Mirzə Aydəmirov

Mirzə Məlik oğlu Aydəmirov (1901, Sabunçu, Bakı qəzasıbilinmir) — Azərbaycan-sovet hüquqşünası və dövlət xadimi, Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1941–1946), Naxçıvan MSSR xalq daxili işlər komissarı (1939–1941).

Mirzə Aydəmirov
16 avqust 1941 – 1946
ƏvvəlkiƏlisultan Quliyev
SonrakıHüseyn Ələkbərov
bayraq
Naxçıvan MSSR xalq daxili işlər komissarı
bayraq2
1939 – 16 avqust 1941
Şəxsi məlumatlar
Doğum tarixi 1901
Doğum yeri
Vəfat tarixi bilinmir

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Mirzə Məlik oğlu Aydəmirov 1901-ci ildə Bakı qəzasının Sabunçu qəsəbəsində anadan olmuşdur. Uzun illər Azərbaycan Dövlət Siyasi İdarəsi sistemində müxtəlif vəzifələrdə çalışmış, 1935–1939-cu illərdə Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasının üzvü olmuşdur.[1]

1939-cu ildə Mirzə Aydəmirov Naxçıvan MSSR xalq daxili işlər komissarı vəzifəsinə təyin edilmiş və 1941-ci il avqustun 16-dək bu vəzifədə çalışmışdır. 1941–1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.[1]

Mirzə Aydəmirov "Lenin", "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.[1]

  1. 1 2 3 Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət (2-ci kitab). Bakı: Şirvannəşr. 2011. səh. 207.