İmran Verdiyev

İmran Allahverdi oğlu Verdiyev (15 yanvar 1958, Yaqublu, Vartaşen rayonu) — Əməkdar müəllim (2005).[1]

İmran Verdiyev
Doğum tarixi 15 yanvar 1958(1958-01-15) (65 yaş)
Doğum yeri
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2005

Həyatı[redaktə | mənbəni redaktə et]

İmran Allahverdi oğlu Verdiyev 15 yanvar 1958-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində anadan olmuşdur. Orta təhsilini 1965–1975-ci illərdə Yaqublu kənd orta məktəbində almışdır. 1975-ci ildə keçmiş APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin ali məktəbi bitirmişdi. 2 avqust 1979-cu il tarixdən Oğuz rayonundakı Yaqublu kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

Dəfələrlə keçmiş kənd Xalq Deputatlari Sovetinin deputatı seçilmişdir. 1985–1990-cı illərdə Vartaşen (Oğuz) rayonundakı Yaqublu kənd XDS-nin İcraiyyə Komutəsinin sədri, 1990-cı ilin may ayından dekabr ayına kimi isə qonşu Zərrab kənd orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir.

1990-cı ilin dekabr ayından yenidən öz dogma məktəbində - Yaqublu kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdır. O, Oğuz Rayon Təhsil Şöbəsinin 26 avqust 1992-ci il tarixli 223 nömrəli əmri ilə işlədiyi məktəbə direktor təyin edilmişdir. 30 ildən çox həmin məktəbdə direktor vəzifəsində çalışmışdır. Bu illər ərzində məktəbdə sağlam mənəvi-psixoloji və əlverişli təhlükəsiz iş mühitin yaradılması, gənc pedaqoji kadrlarla iş, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilalanlar üçün əlverişli təlim və inkişaf mühitinin yaradılması, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması onun gündəlik qayğıları olmuşdur. Direktor vəzifəsində işlədiyi müddət ərzində məktəbin bütün nailiyyətləri onun adı ilə bağlıdır. Kənddə yeni və müasir tələblərə cavab verən məktəb binasının tikilməsində də böyük əməyi olmuşdur. [2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Həm müəllim, həm də direktor kimi iş təcrübəsi həmişə maraq doğurmuşdur. Onun dərsləri təşkilati mütəşəkkilliyi və orjinallığı ilə seçilmişdir. Dərs prosesinin təşkilinə yaradıcılıqla yanaşan İ.Verdiyev didaktik prinsiplərin kompleks şəkildə həyata keçirilməsinə; təhsil, tərbiyə və inkişaf vəzifələrinin vəhdətdə götürülməsinə, səmərəli metodik variantların tətbiqinə, interaktiv təlim texnologiyalarından və İKT vasitələrindən səmərəli istifadəyə, şagirdlərin fəal axtarıcılıq və tədqiqat işlərinə cəlb olunmasına, evristik müsahibə və diskussiyaların aparılmasına, kurikulumun əsas prinsipləri olan şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, tələbəyönümlülük və inteqrativliyə xüsusi fikir verirdi. Təsadüfi deyil ki, onun müxtəlif münasibətlərlə Bakı, Gəncə, Ağdaş, Sumqayıt, Qəbələ, Şəki, Mingəçevir və Oğuz şəhərlərinin ümumtəhsil məktəblərində keçirilmiş açıq dərsləri həmişə maraqla qarşılanmışdır. Şagirdləri dəfələrlə fənn olimpiadalarının və müxtəlif müsabiqələrin qalibi olmuşlar.[3] [4] [5] Çoxlu ardıcılları yetişmişdir.

