Üsküdar Universiteti

Üsküdar Universiteti — İnsan Dəyərləri və Ruh Sağlamlığı Vəqfi tərəfindən qurulan Davranış Sağlamlığı və Elmləri sahəsində Türkiyənin ilk tematik universiteti. Universitetin yaradılması haqqında qanun 3 mart 2011-ci il tarixli və 27863 saylı Rəsmi Qəzetdə dərc edilib.[6]

Üsküdar Universiteti
ÜU
Üsküdar Üniversitesi[1]
Loqonun şəkli
Şüar türk. İnsanı Anlamaya Bir Adım Daha
azərb. İnsanı Anlamaq üçün Daha Bir Addım[2]
Əsası qoyulub 3 mart 2011
Tip Vəqf
Rektor Prof. Dr. Nevzat Tarhan[3]
Tələbə sayı 22.103[4]
Şəhər İstanbul[5]
Ölkə
Ünvan Altunzadə, Üsküdar
Rənglər Yaşıl və ağ         
Universitet şəhərciyi Suburban
Sayt uskudar.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üsküdar Universitetində 22 min tələbə və 617 nəfər akademik heyət var.[7]

NP Group 25 may 1999-cu ildə İstanbulun Bağdad küçəsində Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə Amerika Yaddaş Mərkəzlərinin Türkiyə filialını açdı. Yaddaş Mərkəzləri "Beyin müayinəsi" və "Maqnit Stimulyasiya Müalicəsi" (TMS) (Türkiyədə ilk) həyata keçirərək yüksək ixtisaslı mütəxəssis heyəti ilə psixiatriyada effektiv şəkildə yeni müalicə üsullarını fasiləsiz olaraq təqdim etməyə davam edir.

Yaddaş Mərkəzi nevroloji və psixiatrik xəstəliklərlə məşğul olan beyin funksiyalarının diaqnostikası və müalicəsində elmi nəticələrə əsaslanır. Bir ildən sonra 3 oktyabr 2000-ci ildə "Amerika Yaddaş Mərkəzi"nin prezidenti Venon Vellsin iştirakı ilə Uşaq və Yeniyetmələr Psixiatriya Bölməsinin ikinci mərhələsinin açılışı həyata keçirildi.

2003-cü ilin fevral ayında NP GROUP Fənəryolunda 5 mərtəbəli Böyüklər üçün Nevrologiya və Psixiatriya mərkəzini istifadəyə verdi. Onun arxasındakı villanı isə gənc uşaqların və yeniyetmələrin psixiatrik müalicəsi üçün ayırdı.

2006-cı ilin noyabr ayından NP GROUP funksional və həcmli MR vizualizasiya üsullarından istifadə edir. Daha sonra 20 mart 2007-ci ildə onlar Türkiyədə ilk və yeganə Neyropsixiatriya Xəstəxanasını qurdular. Bununla stasionar müalicə müəssisəsinə olan ehtiyacı ödəməyə başladılar. Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçın iştirakı ilə xəstəxananın açılışı oldu.

2009-cu ilin iyun ayında NP Group-un Türkiyədə Neyropsixiatriya üzrə ilk Klinik Farmakogenetik Laboratoriyası fəaliyyətə başladı. 10 avqust 2009-cu ildə Etilerdə NP İSTANBUL Poliklinikasında Uşaq və Yeniyetmə Psixologiyası və Böyüklər Psixiatriya xidmətini quruldu.

Üsküdar Universiteti 2011-ci il martın 3-dən rəsmi olaraq fəaliyyətə başladı.

2020-ci ilə qədər universitetdə 5 Fakültə, 1 Səhiyyə Xidmətləri Peşə Məktəbi, 5 İnstitut, 37 Bakalavr Proqramı, 61 Önlisans Proqramı, 30 Magistratura Proqramı, 9 Doktorantura Proqramı, 32 Araşdırma və Tətbiq Mərkəzi və 50 Laboratoriya fəaliyyət göstərirdi.

2019–2020-ci tədris ilinə 10294 bakalavr, 7369 rizident, 3215 magistratura və 239 doktorantura olmaqla 21117 tələbə təhsil alıb. 2020-ci ilə kimi, cəmi 16,851 məzun olub.[8]

Akademik istiqamət

[redaktə | mənbəni redaktə et]

Üsküdar Universitetində 101 professor, 39 dosent, 211 Dr. fakültə üzvü, 14 müəllim çalışır. Ümumilikdə 704 professor-müəllim heyəti var ki, onlardan 286-sı müəllim və 53-ü elmi işçidir.

Tədqiqat və laboratoriyalar

[redaktə | mənbəni redaktə et]

Üsküdar Universitetinin 32 tədqiqat və tətbiq mərkəzi, 50 laboratoriyası var. 2019–2020-ci illərdə Beynəlxalq İndekslərə daxil edilən nəşrlərin sayı 190-dır. Ümumi tədqiqat və araşdırmalara layihə dəstəyi 6,2 milyon Türk lirəsidir.[9]

Üsküdar Universitetinin 4 kitabxanası var. Bunlar: Altunizade Mərkəzi Kampusunda İbrahim Tarhan Kitabxanası, Üsküdar Çarşı Kampusunda Müzeyyen Tarhan Kitabxanası, Cənubi Kampusda Namık Kamal Kitabxanası və Ümraniye Kampusunda Ayhan Sonqar Kitabxanasıdır. Ümumilikdə universitetin kitabxana fondunda 47.500 çap nümunəsi, 21.321 elektron kitab, 27.000 elektron jurnal, 1.100 tezis, 473 CD və 22 müqaviləli verilənlər bazası mövcuddur.

