İbrahim Səfərov (coğrafiyaçı)

Səfərov İbrahim Səfər oğlu (28 avqust 1913, Şamaxı qəzası22 noyabr 1998, Bakı) — Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor.

İbrahim Səfərov
bayraq
Azərbaycan SSR sovxozlar naziri
bayraq2
11 fevral 1953 – 26 mart 1953
ƏvvəlkiSoltan Mirzəyev
15 aprel 1952 – 11 fevral 1953
SədrTeymur Quliyev
bayraq
Azərbaycan SSR meşə təsərrüfatı nazirinin birinci müavini
bayraq2
1945 – 1952
Şəxsi məlumatlar
Doğum tarixi 28 avqust 1913(1913-08-28)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 1998(1998-11-22) (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 1998 "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar meşəçisi" fəxri adı — 1964 XTNS qızıl medalı — 1956 XTNS gümüş medalı XTNS bürünc medalı

İbrahim Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Meşəçilik (Tiflis şəhərində) və hüquqşünaslıq sahələrində iki ali təhsil almışdır.

1939–1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra isə Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilmişdir. 1942–1945-ci illərdə zabit rütbəsində İkinci dünya müharibəsində iştirak edərək, Bessarabiyanı azad edənlər sırasında olmuşdur. 1945–1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda, sovxozlar naziri vəzifəsində çalışmış, 1953–1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik etmişdir. Onun rəhbərliyi altında institutda əkinçiliklə yanaşı, tərəvəzçilik, yemçilik, mexanizasiya, genetika, seleksiya sahələrinə dair geniş tədqiqat işləri də aparılmışdır.

1961-ci ildən ömrünün sonuna kimi Elmlər Akademiyasının Botanika İnstitutunda çalışmış və yaradıcılıq fəaliyyətini həmin institutun meşəşünaslıq laboratoriyasına bağlamışdır. Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s. təşkil etmişdir. 1949-cu ildə "Dəmir ağacının bioekoloji xüsusiyyətləri və onun təsərrüfat əhəmiyyəti" mövzusunda namizədlik, 1961-ci ildə isə "Azərbaycanın 3-cü dövr qiymətli relikt ağac bitkiləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Alimin rəhbərliyi altında terras üsulu ilə eroziyaya uğramış sahələrdə püstə, badam və başqa qozmeyvəlilərin plantasiyası yaradılmışdır. Onun əməyinin elmi axtarışları 200-dən çox elmi məqalə, o cümlədən 10 monoqrafiyada öz əksini tapmışdır. Rəhbərliyi altında 2 elmlər doktoru, 25-ə yaxın elmlər namizədi dissertasiyası müdafiə edilmişdir.

İ. Səfərovun hərbi və əmək xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının və Müstəqil Azərbaycan Respublikasının 20 medal və ordenlərinə layiq görülmüşdür. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

  • Леса Кавказа. Владикавказ, 1991.
  • Редкие деревья и кустарники лесов Азербайджана. Баку, Маариф, 1985
  • Платан Восточный. Баку, Азернешр, 1981
  • Субтропические леса Талыша. Баку, Элм, 1979