Məktəb rəhbəri kimi təhsilin keyfiyyətinin yaxşılaşdırılması, möhkəm və işgüzar pedaqoji və şagird kollektivinin formalaşdırılması, təhsil strategiyasının və kurikulum islahatının reallaşdırılması, müəllim-şagird, müəllim-müəllim, müəllim-rəhbər münasibətlərində hörmət və tələbkarlığın gözlənilməsi, ailə—məktəb münasibətlərinin düzgün tənzimlənməsi, təfəkkür məktəbinin, yeni pedaqoji təfəkkürün və təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması üçün sistemli və səmərəli fəaliyyət göstərmişdir. Nəticədə məktəbin nailiyyətləri durmadan yüksəlmiş və dəfələrlə "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Pedaqoji iş təcrübəsi Təhsil Naziri M. Mərdanov, akademik H. Əhmədov, Bakı şəhəri Tİ-nin keçmiş rəisi A. Cahangirov, "Azərbaycan məktəbi" jurnalının redaktoru N.Həcəfov, Bakı Ali Pedaqoji Qızlar Seminariyasının təsisçisi, nasir və dramaturq, professor A. Rəhimov, ADPU-nun Şəki filialının elmi-metodiki işlər üzrə direktor müavini, dosent N.Çələbiyev, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri V.Əlfiyev (Vüsal Oğuz), yazıçı-rəssam, Azərbaycan Jurnalistlər və Rəssamlar İttifaqlarının, Yazıçılar Birliyinin üzvü, mədəniyyət və İncəsənət İnstitutunun müəllimi, "İncəsənət" qəzetinin redaktoru Ə.İbrahimov, "Təhsil problemləri" qəzetinin redaktoru M.Rəcəb, "Respublika" qəzetinin müxbiri R.Amanov, tanınmış təhsil işçisi E.Kərimov və digərləri tərəfindən yüksək qiymətləndirilmişdir. Səmərəli fəaliyyəti və uğurları Təhsil Nazirliyinin kollegiya qərarlarında və əmrlərində, Oğuz müəllimlərinin ənənəvi konfranslarında, Oğuz Rayon Təhsil Şöbəsinin şura iclaslarında dəfələrlə qeyd edilmişdir. İş təcrübəsi, nailiyyətləri və fəaliyyətinin səmərələliyi barədə qəzet və jurnallarda, İ.Vahabovun "Oğuz təhsili" (I hissə), V.Zeynalovun "Azərbaycan ziyalıları", N.Hüseynlinin "Yurdum, torpağım, əzəl ünvanım–Oğuz" və digər kitablarda geniş məlumatlar verilmişdir. 2003-cü ildə məktəbdə olmuş Azərbaycan Respublikasının Təhsil Naziri M.Mərdanov onun fəaliyyətini təqdir etmişdir.[6]

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 sentyabr 1998-ci il tarixli 610 (s) saylı sərəncamına əsasən iş təcrübəsi öyrənilərək yayılmışdır. [7]

Bir müddət içtimai əsaslarla keçmiş AMİ-nin Şəki filialının Oğuz şəhərində təşkil etdiyi müəllimlərin ixtisasartırma kurslarında mühazirəçi olmuşdur. O, 2010-2015-ci illərdə kurikulum təlimçisi kimi də fəaliyyət göstərmişdir. Mətbuat səhifələrində çap olunmuş metodik tövsiyələrindən, müasir tələblər səviyyəsində hazırladığı dərs nümunələrindən ölkə məktəblərində geniş istifadə olunur.

İ.Verdiyev uzun illər Oğuz Rayon Təhsil Şöbəsinin şura üzvü olub. Rayon, zona, respublika və beynəlxalq səviyyəli bir sıra konfrans, müşavirə, seminar və treninqlərin iştirakçısıdır. Azərbaycan müəllimlərinin XII qurultayının nümayəndəsi olmuşdur. [8]

Metodik tövsiyə müəllifidir. Onun Oğuz müəllimlərinin iş təcrübəsi əsasında hazırladığı "BMT-nin "Uşaq Hüquqları Konvensiyasının müəddəalarının öyrənilməsi, təbliği və tətbiqi" adlı metodik tövsiyəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi metodik şurasının "Məktəbəqədər tərbiyə və ibtidai məktəb" bölməsinin 16 mart 2002-ci il tarixli 3 saylı protokolu ilə təsdiq olunaraq çap olunmuş və müəllimlərin istifadəsinə verilmişdir. [9]

O, öz təklif və tövsiyələri ilə dərslik və fənn proqramlarının hazırlanmasında da yaxından iştirak etmişdir. İmran Verdiyev Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün ilk dəfə hazırlanan "Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu[10])"nu (I–XI siniflər) hazırlayan işçi qrupunun üzvü olmuşdur.

