Ümumdünya sərgisi və ya Ekspo, Expo — xalqların nailiyyətlərini nümayiş etdirmək üçün beynəlxalq sərgidir. Bu sərgilər xarakterə görə fərqlənir və dünyanın müxtəlif yerlərində keçirilir. Sənayeləşdirmə simvolu olan beynəlxalq sərgi, texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün açıq platformadı.
1928-ci ildə Beynəlxalq Sərgilərə dair Konvensiyanın qüvvəyə minməsi ilə Beynəlxalq Sərgilər Bürosu Ümumdünya sərgisi üçün beynəlxalq idarəedici orqan kimi xidmət edir. Beynəlxalq Sərgilər Bürosu tərəfindən təsdiqlənmiş sərgilər üç növdən ibarətdir: universal, beynəlxalq və bağçılıq. Onlar adətən üç həftədən altı aya qədər davam edirlər.
İlk Ümumdünya sərgisi Şahzad Albert təşəbbüsü ilə 1851-ci ildə Hayd-parkda keçirildi. Sərginin əsas cazibəsi "Crystal Palace" idi. Sərgi cəmiyyətin bir çox aspektlərinin, o cümlədən incəsənət və dizayn təhsilinin, beynəlxalq ticarətin və əlaqələrin, həmçinin turizmin inkişafına təsir etmişdir.[1][2] 1851-ci ildə yarandığı gündən bəri Ümumdünya Sərgilərinin təbiəti üç dövrə bölünür:
|