İlxıçı (Xaçmaz)

Məmmədxanlı (keçmiş İlxıçı)Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd.[1] Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır.

Məmmədxanlı
41°24′58″ şm. e. 49°00′00″ ş. u.
Ölkə  Azərbaycan
Region Xaçmaz rayonu
İnzibati bölgüsü Qalağan kənd inzibati ərazi dairəsi
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Məmmədxanlı xəritədə
Məmmədxanlı
Məmmədxanlı
Məmmədxanlı xəritədə
Məmmədxanlı
Məmmədxanlı

Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur.[2] Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır.

İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır. M.Vəlili (Baharlı) şahsevən ilxıçı qəbilələrinin 1921-ci il məlumatına görə Quba qəzasında aşağıdakı kəndlərdə iz buraxdıqlarını qeyd edir. “Quba qəzasında – Qasımqışlaqlı (2), Xəlifələr, Ulduğ, Zərgərli, İlxıçı Həsən Əfəndi, İlxıçı Məmmədxan, İlxıçı Qaradağlı (2), Əhmədli (2), Xırdaoymaq”.[3]

29 may 2015-ci il tarixli qanunla Qalağan kənd inzibati ərazi dairəsi tərkibindəki İlxıçı kəndinin adı dəyişdirilərək Məmmədxanlı adlandırılmışdır.[4]

Kəndin adı ilə bağlı bəzi qeydlər

[redaktə | mənbəni redaktə et]

Xaçmaz rayonunda adında "ilxıçı" sözü işlənən bir neçə kənd olmuşdur ki, bu da müxtəlif mənbələrdə qarışıqlığa gətirib çıxarmışdır. Məsələn, Azərbaycan toponimlərinin ensiklopedik lüğətində Xaçmaz rayonunun iki İlxıçı adlı kəndindən bəhs olunur. Həmin kitabda bu iki kəndin aid olduğu inzibati ərazi vahidləri səhv salınmış və indiki Məmmədxanlı kəndinin Niyazabad kənd i.ə.d.-in tərkibində olduğu qeyd olunmuşdur.[2] Halbuki, Məmmədxanlı (keçmiş İlxıçı) kəndi Qalağan kənd i.ə.d.-in tərkibinə daxildir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü R.Xəlilov Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirir:

"Ölkəmizdə bir rayonun ərazisində bir neçə eyni adlı kənd mövcuddur. Bu da məktub alınması, poçt bağlamalarının aidiyyəti üzrə çatdırılması zamanı çaşqınlıq yaradır".[5]

Beləliklə, Xaçmaz rayonunda İlxıçı adlı bir neçə kənd olduğundan çaşqınlıqları aradan qaldırmaq məqsədilə Qalağan kənd i.ə.d.-dəki İlxıçı kəndinin adı dəyişdirildi. Hal-hazırda Xaçmaz rayonunun Niyazabad kənd i.ə.d-də İlxıçıİlxıçı Həsən Əfəndi kəndləri mövcuddur. Lakin bu iki kəndlə bağlı da qarışıqlıqlar mövcuddur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 Məmmədxanlı (Xaçmaz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. İdrisov Qələmşah. Xaçmaz toponimləri (PDF). Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2011. 66–67. ISBN 978-9952-34-626-8.
  4. "Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının 29 may 2015-ci il tarixli, 1300-IVQ nömrəli Qanunu" (az.). e-qanun.az. 2015-05-29. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  5. "Milli Məclis: 29.05.2015 - tarixli iclasın stenoqramı". İstifadə tarixi: 2023-12-05.