1998-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin[11] Respublika turunun qalibi olduğuna görə Təhsil Nazirliyinin Fəxri fərmanı, 2000-ci ildə isə "Təhsilin humanistləşdirilməsi yeni pedaqoji təfəkkürün təzahürüdür" mövzusunda keçirilmiş Respublika pedaqoji mühazirələrinin yekun turunun qalibi olaraq I dərəcəli Diplom ilə təltif edilmişdir. 1914-cü ildə "Elektron təhsil" müsabiqəsində "Milli elektron tədris resurslarının yaradılması" nominasiyası üzrə fərqlənərək Diplomla təltif olunmuşdur. İ.Verdiyev Oğuz Rayon Təhsil Şöbəsinin (Sektorunun) keçirdiyi müxtəlif baxış və müsabiqələrin də qalibidir. O, həmçinin müxtəlif münasibətlərlə çoxlu sayda digər fəxri fərman, diplom, sertifikatlarla da təltif olunmuşdur.

İmran Verdiyev 2005-ci il oktyabr ayının 4-də "Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar müəllim" Fəxri adına layiq görülmüşdür.[1]

Elmi - tədqiqtçılıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İ.Verdiyevin fəaliyyətində tədqiqatçılıq və elmi yaradıcılıq xüsusi yer tutur. O öz doğma kəndininməktəbinin tarixi haqqında maraqlı araşdırmalar aparmışdır. Bu araşdırmaların yekunu olaraq onun 2003-cü ildə "Yaqublu məktəbi", "Yaqublu və yaqublulular", 2022-ci ildə isə "Yaqublu kəndi və onun məktəbi" adlı kitabları çap olunmuşdur.

Bu kitablarda tarixi mənbələr və konkret faktlar əsasında Oğuz rayonunun qədim və iri yaşayış məntəqələrindən olan Yaqublu kəndinin coğrafi mövqeyi və təbiəti, kəndin tarixi və adının etimologiyası, kənd əhalisinin tarixi və say dinamikası, kəndin iqtisadiyyatı, sosial-mədəni həyatı, yaradıcı şəxsiyyətləri, yaqubluluların müstəqillik uğrunda mübarizə illərində, I və II Qarabağ müharibələrində göstərdikləri fədakarlıqlar və qəhrəmanlıqlardan, kəndin şəhid övladlarından; kənd məktəbinin tarixi, burada işləmiş müəllimlər və onların qabaqcıl iş təcrübəsi, təlim-tərbiyə sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər və məzunların uğurlarından geniş bəhs olunur.

Onun "Azərbaycan müəllimi", "Təhsil problemləri", "Təhsil və zaman", "P.S.Elm,təhsil və həyat", "Maarifçi", "İncəsənət", "Bəşər", "Üç nöqtə", "Oğuz yurdu" (Oğuz şəhərində nəşr olunan), "Mingəçevir işıqları", "Ədalət", "Səs", "Qəbələ", "Oğuz yurdu" (Naxçıvanın Sədərək rayonunda nəşr olunan) qəzetlərində; "Kurikulum", "Azərbaycan məktəbi", "Azərbaycan dili və ədəbiyyat tədrisi", "Təhsil" jurnallarında, "ManeraAZ", "Ucnoqta" və digər saytlarda 100-dən çox yazısı dərc olunmuşdur ki, bunların da çoxu pedaqoji mövzulardadır. Bu məqalələrdə səmərəli iş təcrübələrindən söz açılır, təlim-təbiyənin aktual problemlərindən bəhs edilir, maraqlı və orijinal təkliflər irəli sürülür.

Onun dərc olunmuş məqalələrini məzmun baxımından iki yerə bölmək olar: sırf elmi-tədqiqat xarakterli məqalələrmetodik tövsiyə xarakterli məqalələr.

