Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 20 gün əvvəl Elshad Iman (Elşad İman) (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
İlqar Nəcibəddin oğlu Orucov — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
İlqar Orucov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Astara Sım kəndi |
Vətəndaşlığı | Azərbaycan |
İxtisası | Riyaziyyat–fizika müəllimi |
Təhsili |
ADPU AMEA |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru |
Mükafatları |
Orucov İlqar Nəcibəddin oğlu 19 fevral 1973-cü ildə Astara rayonunun Sım kəndində ziyalı ailəsində anadan olmuşdur. 1979-1990-cı illərdə Sım kənd orta məktəbində təhsil almışdır. 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə qəbul olunmuş, 1996-cı ildəhəmin universiteti riyaziyyat-fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Ailəlidir, bir övladı var.
1996-1999-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun doktoranturasında təhsil almışdır. Akademik Mahmud Kərimovun və professor Mirzə Qurbanovun rəhbərliyi ilə “Polimer- yarımkeçirici (АIIBVI və АIII BVI) kompozitlərdə fotorezistiv və fotovoltaik effektləri” mövzusunda dissertasiya işini müdafiə edərək “bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika” ixtisası üzrə fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2 ixtiranın, Azərbaycanda və xaricdə çap olunmuş 100-dən çox məqalənin müəllifidir.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2000-2013-cü illər ərzində AMEA Radiasiya və Fizika institutlarında kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda, 2005-2013-cü illərdə AMEA Fizika İnstitutunun Elmi Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
2003-cü ildən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədridir.[1][2]
2005-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri, AMEA Gənc Alimlər Şurasının sədri vəzifələrində çalışmışdır.
2006-2012-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri vəzifəsində çalışmışdır.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı hazırlayan işçi qrupunun, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramlarının Əlaqələndirmə Şurasının üzvü olmuşdur.
2008-2013-cü illərdə Gənc alimlərin əsərləri elmi jurnalının baş redaktorunun müavini, 2013-cü ildən isə baş redaktorudur.
2009 və 2016-cı illərdə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Vətəndaş Cəmiyyəti” təşviqat blokunun vəkili təyin edilmişdir.
2011-ci ildən mərkəzi qərargahı Brüssel şəhərində yerləşən Avropa Gənc Alimlər Şurasının (EURODOC) üzvüdür. Onun rəhbərliyi ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti bu beynəlxalq təşkilatda ölkəmizi təmsil edir.[3]
2019-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və məsul katibi, Azərbaycan Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri yanında İctimai şuraların, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) yanında Müstəqil Ekspertlər Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
2021-ci ildə yenidən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü seçilmişdir. Təhsil və elm sahəsində 100-dən çox beynəlxalq və yerli layihələrin rəhbəri, həmçinin, 35 ölkənin 400-dən çox gənc alimlərinin iştirakı ilə “Avropa məkanında çağırışlar: Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu”nun və dünyanın 96 ölkəsindən 700 gənc alimin iştirak etdiyi “Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Dünya Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumunun ideya müəllifi və təşkilat komitələrinin sədri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin olunmuşdur.