İbrahim İsmayılov

İbrahim İsa oğlu İsmayılov (1921, Naxçıvan, Naxçıvan İŞC12 fevral 2014[1]) — 1980–1986-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü.

İbrahim İsmayılov
bayraq
Azərbaycan SSR Ali Məhkəməsinin sədri
bayraq2
24 fevral 1980 – 1986
ƏvvəlkiAbdulla İbrahimov
SonrakıHüseyn Talıbov
bayraq
Bakı Şəhər Məhkəməsinin sədri
bayraq2
1978 – 1980
bayraq
Azərbaycan SSR Ali Məhkəməsinin üzvü
bayraq2
1962 – 1978
bayraq
Azərbaycan SSR prokurorunun müavini
bayraq2
bayraq
Naxçıvan MSSR prokurorunun müavini
bayraq2
1943 – 1948
Şəxsi məlumatlar
Doğum tarixi 1921
Doğum yeri
Vəfat tarixi 12 fevral 2014(2014-02-12)[1]
Partiya
Fəaliyyəti prokuror
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq doktoru[d]

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Xalqlar dostluğu" ordeni
Azərbaycan SSR əməkdar hüquqşünası

1921-ci ildə Naxçıvan şəhərində anadan olub. 1942-ci ildə qiyabi Ümumittifaq Ali Hüquq İnstituna daxil olmuş və 1948-ci ildə oranı bitirib.

İbrahim İsmayılov 1939–1941-ci illərdə Naxçıvan MSSR prokurorluğunda işlər idarəsinin katibi, 1943–1948-ci illərdə Naxçıvan MSSR prokurorluğunda prokuror köməkçisi və Muxtar Respublika prokurorunun müavini olub. 1948–1962-ci illərdə Azərbaycan SSR prokurorluğunun sistemində İstintaq şöbəsinin rəisi, Gəncə vilayət prokuroru, Respublika prokuroru, Respublika prokurorunun köməkçisi, Azərbaycan SSR prokurorunun müavini və Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifələrində işləyib.

1962–1980-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Respublika Ədliyyə Nazirliyi məhkəmə orqanları idarəsinin rəisi, Bakı Şəhər Məhkəməsinin sədri vəzifələrində çalışıb. 1980-ci ildən 1986-cı ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləyib. 1987–1989-cu illərdə Dövlət Aqrar-Sənaye birliyində hüquq idarəsinin rəisi olub.

1989–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti işləyib. 1992-ci ildən Azərbaycan Pedaqoji Universitetinin professorudur. Həm də hüquq tədris mərkəzində tədris işləri üzrə direktor müavini işləyib. Hüquq elmləri doktorudur. 1976-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülüb. I və II dərəcəli "Böyük Vətən müharibəsi" və "Xalqlar dostluğu" ordenləri, həmçinin bir çox medallarla təltif olunub.[2]

  1. 1 2 https://azvision.az/news/24200/ali-mehkemenin-sabiq-sedri-vefat-etdi.html.
  2. "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.