İ.Verdiyevin elmi-tədqiqat xarakterli məqalələrinə aşağıda adları qeyd olunanları nümunə göstərmək olar:

  1. "Şəxsiyyətin formalaşmasında mütaliənin rolu", "Kurikulum" jurnalı, XXX cild, №2, 2015. Səh:42-51
  2. "Tarixi-fəlsəfi yük və mühüm ideya daşıyan obraz (yaxud azadlığın və cəsarətin simvolu-Bozqurd)", Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı, №4,2018. Səh:49-51
  3. "Kitabi - Dədə Qorqud" dastanında qadına münasibət", "Ucnöqta.az" saytı, 07.03.2023
  4. "Nəsimi yaradıcılığında kamil insan obrazı", "Üç nöqtə" qəzeti, 04.05.2019
  5. "Kitabi - Dədə Qorqud" dastanında tariximizin əks-sədası", "Təhsil problemləri" qəzeti, 21-31 iyul 2006, №41-42
  6. "Y.Əmrəninin pedaqoji görüşlərinə dair", Ucnöqta.az, 17 iyul 2018.
  7. "AXC və təhsil", "Təhsil" jurnalı, 2018.
  8. "Qarşılıqlı əməkdaşlıq", "Qəbələ" qəzeti, 31.05.2018
  9. "Bütöv Azərbaycan və türkçülük ideyalarinin tərənnümçüsü", "Üç nöqtə" qəzeti, 17.10.2018
  10. "Kitabi - Dədə Qorqud" dastanında milli birliyin tərənnümü", "Oğuz yurdu" qəzeti, 31 mart 2023, №9 (877)
  11. "Yaşlılarla uşaqlar arasında "çatlar", "Bəşər" qəzeti, 22.06.2006, №2
  12. "Mücrim təxəllüslü şairimiz", "Ədalət" qəzeti, 14.05.2019, №76
  13. "İnteraktiv təlim təhsil islahatının əsas məqsədlərindən biridir", P.S.Elm, təhsil və həyat" qəzeti,15.06.2008, №19
  14. "Zamanın tələbi: diferensiallaşdırma və fərdiləşdirmə", "Azərbaycan müəllimi" qəzeti,03.12.1998
  15. "Kitabi - Dədə Qorqud - xalq ensiklopediyası", "İncəsənət" qəzeti,15 iyul-15 avqust 1998
  16. "Müəllim əsas simadırsa...", "Azərbaycan müəllimi" qəzeti,11.10.1994. №23
  17. "Müəllim əsas simadır və ya hər şeyi kadrlar həll edirlər", "Kurikulum" jurnalı, №3, 2014-cü il, səh:89-95
  18. "Zəngin mənəvi xəzinə", "Azərbaycan müəllimi" qəzeti, 20.11.1995
  19. "İkiliklərin izahı barədə", "Azərbaycan müəllimi" qəzeti, 21.04.2006
  20. "Milli mətbuatımızın şah əsəri", "Təhsil və zaman" qəzeti, 14.06.2006. №7
  21. "C.Məmmədquluzadə və teatr", "P.S.Elm, təhsil və həyat" qəzeti,06.03.2009, №9
  22. "C.Məmmədquluzadə və M.Hüseyn", "Təhsil problemləri" qəzeti, 21-31.08.2009. №47-48
  23. "Bir daha Yaqublu toponimi haqqında!", "Oğuz yurdu" qəzeti, 30.06.2022, №21-22
  24. "Molla Nəsrəddin" və qadın azadlığı", "Azərbaycan müəllimi" qəzeti, 31.03,2006
  25. "Şair təbiətli insan", "Ucnoqta.az" saytı, 27.09.2018
  26. "Xalqımıza qarşı törədilmiş soyqırımı ilə əlaqədar şahidlərin söylədikləri", "Oğuz yurdu" qəzeti, 15.09.2006, №17

İ.Verdiyevin metodik tövsiyə xarakterli məqalələrini də iki qismə ayırmaq olar: sırf metodik tövsiyə xarakterli məqalələrpraktik əhəmiyyətli dərs nümunələri. Aşağıda adları qeyd olunmuş məqalələri onlara nümunə göstərmək olar:

