Seyidcəfər Yaqubov

Seyidcəfər Yaqub oğlu Yaqubov (1875, Qribanovo[d], Nijeqorod quberniyası[d]1942) — Azərbaycan inqilabçısı və dövlət xadimi, ZSFSR xalq əmək komissarı, ZSFSR Həmkarlar İttifaqları Şurasının sədri, Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Əmək qəhrəmanı (1936).

Seyidcəfər Yaqubov
1931 – 29 yanvar 1932[1]
SonrakıMuxtar Hacıyev
bayraq
ZSFSR Həmkarlar İttifaqları Şurasının sədri
bayraq2
1926 – 1931
bayraq
ZSFSR xalq əmək komissarı
bayraq2
1922 – 1926
bayraq
Azərbaycan SSR xalq əmək komissarı
bayraq2
10 noyabr 1920 – 1921
Əvvəlkivəzifə təsis edilib
SonrakıLevon Mirzoyan
Şəxsi məlumatlar
Doğum tarixi 1875
Doğum yeri
Vəfat tarixi 1942
Partiya

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Erkən həyatı və inqilabi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Seyidcəfər Yaqub oğlu Yaqubov 1875-ci ildə Nijeqorod quberniyasının Serqaç qəzasının Qribanovo kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 16 yaşında olarkən pul qazanmaq üçün yaşadığı kəndi tərk edərək Novorossiyskə getmiş, 1901-ci ildə isə Bakıya gələrək zavodlardan birində çilingər işləmişdir. Burada o, inqilabi hərəkata qoşulmuş, 1904-cü ilin fevral ayında qeyri-leqal sosial-demokrat dərnəyinə daxil olmuşdur. Seyidcəfər Yaqubov bu zamandan etibarən Bakı bolşevik təşkilatının fəal işçilərindən birinə çevrilmişdir. Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin tapşırığı ilə Sabunçu rayonunda qanunsuz dərnəklər təşkil etmiş, fəhlələr arasında inqilabi təşviqat aparmışdır.[2]

Seyidcəfər Yaqubov Bakı proletarlarının 1904-cü il dekabr tətilində, Birinci rus inqilabında fəhlə tətillərinin təşkilində, döyüş drujinalarının yaradılmasında yaxından iştirak etmişdir.[3] O, Neft Sənayesi Fəhlələri İttifaqının yaradılmasında əhəmiyyətli rol oynamış və ittifaqın təşkil edildiyi ilk gündən (1906-cı ilin oktyabr ayından) 1909-cu ilədək onun idarə heyətinin üzvü və xəzinədarı olmuşdur. 1907–1908-ci illərdə o, RSDF(b)P Balaxanı Rayon Komitəsinin və Bakı Komitəsinin üzvü olmuş və geniş partiya fəaliyyəti göstərmişdir. Birinci Dünya müharibəsi illərində bolşeviklərin kütlələrlə əlaqəni möhkəmlətmək və militarizm əleyhinə təbliğat aparmaq üçün istifadə etdikləri kooperativlərdə işləmişdir.[2]

Oktyabr inqilabından sonrakı dövrdə

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə çarizmin devrilməsindən sonra Seyidcəfər Yaqubov kütlələri inqilabi səfərbərliyə almaq üçün bolşeviklərin apardığı hərtərəfli işdə iştirak etmişdir. 1917-ci ilin oktyabrında o, Bakı təşkilatının nümayəndəsi olaraq bolşevik təşkilatlarının Tiflisdə çağırılan Qafqaz ölkə qurultayının işində iştirak etmişdir. 1918-ci ilin mart ayında o, Bakıda antisovet müsavatçı əksinqilabçılara qarşı silahla vuruşmuşdur. Bakı Xalq Komissarları Soveti yarandıqdan sonra hərbi-inqilabi istintaq komissiyasında işləmiş, eyni zamanda Əmək Komissarlığı kollegiyasının üzvü olmuşdur. 1918-ci ilin yayında Qırmızı qvardiya sıralarında Bakını dövrəyə alan alman-türk birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir.[2]

Bakı Kommunasının süqutundan sonra Seyidcəfər Yaqubov Binəqədidə neft mədənində mexanik işləməyə başlamış və Ə. Məlikov, H. Ağaverdiyev və başqaları ilə birlikdə gizli şəkildə partiya təşkilatının sıralarını möhkəmləndirmək işlərini davam etdirmişdir.[2] 1919–1920-ci illərdə Binəqədi rayonunun partiya özəyinin və partiya komitəsinin, Bakı Komitəsinin, "Hümmət", "Ədalət" və Qafqaz Ölkə Komitəsi üzvlərinin birgə iclasında seçilmiş hərbi komissiyanın, Azərbaycan Kommunist Partiyasının 1-ci qurultayında seçilmiş Mərkəzi Komitənin üzvü olmuşdur.[3]

Sovet Azərbaycanı dövründə

[redaktə | mənbəni redaktə et]

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Seyidcəfər Yaqubov sovet orqanlarında bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920-ci ildə o, Azərbaycan SSR Xalq Əmək Komissarlığında işləmiş, sonra isə Binəqədi Neft Mədənləri İdarəsi sədrinin müavini təyin olunmuşdur. 1922-ci ilin mart ayında Zaqafqaziya sovet respublikaları Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli konfransında Zaqafqaziya Federativ Respublikaları İttifaqı Sovetinə üzv və ZSFSR xalq əmək komissarı seçilmişdir. 1926–1931-ci illərdə ZSFSR Həmkarlar İttifaqları Şurasının sədri olmuş, ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü və ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü seçilmiş, II çağırış Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi üzvü, III və IV çağırışlarda isə komitə üzvlüyünə namizəd olmuşdur.[2]

Seyidcəfər Yaqubov 1931-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir. 1937-ci ilədək o, Azərbaycan KP Mərkəzi Nəzarət Komissiyasında, Azərbaycan SSR Xalq Komissarları Sovetində işləmişdir. O, dəfələrlə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü, Azərbaycan K(b)P Bakı Komitəsinin və Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilmişdir.[2] "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[3] 1 fevral 1936-cı ildə ona "Əmək qəhrəmanı" adı verilmişdir.[4]

  1. ASŞC A'li Məhqəmə sədri hakkьnda // Kommynist. № 28 (3445). 1 fevral 1932. S. 4.
  2. 1 2 3 4 5 6 С. Я. Ягубов // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 145–147.
  3. 1 2 3 Јагубов Сејидҹәфәр Јагуб оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 45–46.
  4. ASŞC 15 illiji mynsəвətilə Azərbajçan SŞÇ-nin qaвaqçьl işciləri və işci qadınlarь, qolxozçularь və qolxozçu qadьnlarь, əməkci zijalьlarь nymajəndələrinin və şura işcilərinin təltif edilməsi haqqьnda Уmum Azərbajçan Mərkəzi Içraijjə Qomitəsi prezidiumunun qərarь // Qommunist. № 60 (4686). 12 mart 1936. S. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]