İkinci Mahmud (əsl adı: Ağakişiyev Mahmud İsmayıl oğlu; 30 may 1986, Qazax rayonu – 6 iyul 2019, Bakı) — yazıçı, esseist, publisist.
İkinci Mahmud | |
---|---|
Mahmud İsmayıl oğlu Ağakişiyev | |
Doğum adı | Mahmud Ağakişiyev |
Təxəllüsü | İkinci Mahmud |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | publisist, esseist |
Fəaliyyət illəri | 2013–2019 |
Əsl adı Ağakişiyev Mahmud İsmayıl oğlu olan İkinci Mahmud 1986-cı ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur.
Muğanlı kənd orta məktəbini bitirmişdir. Bakı Dövlət Universitetində filologiya (bakalavr, 2003–2007) və türkologiya (magistr, 2008–2011) üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Ankara şəhərində yerləşən Bilkənd Universitetində Türk dili və ədəbiyyatı üzrə kurs keçmişdir.
2013-cü ildən mətbuatda çıxış etməyə başlamışdır. Müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilmişdir.
Ümid arası adlı hekayəsi alman dilinə tərcümə edilmişdir. Özü isə Artur Şopenhauer, Alber Kamü, Umberto Eko, Çak Palanik, Viktor Pelevin, Nodar Dumbadze, Haruki Murakami kimi müəlliflərin bir-neçə esse və hekayəsini Azərbaycan dilinə tərcümə etmişdir. Synaps Library layihəsinin ideya müəlliflərində biridir.[1]
Tarixin izi ilə adlı bədii-dokumental filmin ssenari müəllifi və rejissorlarından biridir.
Mahmud Ağakişiyev 2019-cu ilin 6 iyul tarixində Xətai rayonunda yerləşən evində vəfat edib. Ürək tutmasından dünyasını dəyişən yazıçı, anadan olduğu Qazax rayonunun Muğanlı kəndində dəfn edilib.[2]