  1. "Kitabi - Dədə Qorqud" dastanının tədrisində milli müstəqillik dünyagörüşünün formalaşdırılması", "Azərbaycan müəllimi" qəzeti, 08.01.1998
  2. "Kitabi - Dədə Qorqud" dastanının tədrisində hərbi vətənpərvərlik tərbiyəsi", "Azərbaycan müəllimi" qəzeti, 09.06.2006, №35-36
  3. "Kitabi - Dədə Qorqud" dastanının tədrisində dövlət rəmzlərinə ehtiram hissinin formalaşdırılması", "P.S.Elm, təhsil və həyat" qəzeti,17.02.2006, №7
  4. "Salur Qazanın evinin yağmalanması boyu"nun məzmunu üzərində iş", "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı, №3, 2018, səh: 73-79
  5. "Azərbaycan dili dərslərində Prezidentin nitqlərindən istifadə", "Azərbaycan müəllimi" qəzeti,7-13.02.2003
  6. "Dialektlər" mövzusunun tədrisi haqqında", "Təhsil problemləri" qəzeti, 21-31.01.2009, №5-6
  7. "Uşaq Hüquqları Konvensiyası"nın müddəalarının təbliği, öyrədilməsi və tətbiqinə dair iş sistemi", "Azərbaycan müəllimi" qəzeti, 18-25.10.2000
  8. "M.Füzuli yaradıcılığının tədrisində əfsanə və rəvayətlərdən istifadə", "P.S.Elm, təhsil və həyat" qəzeti,06.02.2009, №5
  9. "Tabeli mürəkkəb cümlənin tədrisində folklor nümunələrindən istifadə", "Azərbaycan müəllimi" qəzeti,04.08.2006, №31
  10. "Sonu "q" və "k" ilə bitən sözlərin yazılışı və tələffüzü", "Kurikulum" jurnalı, VIII cild, №4, 2015. Səh:94-96
  11. "Ş.İ.Xətainin "Ayrılır" qəzəlinin interaktiv metodla tədrisi", "P.S.Elm, təhsil və həyat" qəzeti,25.02.2009, №19 (dərs nümunəsi)
  12. "Felin qrammatik məna növləri haqqında ümumi məlumat", "Azərbaycan müəllimi" qəzeti, 21.11.2014, №45 (dərs nümunəsi)
  13. "Düzgün kitab seçimi mütaliədə əsas şərtdir.", "Azərbaycan müəllimi" qəzeti, 20 iyun 2015-ci il, №22
  14. "Ekoloji biliklərin mənimsədilməsində yerli materiallardan istifadə", "P.S.Elm, təhsil və həyat" qəzeti, 03.11.2006, №41
  15. "Eynimənalı və yaxınmənalı sözlər", "P.S.Elm, təhsil və həyat" qəzeti, 20.01.2011, №3. (Dərs nümunəsi)
  16. "B.Vahabzadə yaradıcılığının tədrisində interaktiv təlimin tətbiqi", "Təhsil problemləri" qəzeti,11-20.07.2009, №39-40. (Dərs nümunəsi)
  17. "Əməli yazı nümunələri", (dərs nümunəsi)
  18. "A.Ələsgərin "Dağlar" qoşmasının təhlili" (dərs nümunəsi)
  19. "Rəsmi işgüzar üslub", (dərs nümunəsi)

İ.Verdiyevin Yaqublu kəndinin və məktəbinin I və II Qarabağ müharibələrində şəhid olmuş övladları - T.Babayev, N.Süleymanov, T.Rzayev (Tofiq Oğuz[12]) və C.Allahverdiyevin həyat və döyüş yolunun araşdırılması, öyrənilməsi və onların adlarının əbədiləşdirilməsinə həsr olunmuş məqalələri də xüsusi əhəmiyyət daşıyır.

