Yəmən Xalq Demokratik Respublikası


Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur.

Sosialist respublika (1970–1990)[1]
Yəmən Xalq Demokratik Respublikası
جمهورية اليمن الديمقراطية الشعبية‎
Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
Himn: الجمهورية المتحدة (ərəbcə)
"Birləşmiş Respublika"
1989-cu ildə Cənubi Yəmən
1989-cu ildə Cənubi Yəmən
 
 
 

Paytaxt Ədən
Ən böyük şəhər Əl-Mukalla, Taiz, Zincibar, Əş-Şixr
Dilləri ərəb dili
Rəsmi dilləri ərəb dili
ingilis dili
məhri dili
sokotri dili
hobi dili
şəhri dili
Dövlət dini Sünnilik
Ərazisi 360,133 km2 (1990)
Əhalisi 2,585,484 (1990)
İdarəetmə forması Federal MarksistLeninist birpartiyalı sosialist respublika
Dövlət başçıları
İlk Baş katib
 •  Əbdül Fəttah İsmayıl (1978–1980)
Son Baş katib
 •  Əli Səlim əl-Beyd (ilk) (1986–1990)
İlk Prezident
 •  Qəhtan Məhəmməd Əş-Şəəbi (1967–1968)
Son Prezident
 •  Heydər Əbu Bəkr əl-Əttas (1986–1990)
İlk Baş nazir
 •  İlk Feysəl Əbd əl-Lati Əş-Şəəbi (1969)
Son Baş nazir
 •  Yasin Səid Numan (1986–1990)
Tarixi
 • 30 noyabr 1967 Müstəqilliyin elan edilməsi
 • 14 dekabr 1967 BMT-yə üzvlük
 • 31 oktyabr 1967 Konstitusiyanın qəbul edilməsi
 • 22 may 1990 Unifikasiya
ISO 3166-1 = South
ISO 3166-3 = Yemen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Yəmən 1874-cü ilBöyük Britaniyanın Ədən MüstəmləkəsiƏdən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ilƏdən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir. Bunun səbəbi Milli Azadlıq Cəbhəsi (MAC) və İşğal edilmiş Cənubi Yəmənin Azadlığı üçün Cəbhə (İCYAC) Böyük Britaniya hakimiyyətinə baş qaldırması idi.

30 noyabr 1967-ci il tarixində Cənubi Ərəbistan ProtektoratıCənubi Ərəbistan Federasiyası SSRİ-nin köməyi ilə birləşmiş və MarksistLeninist bir sosialist respublika olmuşdur. Regiona sabitlik gətirmək üçün göstərdiyi səylərə baxmayaraq, ölkə 1986-cı ilqısa bir vətəndaş müharibəsi yaşamışdır. 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində kommunizmin Avropa ölkələrində süquta uğramasından sonra, Cənubi Yəmən ilə Yəmən Ərəb Respublikası (adətən "Şimali Yəmən" adlandırılır) 22 may 1990-cı il tarixində birləşmiş və müasir Yəmən Respublikasını qurmuşdur. Bu hadisələrə baxmyaraq, 1994-cü ildə Cənubi Yəmən şimaldan ayrıldığını elan etmişdir və nəticədə Yəmənümumi bir vətəndaş müharibəsi baş vermişdir. 2017-ci ildən bəri Cənubi Yəməni bərpa etmək cəhdləri göstərilir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Müstəqilliyini əldə edən Yəmən Xalq Demokratik Respublikası dərhal ölkəni altı mühafəzəyə (ərəb. محافظة‎‎‎) bölmüşdür. 19671978-ci illərdə bu mühafəzələr rəsmi şəkildə, sadəcə rəqəmlərlə adlandırılırdı, ancaq 1979-cu ildə onlara yeni, rəsmi adlar verilmişdir. Adalar – Kamaran (1972-ci ilŞimali Yəmən tərəfindən alındı), Perim (Məyun), Sokotra, Əbd əl-Kuri, Səmha, Dərsa və Sokotra arxipelağının digər əhalisiz adaları Aden mühafazasınin müdriyyələri olmuşdu. [2]

Rəqəm Ad Təxmini ərazi (km.2) İnzibati mərkəz
Mühafəzələrin xəritəsi.
Mühafəzələrin xəritəsi.
I Ədən 6,980 Ədən
II Lahc 12,766 Lahc
III Abya 21,489 Zincibar
IV Şəbva 73,908 Ətək
V Hadramaut 155,376 Mukalla
VI Əl-Məhra 66,350 Əl-Geyda

1980-ci illərin ortalarına qədər Cənubi Yəməndə sənaye məhsullarının istehsalı və mineral sərvətlərin istismarı çox az idi. Bu dövrdə ölkənin ŞibamMukalla mərkəzi regionlarında əhəmiyyətli neft ehtiyatları kəşf edilmişdir. Gəlirin əsas mənbələri kənd təsərrüfatı (meyvə-tərəvəz, dənli bitkilər, mal-qara, qoyun, balıqçılıq və s.) və neft ixracı idi.

1976-cı ildəki milli büdcə 13,43 milyon Cənubi Yəmən dinarı, ümumi daxili məhsulu 150 milyon ABŞ dolları, milli borcu isə 52.4 milyon ABŞ dolları idi.

Aviaşirkətlər

[redaktə | mənbəni redaktə et]

Aşağıda sadalanan avirşirkətlər YXDR tərəfindən idarə edilirdi:[3]

  1. Victoria, Clark. Yemen: Dancing on the Heads of Snakes. Nyu-Heyven, Konnektikut. 2010. səh. 112-130.
  2. İsmayıl, Tarıq Y.; Jakelin S. İsmayıl. The People's Democratic Republic of Yemen: Politics, Economics, and Society; The Politics of Socialist Transformation. Ədən: Lynne Rienner Pub. oktyabr 1986. ISBN 0-931477-96-4.
  3. "Airlines - South Yemen". The World's Airlines. David Lyall. 2009-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  4. "History". Aden Airways. Peter Pickering. 27 aprel 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]