Kitabxanaların ümumi istifadə sahəsi 1295 m², oturma yeri 470 nəfərdir.[10]

Üsküdar Universitetinin 11 fakültəsi, peşə məktəbi və institutu var.

Universitet daxilində 5 fakültə bakalavr təhsili verir.

Mühəndislik və Təbiət Elmləri Fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Kompüter mühəndisliyi
  • Biomühəndislik
  • Sənaye və Sistem Mühəndisliyi
  • Molekulyar Biologiya və Genetika
  • Molekulyar Biologiya və Genetika (təhsil ingilis dilində)[11]

Humanitar və Sosial Elmlər Fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Fəlsəfə
  • Psixologiya
  • Psixologiya (təhsil ingilis dilində)
  • Siyasi Elm və Beynəlxalq Münasibətlər
  • Sosiologiya
  • Tarix[12]

Sağlamlıq Elmləri Fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Uşaq İnkişafı
  • Nitq və dil terapiyası
  • Ergoterapiya
  • İş Sağlamlığı və Təhlükəsizliyi
  • Tibb bacısı
  • Səhiyyə İdarəetmə
  • Sosial iş
  • Audiologiya
  • Fizioterapiya və Reabilitasiya[13]

Multimedia fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Media və Kommunikasiya Sistemləri
  • Reklam dizaynı və kommunikasiya
  • Yeni Media və Jurnalistika
  • Radio, Televiziya və Kino
  • Vizual Ünsiyyət Dizaynı

Tibb fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Cərrahiyyə
  • Daxili xəstəliklər
  • Tibb elimləri

Stomatologiya fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Stomatologiya

Elmi müəssisələr

[redaktə | mənbəni redaktə et]

Elm və Texnologiya İnstitutu

[redaktə | mənbəni redaktə et]
  • Molekulyar Biologiya Bölümü Lisansüstü Proqramı
  • Biomühəndislik şöbəsi Magistr proqramı

Sağlamlıq Lisansüstü Araşdırmalar İnstitutu

[redaktə | mənbəni redaktə et]
  • Tibb bacısı doktorantura proqramı şöbəsi
  • Xəstəxana İdarəetmə Məzun Proqramı
  • Tibb bacısı Lisansüstü Proqramları Departamenti
  • İş Sağlamlığı və Təhlükəsizliyi Magistr Proqramı
  • Neyrologiya Məzun Proqramı
  • Sosial iş üzrə magistr proqramı

Sosial Elmlər İnstitutu Magistratura

[redaktə | mənbəni redaktə et]
  • Klinik Psixologiya Magistr Proqramı
  • Neyromarketinq Məzun Proqramı
  • Tətbiqi Psixologiya Lisansüstü Proqramı[14]

Sufişünaslıq İnstitutu

[redaktə | mənbəni redaktə et]
  • Sufi mədəniyyəti və ədəbiyyatı üzrə magistr proqramı
  • İslam Sivilizasiyası, Düşüncə, Tarix və Ədəbiyyat PhD Proqramı[15]
  • Ağız və Diş Sağlamlığı
  • Cərrahiyyə Xidmətləri
  • Anesteziya
  • Biotibbi Cihaz Texnologiyası
  • Uşaq İnkişafı
  • Diş Protezi Texnologiyası
  • Dializ
  • Aptek xidmətləri
  • Elektronevrofiziologiya
  • Əlilliyi olan tələbələrə Baxım və Reabilitasiya Proqramı
  • Fiziki terapiya
  • Qida Texnologiyası
  • İlk Və Təcili Yardım
  • İşçinin Sağlamlığı və İş Təhlükəsizliyi
  • Audiometriya
  • Optika
  • Ortopedik Protez və Ortopediya
  • Perfuziya Texnikaları
  • Radioterapiya
  • Səhiyyə xidmətlərinin idarə edilməsi
  • Sosial xidmətlər
  • Tibbi və Aromatik Bitkilər
  • Tibbi Sənədlər və Katiblik
  • Tibbi Laboratoriya Texnikaları
  • Tibbi təşviq və marketinq
  • Tibbi Görüntüləmə Texnikaları
  • Yaşlılara Qulluq Xidmətləri
  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. "Arxivlənmiş surət". 2015-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-16.
  3. T.C. Üsküdar Üniversitesi. "University Executive Board - Üsküdar Üni". Uskudar.edu.tr. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  4. T.C. Üsküdar Üniversitesi. "Sayılarla Üsküdar Üniversitesi - Üsküdar Üni". Uskudar.edu.tr. 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  5. "Archived copy". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.
  6. "Arxivlənmiş surət". 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-16.
  7. T.C. Üsküdar Üniversitesi. "Academic Staff - Üsküdar Üni". Uskudar.edu.tr. 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  8. "Arxivlənmiş surət". 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-16.
  9. "Arxivlənmiş surət". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  10. "Arxivlənmiş surət". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  11. "Arxivlənmiş surət". 2017-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  12. "Arxivlənmiş surət". 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  13. "Arxivlənmiş surət". 2016-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  14. "Arxivlənmiş surət". 2016-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  15. "Arxivlənmiş surət". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]