Onun "Azərbaycan müəllimi" qəzetində çap olunmuş "Kitabi-Dədə Qorqud" dastanının tədrisində milli müstəqillik dünyagörüşünün formalaşdırılması" adlı məqaləsi 2000-ci ildə nəfis şəkildə çap olunmuş "Kitabi-Dədə Qorqud" ensiklopediyası[13]"na (II cild) və 2015-ci ildə çap olunmuş "Kitabi - Dədə Qorqud" biblioqrafiyası"[14] na, "Üç nöqtə" qəzetində çap olunmuş "AXC və təhsil" məqaləsi isə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasına[15] daxil edilmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Verdiyev İ.: "BMT-nin "Uşaq hüquqları Konvensiyası"nın müddəalarının öyrənilməsi, təbliği və tətbiqi" (Metodik tövsiyə), "Çaşıoğlu", Bakı-2002
  • Verdiyev İ.: "Yaqublu məktəbi", "Çaşıoğlu", Bakı-2003
  • Verdiyev İ.: "Yaqublu və yaqublular", Sumqayıt-2003
  • Verdiyev İ.: "Yaqublu kəndi və onun məktəbi", Mingəçevir-2022
  • "Azərbaycan müəllimi", "Təhsil problemləri", "Təhsil və zaman", "P. S. Elm, təhsil və həyat", "Maarifçi", "İncəsənət", "Bəşər", "Üç nöqtə", "Oğuz yurdu" (Oğuz şəhərində nəşr olunan), "Mingəçevir işıqları", "Ədalət", "Səs", "Qəbələ", "Oğuz yurdu" (Naxçıvanın Sədərək rayonunda nəşr olunan) qəzetlərində; "Kurikulum", "Azərbaycan məktəbi", "Azərbaycan dili və ədəbiyyat tədrisi","Təhsil" jurnallarında, "ManeraAZ", "Uçnoqta" və digər saytlarda dərc olunmuş 100-dən çox məqalə

Təltifləri[redaktə | mənbəni redaktə et]

  1. "Gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə" fəxri fərman. Azərbaycan SSR Maarif Nazirliyi və MAMEİİHİ Respublika Komitəsi, 28 aprel 1983-cü il, №4397
  2. "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olduğuna görə" fəxri fərman. Azərbaycan Respublikası Təhsil Nazirliyi, 18.02.1999, №389
  3. "İlin ən yaxşı məktəb direktoru" müsabiqəsinin qalibi olduğuna görə" fəxri fərman. Oğuz Rayon Təhsil Şöbəsi, 24.05.2007
  4. "Təhsilin humanistləşdirilməsi yeni pedaqoji təfəkkürün təzahürüdür" devizi ilə keçirilən Respublika pedaqoji mühazirəsində "Ümumtəhsil müəssisələrində Uşaq Hüquqları Konvensiyası"nın müddəalarının təbliği, öyrədilməsi və tətbiqi ilə bağlı səmərəli iş sisteminin yaradılması təcrübəsindən" adlı mühazirəsi ilə I yeri tutduğuna görə" Diplom. Azərbaycan Respublikası Təhsil Nazirliyi, 10.05.2000
  5. "Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə" "Əməkdar müəllim" fəxri adı. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 04.10.2005-ci il tarixli sərəncamı
  6. "Öyrədənlərin öyrədəni" kursundan keçərək "Təlimçi" statusu alması barədə" Sertifikat. Azərbaycan Respublikası Təhsil Nazirliyi, 25.12.2010
  7. "Elektron təhsil" Respublika müsabiqəsində "Milli elektron resurslarının yaradılması" nominasiyasında fərqləndiyinə görə" Diplom. Azərbaycan Rüspublikası Təhsil Nazirliyi, 24.12.2014
  8. "İKT-nin tədris prosesinə tətbiqi" müsabiqəsinin qalibi olduğuna görə" fəxri fərman. Oğuz RTŞ, 27 iyun 2014
  9. "Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsində fərqləndiyinə görə" Sertifikat, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, 07.05.2014
  10. "İKT-nin tətbiqi və idarəetmə sistemləri" təlim kursunu uğurla başa vurmağa aid" Sertifikat, Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd" MMC
  11. "Ən səmərəli təkliflər toplusu" müsabiqəsində I yeri tutduğuna görə" fəxri fərman, Oğuz Rayon Təhsil Şöbəsi
  12. "Oğuz rayonunda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə" fəxri fərman. Şəki-Zaqatala RTİ, Oğuz Rayon Təhsil Sektoru, 15.01.2023
  13. "Gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətlərinə görə" fəxri fərman. Şəki-Zaqatala Regional Təhsil İdarəsi, 27.04.2023
  14. "Səmərəli fəaliyyətinə görə" "Şərəf və layaqət" Diplomu. "Təhsil və problemlər" qəzeti, 2010
  15. "Əmək kollektivində işgüzar şərait yaratdığına görə" "Şöhrət" diplomu. "Ədalət uğrunda" içtimai-siyasi qəzet, 2008

