Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Kolatan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2]
Bala Kolatan | |
---|---|
Ölkə |
Oykonim Külotan variantında da qeydə alınmışdır. Əvvəllər bıı ərazidə bir Kolatan kəndi mövcud idi. Sonralar indiki Bala Kolatan yaşayış məntəqəsi yarandıqda keçmiş Kolatan kəndi Böyük Kolatan adlandırılmışdır. Talış dilində "meşədə təmizlənmiş, açılmış sahə" (tala) külət adlanır.[3]
Digər məlumatlara görə Qədə Kuləton talış dilində "Qədə" – kiçik, "Kulət" – meşənin içindəki təbii çəmənlik və ya yaşamaq, əkinçilik və heyvandarlıq məqsədilə insanlar tərəfindən ağaclardan təmizlənmiş meşə ərazisi, "on" – cəm şəkilçisi mənasını verir. "Kulət" sözünün "çəmənlik", "Qədə Kuləton" sözünün rus dilindəki analoqu "Маленкие луга" ola bilər. Bala Kolatanın indiki tarixi çoxda qədim deyil və təxminən 250 ildən bir az çoxdur. Bala Kolatanın yuxarı məhəlləsinin ilk sakinləri indiki Lerik rayonunun Mastail kəndindən gəliblər.
1813-cü il Gülüstan müqaviləsinə əsasən Bala Kolatan Rusiya çarının ərazisinə qatılıb və vergini rus çarına ödəyiblər. Böyük Kolatan Talish xanının təəbəliyində qaldığından əhali vergini Talish xanına ödəyib.
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan[4] və Xanalian kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman Azərbaycan türklərindən ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı.[5] Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 940 nəfərdir.[6]
Bala Kolatan əhalisinin əsas məşğuliyyəti keçən əsrin ortalarına qədər dəmirçilik, at və kəl arabaları, onların hissələri və beşik istehsalı olub.
Masallı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |