Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini, 3 iyun 2023-cü il tarixindən fraksiyasının sədri, 5 noyabr 2023-cü il etibarilə isə Cümhuriyyət Xalq Partiyasının 8-ci sədri, Türkiyə ana müxalifət partiyasının lideri, türk siyasətçi və əczaçı.
Özgür Özəl | |
---|---|
türk. Özgür Özel | |
Vəzifədədir | |
5 noyabr 2023-cü ildən | |
Əvvəlki | Kamal Kılıçdaroğlu |
Vəzifədədir | |
5 noyabr 2023-cü ildən | |
Əvvəlki | Kamal Kılıçdaroğlu |
TBMM Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədri | |
Vəzifədədir | |
3 iyun 2023-cü ildən | |
Əvvəlki | Kamal Kılıçdaroğlu |
TBMM Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini | |
24 iyun 2015 – 3 iyun 2023 | |
Əvvəlki | Akif Həmzəçəbi |
Sonrakı | Əli Mahir Başarır |
Vəzifədədir | |
12 iyun 2011-ci ildən | |
Seçki dairəsi | 2011 — Manisa İyun 2015 — Manisa Noyabr 2015 — Manisa 2018 — Manisa 2023 — Manisa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1974 (49 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
eczozgurozel.com/index.p… | |
Vikianbarda əlaqəli mediafayllar |
Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir.
Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür.
Evlidir və bir övladı var. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir.
Özgür Özəl 2009 bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa bələdiyyə başçısı postuna namizəd oldu. Ümumi 163 526 səsdən 21 344-nü (13%) toplayaraq seçkini Milliyyətçi Hərəkat Partiyası namizədi Çingiz Ərgün və Ədalət və İnkişaf Partiyası namizədi Bülent Kardan sonra 3-cü sırada tamamladı.[1]
2014 bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa Böyükşəhər Bələdiyyəsi başçısı namizədi oldu. Bu dəfə isə ümumi 884 501 səsdən 161 659-nu (18.2%) toplayaraq seçkini Milliyyətçi Hərəkat Partiyası namizədi Çingiz Ərgün və Ədalət və İnkişaf Partiyası namizədi Hüseyn Tanrıverdidən sonra 3-cü sırada tamamladı.[2]
2011-ci il Türkiyə parlament seçkilərində ilk dəfə Cümhuriyyət Xalq Partiyası Manisa millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçildi.
2015 iyun və 2015 noyabr Türkiyə Parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa millət vəkili olaraq yenidən TBMM-yə seçildi. 28-ci Cümhuriyyət Xalq Partiyasının Növbədənkənar Qurultayında Cümhuriyyət Xalq Partiyasının Partiya Məclisinin üzvü seçildi. Millət vəkili olduğu müddətdə Türkiyə Böyük Millət Məclisi Səhiyyə Komissiyasının və Cümhuriyyət Xalq Partiyası Həbsxanaları Araşdırma Komissiyasının üzvü oldu. 24 iyun 2015-ci ildə Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini seçildi.
Özgür Özəl digər Cümhuriyyət Xalq Partiyası Manisa millət vəkilləri ilə birlikdə Somadakı mədənləri araşdırmaq üçün məclis komissiyası qurulmasını təklif etdi. 29 aprel 2014-cü il tarixli çıxışında bu təklifin gündəmə salınması ilə əlaqədar olaraq nəzarət və təhlükəsizlik olmamasından danışdı. Çıxış 13 may 2014 Soma Mədən Fəlakətinin ardından ölkənin gündəmində uzun müddət qalmış və müzakirə mövzusu olmuşdur.
Çağdaş Jurnalistlər Dərnəyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən verilən 2015-ci ilin Uğur Mumcu İlin Siyasətçisi Mükafatına layiq görülmüşdür.