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-08.
  2. https://www.facebook.com/oguzgoveduaz/posts/2173856542840702/?locale=zh_CN. . (#cite_web_url)
  3. "Təbrik edirik", "Azərbaycan müəllimi" qəzeti, 02.06.1998-ci il
  4. "Təbrik edirik", "Azərbaycan müəllimi" qəzeti, 20.08.1999-cu il
  5. Əliyeva Z.:"İnşa müsabiqəsində I yerə layiq görülmüşdür", "Oğuz yurdu" qəzeti, 28.05.2006-cı il
  6. “Azərbaycan Respublikasının Təhsil Naziri M.Mərdanovla Oğuz içtimaiyyəti nümayəndələrinin görüşü olmuşdur”, “Oğuz yurdu” qəzeti, 30.06.2003. №11. .
  7. “Rəsmi şöbə”,  “Azərbaycan müəllimi” qəzeti, 17.09.1998, №59
  8. "Azərbaycan müəllimlərinin XII qurultayı", "Çaşıoğlu", Bakı-2003, səh:295. .
  9. Zaməddinov E: “Yeni metodik vəsait”, “Oğuz yurdu” qəzeti,30.06.2002. .
  10. https://www.arti.edu.az/nodupload/editor/files/1_%20Az%C9%99rbaycan%20dili-Kurikulum%202013.pdf. . (#cite_web_url)
  11. "Ən yaxşı müəllim" müsabiqəsi
  12. Tofiq Oğuz
  13. https://ebooks.az/book_CctL2PzS.html. .
  14. http://anl.az/down/kitabi-dede-qorqud_biblioqrafiya.pdf. . (#cite_web_url)
  15. http://anl.az/el/emb/Cumhuriyyet/meqale_elm.htm. . (#cite_web_url)

Mənbələr[redaktə | mənbəni redaktə et]

  • [[ "Kitabi-Dədə Qorqud ensiklopediyası",(II cild) Yeni Nəşrlər evi, Bakı-2000, səh:521
  • Amanov R.:"Təhsildə keyfiyyət əsas şərtdir", "Respublika" qəzeti, 26.09.2002-ci il
  • "Oğuz rayonunun 2002-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar" ("Abituriyent" jurnalının 2002-ci il tarixli XII sayına əlavə), Bakı-2002
  • Vahabov İ.İ.: "Oğuz təhsili", "Çaşıoğlu", Bakı-2005, səh:113-114
  • Zeynalov V.: "Azərbaycan ziyalıları", "Bayramoğlu", Bakı-2008, səh:236-237
  • Hüseynli N.:"Yurdum, torpağım, əzəl ünvanım-Oğuz", "Nasir", Bakı-2012, səh:251-256
  • Əhmədov M.: “Tanınmış təhsil işçisi”, “Təhsil və zaman” qəzeti, 28 dekabr 2005-ci il
  • Nurməmmədov R.:"Qabaqcıl təhsil işçisi", "Oğuz yurdu" qəzeti, 16.11.2005
  • Nurməmmədov R.: “Təhsil fədaisi və cəfakeş ziyalı”, “Üç nöqtə” qəzeti, 27 aprel 2019-cu il
  • Verdiyev İ.:"Yaqublu kəndi və onun məktəbi", Mingəçevir-2022, səh:104-109
  • "Oğuz təhsili № 2", "Oğuz yurdu" qəzeti, 30.04.2006, №8
  • B.Əlisəfaoğlu B.:"Məktəbin qabaqcıllığını şərtləndirən amillər", "Təhsil və zaman" qəzeti, 20.05.2009, №9
  • "Tanınmış təhsil işçisi", Azərbaycan müəllimi" qəzeti, 13.01.2006
  • Verdiyev İ.: "Yaqublu və yaqublular", Sumqayıt-2003. Səh:111-113
  • "Oğuz rayonunun 2018-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar" ("Abituriyent" jurnalının XII sayına əlavə), Bakı-2018
  • Qurbanova V.:"Yaqublu kəndi və onun məktəbi" adlı kitab", "Oğuz yurdu" qəzeti, 17.06.2022, №19-20
  • http://mekteb.edu.az/az/62/62015a2020_4a.htm
  • http://ek.anl.az/search/query?term_1=%C4%B0.Verdiyev&theme=e-kataloq]]