi daşımışdır. Türkiyədə yaşayıb işlədiyi müddətdə Azərbaycandakı müridlərlə daima yazışmış, onlarla, eyni zamanda vətəndə qalmış ailə üzvləri ilə sıx əlaqə saxlamışdır.
Ömər Paşa Türkiyə tərəfınə keçən zaman onun Şamaxıda ailəsi qalməşdı. 1844-cü ildə vətəndə ikən o Bicolu Şahbaz bəy Şıxəlibəylinin qızı Həcər xanımla evlənmişdi. Həcər xanım 1847-ci ildə vəfat etmişdi, bir il sonra həmin bəyin nəslindən Töhfə xanımla evlənmişdi. Onların heç birindən uşağları olmadığı üçün bir qədər sonra Turçanka (Türk qızı) deyilən kənizlə evlənmişdi. Türk qızmdan 1850-ci ildə Məmmədsəid bəy adlı oğlu və 1852-ci ildə Kafıyə Sultan adlı qızı olmuşdur. O Türkiyəyə gedərkən Şirvanda 2 nəfər zövcə və 2 nəfər uşaq qoyub getmişdir ki, Şirvanda nəsli bu yolla davam etmişdir. Türkiyədəki ailə həyatı barədə heç bir məlumatımız yoxdur.
Osman bəyə də Türkiyədə Paşa (general) hərbi rütbəsi verilmişdir. Ömrünün sonuna qədər İstanbulda arxitektor-mühəndis işləmişdir. Türkiyəyə gedərkən onun da Şamaxıda ailəsi qalməşdır. Osman Paşa 1848-ci ildə Bicolu Şahbaz bəy Şıxəlibəyovun digər qızı Ruhiyyə xanımla ailə qurmuş və 1849-cu ildə Qəmər xanım adlı qızları doğulmuşdur. Osman bəydən sonra Bico kəndində arvadı və qızı qalmışdı. Qızı Qəmər xanım 1866-cı ildə öz dayısı oğlu ilə, Şahbaz bəy Hacı Mehdi bəy oğlu Şıxəlibəyli ilə ailə qurmuşdur. Osman bəyin də İstanbuldakı ailə həyatı barədə heç bir məlumatımız yoxdur. Bir məsələ diqqətə layiqdir ki, bu qardaşlar ailə qurmaqda da bir yol, bir məqsəd seçmişlər, bir ailədən iki bacıya evlənmişlər.
Tarixi sənədlərdən məlum olur ki, hər iki qardaş Şirvan sufi dini və ədəbi məktəbinin təsiri altına düşmüşdilər, vətəndə ikən ədəbi məclislərin həm təşkilatçısı, həm də fəal iştirakçısı olmuşdular. Dahi şairimiz Hacı Seyid Əzim Şirvani (1835 – 1888) özünün məşhur təzkirəsində (Əsərləri, 3-cü cild, Bakı -1974, səh. 117-118) Ömər bəyə və Osman bəyə ayrıca yer vermiş, onların haqqında xeyli xoş məlumatlar vermişdir. S. Ə. Şirvani sözünə belə başlayır: “Osman bəy şəhri-Şamaxının xanzadələrindəndir. Qardaşı Ömər bəy ilə o cənab dövləti-əliyyeyi-Rüsiyyədə sahibmənsəb və sahibvəzifə kimsələrdən olmuşlar. Onlar kimi əhli-kamal və sahibcəlal və sahibzövq kimsənələr daireyi-Şirvanə gəlməmişdir. Hər ikisinin təbi olmağı məşhurdur və zikri-xeyr ilə adları hər dildə məzkurdur”.
Seyid Əzim Şirvani bu iki qardaşın arasında ancaq bir fərq olduğunun müşahidə edildiyini söyləyir. Bu da ondan ibarətdir ki, Ömər bəy xeyli xoşəhval və xoşxasiyyət, Osman bəy isə qismən tündməcaz olmuşdur. Deyir ki, ədəbi məclislərin birində Şirvanın o vaxtkı bədihəgu şair nəvislərindən Möhnəti Şirvaninin dilindən çıxan lətifə məzmunlu bir beyt Osman bəyi təbdən çıxaran zaman Ömər bəy qardaşını sakitləşdirmiş, beytin mənasını səhv anladığmı ona başa salmış, Möhnətiyə mərhəmət göstərmiş və xeyli ənam vermişdir.
