İmamverdi Həmidov

İmamverdi Yavər oğlu Həmidov (1 yanvar 1941, Bala Kolatan, Masallı rayonu) — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor, filologiya elmləri doktoru.[1]

İmamverdi Həmidov
İmamverdi Yavər oğlu Həmidov
Doğum tarixi 1 yanvar 1941(1941-01-01) (83 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi adı
İş yeri
Elmi rəhbəri Ələsgər Məmmədov

İmamverdi Həmidov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Masallı rayonunun Bala Kolatan kəndində anadan olmuşdur.

Ümumi təhsili

[redaktə | mənbəni redaktə et]

İbtidai, yeddiillik və orta təhsilini müvafiq olaraq rayonun Bala Kolatan, Böyük KolatanBədəlan kənd məktəblərində almışdır.

İxtisas, ali və elmi təhsili

[redaktə | mənbəni redaktə et]
  • 1957-1959-cu illərdə Bakı Statistika Texnikumunda oxumuş və iqtisadçı ixtisası üzrə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində oxumuş və oranı filoloq, ərəb dili tərcüməçisi, ərəb və Azərbaycan dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
  • 1967-ci ildə Sovet İttifaqı Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun (Moskva şəhəri) aspiranturasına keçirilmişdir.
  • 1967-1968-ci illərdə Həmin institutun aspirantı olmuşdur.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1959-1960-cı illərdə Masallı rayonunun Qodman kəndindəki kolxozda iqtisadçı vəzifəsində işləmişdir.
  • 1969-1973- Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat institutunun böyük elmi işçisi
  • 1973-1976– Ədəbiyyat İnstitutunun elmi katibi
  • 1980–1985– Ədəbiyyat institutunda böyük elmi işçi.
  • 1990-1997- Ədəbiyyat İnstitutunda böyük elmi işçi
  • 1997-ci ildən indiyə kimi – Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri
  • 2017-ci ildən “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Filologiya və Pedaqogika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.[2]

Dissertasiya müdafiəsi

[redaktə | mənbəni redaktə et]
  • 1970-ci ildə “İbn Quteybə Dinəvəri” mövzusunda “Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə filologiya elmləri namizədi dissertasiyası müdafiə etmişdir.
  • 2009-cu ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Ərəb ədəbiyyatı və Azərbaycan ədəbiyyatı ixtisasları üzrə “Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Əsərlərinin ümumi sayı 113
  • O cümlədən monoqrafiya və kitabları 9
  • Beynəlxalq jurnallarda çap olunmuş əsərlərinin sayı 31

Əlavə əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

AMEA-dan xaricdə əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi kadr hazırlığı

[redaktə | mənbəni redaktə et]

– 3 nəfər elmlər doktoru hazırlığı üzrə məsləhətçi, 4 nəfər fəlsəfə doktoru hazırlığı üzrə elmi rəhbər

Yaradıcılıq birliyində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

  1. "Həmidov İmamverdi Yavər oğlu" (az.). 3/15/2019. 26 Apr 2017 - 9 Jun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  2. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.