Sənan Hüseynoviç Musayev (13 aprel 1923, Qusar, Quba qəzası – 1983) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1957–1962).
Sənan Musayev | |
---|---|
1974 – 1980 | |
1962 – 1974 | |
1957 – 1962 | |
Əvvəlki | Məhərrəm Hüseynov |
Sonrakı | Abdulla İbrahimov |
1954 – 1957 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 1983 |
Təhsili | |
Atası | Hüseyn Musayev |
Sənan Hüseynoviç Musayev 1923-cü ildə Qusar şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941–1942-ci illərdə istehsalatda işləmiş, 1942–1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1949-cu ildə oranı bitirmişdir.
1949–1951-ci illərdə Azərbaycan Dövlət Universitetində elmi katib və mülki hüquq kafedrasının baş müəllimi vəzifələrində işləmişdir.
Sənan Musayev 1951–52-ci illərdə Azərbaycan KP MK-nın mühazirəçilər qrupunun rəhbəri, 1952–1954-cü illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur.
1954–57-ci illərdə Azərbaycan Respublikası Prokurorunun müavini, 1957–1962-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri, 1974–1980-ci illərdə isə Bakı şəhər Nərimanov rayon xalq məhkəməsinin sədri vəzifələrində işləmişdir.
1962–1974-cü illərdə Sənan Musayev Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır.
Dəfələrlə Bakı şəhər Sovetinə, Bakı Vilayət Sovetinə, Nərimanov rayon Sovetinə deputat seçilmişdir.
Sənan Musayev məhkəmə ekspertizasının təşkili və metodikası sahəsində çoxsaylı elmi məqalə və məcmuələrin müəllifidir. Onun elmi məqalələri Bakı, Moskva, Macarıstan, Bolqarıstan və digər ölkələrdə çap olunmuşdur.
Sənan Musayev Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, bir sıra medallarla təltif olunmuşdur[1].