Bu yazısında S. Ə. Şirvani göstərir ki, qardaşlar hər ikisi Türkiyə məmləkətində “yaranal” (general, paşa) adı ilə məşhurdurlar. Osman bəy İstanbulda mühəndis səviyyəsində məşhurdur. Ömər bəyin mərtəbəsi isə ondan xeyli yüksəkdir. Yəqin ki, şair Osman Paşanın mülki və Ömər Paşanın hərbi vəzifə daşıdığlarma görə bu qənaətə gəlmişdir. Qardaşlarm “Zövqi” təxəllüsü ilə yazdıqları şeirlərindən əlimizdə çox az bir hissə vardır ki, buları da S. Ə. Şirvaninin təzkirəsindən əldə etmişik və nəzərinizə çatdırırıq:
Ömər bəyin qəzəli:
Ol mahin sanma ki, eşqim ləbü ruxsarınadır.
Ya ki şəhla gözünə türreyi-tərrarınadır.
Bütə etməkdi sitayiş, eləmək surətə meyl,
Eşqimiz, zahid, onun şiveyi-ətvarınadır.
Osman bəyin qəzəli:
Eşqimiz sanma o şuxun xətt ilə xalınadır,
Ya ki geysuyi-siyahına, ruxi-alınadır.
Məəni ərbabı özün surətə etməz aşiq,
Bizim aşiqliyimix ol məhin əhvalmadır.
Osman bəyin farsca şeirindən:
Amadə nəsim sübhdəm tərsəm ki, azarəş kunəd,
Təhriki zülfti ənbərşi əz xəvab bidarəş kunəd.
(Gəldi səhər nəsimi, qörxdum yara verə əzab,
Ətirli saçlarmı tərpədə, qaça gözlərindən xab.)
Qardaşlarm əlimizdə olan qəzəl nümunələrinin məna və rədif eyniliyindən belə bir nəticəyə gəlmək olur ki, bu qəzəllər bir vaxtda, bir ədəbi məclisdə və biri-birinə nəzirə kimi deyilmişdir. Müəllif zahidə müraciətlə bəyan edir ki, sürətə meyl etmək, sitayiş etmək bütpərəstlikdir. Mən isə bütpərəstlikdən uzağam, müsəlmanam, gözəlin işvəsinə, nazma, qəmzəsinə vurğunam. Farsca qəzəldən də məlum olur ki, qardaşlar fars dilini və fars şeriyyətini də çox yaxşı bilmişlər, hər iki dildə onlarm yaradıcılıq meyləri gözəllik, eşq, məhəbbət yönümlü olmuşdur.
S. Ə. Şirvaninin təzkirəsində qardaşların qəzəllərindən cəmi bir heçə misra verilmişdir. Əlimizdə olan məlumata görə, Hüseyn Əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəranın asarma məcmuə”sində Bakı quberniyasmdan Şamaxı əsilli, “Zövqi” təxəllüslü Osman bəy Qasımxanovun həbsdə olan vaxt inşa etdiyi iki qəzəli və bir müxəmməsi verilmişdir (Əlyazmalar institutu, M -133/3045, səh. 996-999).
Bu yazını dahi S. Ə. Şirvaninin bu sözləri ilə bitirmək istərdim: “Əlhəq bu iki qardaş kimi yeganə daireyi-cahana gəlməmişdir”. Bəli! O zaman yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz Azərbaycan oğulları Rusiya qoşunları tərəfdə Türk qardaşlarımıza güllə atmağla hərbi rütbə, orden və medallar qazandılar. Onların arasından Ömər bəy və Osman bəy Qasımxanlılar çıxdı, milli qeyrət, milli qürur və milli təəssübkeşlik yolunda, vətənindən, evində, ailəsindən oldu, qohum-əqrəbasından, uşaqlarından ayrı düşdü.[1]