Zərrab

ZərrabAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Zərrab
40°56′26″ şm. e. 47°25′05″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 289 nəf.
Xəritəni göstər/gizlə
Zərrab xəritədə
Zərrab
Zərrab

Zəraf, Zərdab variantlarında da qeydə alınmışdır. Kənd Sarısu adlı kiçik çayın sahilində yerləşdiyinə görə belə adlanmışdır. Fars dilində Zərdab "sarısu" deməkdir.[1]

"Zərrab"ın "zər" və "ab" sözlərindən yarandığı da ehtimal edilir. "Zər"in "od", "ab"ın isə "su" olduğu bəllidir.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə albanlara aid olduğu ehtimal edilən qədim xristian qəbiristanlığı mövcuddur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 25 km cənubda, Yaqubludan 5 km qərbdə yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 289 nəfər yaşayır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, heyvandarlıqüzümçülük təşkil edir.

Kənddə klub, kitabxana və 60 nömrəlik ATS mövcuddur.

Kənddə orta məktəb fəaliyyət göstərir.

Kənddə tibb məntəqəsi var.

  1. Zərrab // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 296. ISBN 978-9952-34-156-0.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629