General Ağa Məhəmməd Yəhya xan Qızılbaş (4 fevral 1917[1][2] – 10 avqust 1980[1], Ravalpindi, Pəncab) — 1969-cu ildan 1971-ci ilədək Pakistanın prezidenti, Eyyub xanın istefasından sonra.
Yəhya xan | |
---|---|
urdu آغا محمد یحیی خان | |
25 mart 1969 – 20 dekabr 1971 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1917[1][2] |
Vəfat tarixi | 10 avqust 1980[1] (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, siyasətçi, hərbi qulluqçu |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhya xan 1917-ci ildə Pəncabda Qasur şəhərinə yaxın yerdə anadan olub. Əslən puştundur.[3][4][5][6][7][8][9] Yəhya xan Nadir şahla 1738-ci ildə Hindistana gəlmiş xanların nəslindəndir.
Yəhya xan urdu dili ilə bərabər olaraq etnik Pəncabi dilini bilirdi. O, Pəncab universitetini bitirmişdi.
Yəhya xan Britaniya Ordusuna yazıldı. 4-cü piyada qoşun bölməsində zabit kimi xidmət etdi. İkinci dünya müharibəsində iştirakçısı idi. O İraqda, İtaliyada və Şimalı Afrikada qulluq etdi.
1947-ci ildə o Hindistanın bölünməsindən sonra Pakistan ordusunda vəzifə tutdu.
Yəhya xan 34 yaşında briqadir oldu. 1951–1952-ci illərdə Kəşmirdə atəşkəs xəttinə nəzarət etdi. Atəşkəsi tez-tez pozan hindistanlılara cavab vermək qərarına gəldi. Onun əmri ilə Hindistan əsgərlərinə atəş açıldı. 105-ci Müstəqil Briqadaya komandirlik etdi.
Baş Qərargah rəisi kimi Yəhya xan 1954–1957-ci illərdə Pakistan ordusunu təkmilləşdirmək üçün reformasiya apardı. Eyyub xan tərəfindən ordunun planlaşdırma şöbəsinə başçılıq etmək üçün seçildi. Yəhya xan həmçinin 1958-ci ildən 1962-ci ilədək Baş Qərargahın rəhbərlik vəzifələrini yerinə yetirdi. O, 1962-ci ildən 1965-ci ilə qədər həm də piyada qoşun bölməsinə komandanlıq etdi.
Pakistan Ordusunun formalaşmasında xeyli zəhmət çəkdi. 1965-ci ildə Hindistan-Pakistan müharibəsi ərzində piyada qoşun bölməsinə başçılıq etdi. Böyük şlem Əməliyyatında 7-ci Bölməyə başçılıq etmiş, göstərdiyi şücaətə görə 1965-ci ildə general-mayor rütbəsindən sonra general-leytenant rütbəsinə yüksəlmişdi. Xidmət etdiyi ordunun baş komandanı və Pakistan Ordusu baş komandanının müavinini təyin edildi.
Yəhya xan 1966-cı ilin martında Ordunun yaşlı generallarını Altaf Qadiri və Bəxtiyar Ranı istefaya göndərdi.
Yəhya xan 1965-ci ildə Pakistan Ordusunu yenidən ciddiyyətlə formalaşdırmağa başladı. 1965-ci ildə əsas təşkilati işləri başa çatdırdı. Pakistan Ordusunda texniki dəyişikliklər etdi. 1965-ci ilə kimi orduda köhnə qaydalar hökm sürürdü. Effektiv fəaliyyət göstərə bildiyi üçün uğurlar əldə etdi. Ona qədər orduda özbaşınalıq, intizamsızlıq, korrupsiya hökm sürürdü.
Müharibə başlamyanda ABŞ hər iki tərəfə, Hindistana və Pakistana hərbi yardımda embarqo qoymuşdu. Bu embarqo Hindistan Ordusuna təsir göstərmədi, ancaq Pakistan Ordunun texniki tərkibinə mənfi təsir etdi.
Pakistan bu gedişatdan sonra hərbi yardım üçün Çinə üz tutdu. Çin tankları aldı. 1966-cı ildən Pakistan Ordunu təkmilləşdirdi. Köhnələri yeni texnikalarla əvəzlədi.
Əli Yəhya adlı oğlu, Yasəmən adlı qızı var.
The promotion was all the more remarkable given that Yahya was a Shia in the predominantly Sunni officer corps.
Pashtuns (the community from which hailed the country's first four commanders-in-chief from Ayub Khan to Yahya Khan and Gul Hassan Khan, with the exception of Mohammad Musa)
A burly, double chinned, bushy-browed slothful Yahya Khan was, like Ayub Khan, an ethnic Pashtun.