İnaksessibl adası (ing. Inaccessible – "əlçatmaz") — son altı milyon il əvvəl aktiv olan sönmüş vulkan və yaranmış vulkanik ada. Adada 449 metr (1,473 ft)-ə çatan Keyrn zirvəsi yerləşir.[3] Tristan-da-Kunyadan 31 km (19 mil) cənub-qərbdə, Cənubi Atlantik okeanından ucalan İnaksessibl adasının sahəsi 12,65 km2 (4,88 kv mil)-dir. Ada dik sıldırımlar ilə əhatə olun sa da, bir neçə qaya çimərliyinə yan alına bilər. Dənizçilərin nəsilləri isə çətin sahillərdən və yaşayış olmayan ərazilərdən ehtiyat edirdilər. Buna görə də, İnaksessibl adasının 1873-cü ildən bəri daimi sakini yoxdur.
İnaksessibl | |
---|---|
Inaccessible Island | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 5 km |
Hündür nöqtəsi | 0 m[2], 511 m[2] |
Əhalisi |
|
Yerləşməsi | |
37°18′09″ c. e. 12°40′28″ q. u.HGYO | |
Ölkə | |
Arxipelaq | |
|
|
BTTSMB Kateqoriya Ia (Ciddi Təbiət Qoruğu) | |
Rəsmi adı | Gough and Inaccessible Islands |
Tipi | Təbii |
Kriteriya | (vii), (x) |
Tarixi | 1995 (41-ci sessiya) |
İstinad nöm. | 740 |
Ölkə | {{ {{{1}}}
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Region | Afrika |
Genişləndirilməsi | 2004 |
Tarixi | 20 noyabr 2008 |
İstinad nöm. | 1869[1] |
Vikianbarda əlaqəli mediafayllar |
İnaksessibl adası, Birləşmiş Krallığın Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları kimi tanınan xarici ərazilərinin bir hissəsi olan Tristan-da-Kunya arxipelaqına daxildir. Adanın özü yalnız Cənubi Afrika Respublikası, Keyptaundan yeddi günlük dəniz yolu ilə, il ərzində sahilin adaya yanaşmaya imkan verdiyi cəmi 60 gün müddətində əlçatandır.
Ada Qof adası ilə birlikdə vəhşi təbiət qoruğudur və ikisi birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. İnaksessibl adası ərazi üçün endemik və dünyanın hələ də yaşayan ən kiçik uçmayan quşu olan İnaksessibl sufərəsinin evidir.
Ada, Tristan-da-Kunya arxipelaqının əsas adasından təxminən 31 km (19 mil) cənub-qərbdə yerləşir. Adətən, yanlız və məskunlaşılmayan adanın şimal-qərb nöqtəsində Port-Devid adlı kiçik bir yan alma sahili var.
İnaksessibl adası 1656-cı ilin yanvar ayında, Tristan-da-Kunyanın potuqal dənizçilər tərəfindən ilk dəfə görüldüyündən 146 il sonra, ’t Nachtglas ("gecə şüşəsi") adlı holland gəmisi ilə, Yan Yakobszunun rəhbərlik etdiyi səyahət zamanı kəşf edildi.[4] Yakobszun adanı "Nachtglas" adlandırdı.
"İnaksessibl" (ing. Inaccessible – "əlçatmaz") adı üçün isə, iki izah mövcuddur. Bunlardan birinə görə, adaya yan alan Hollandiya ekipajı onun daxilinə çata bilmədiyi üçün yeni tapılan ada xəritələrdə "İnaksessibl" adlandırılmışdır.[5] Digəri isə, Fransız kapitan d'Etşeverrinin 1778-ci ildə adaya yan ala bilmədikdən sonra onu belə adlandırdığının iddia edir.[3][6] 1803-cü ildə Amasa Delananın başçılıq etdiyi ABŞ-lı suiti ovçuları adaya yan aldılar.[4]
1871-ci ildə Almaniyadan adaya gələn Stoltenhoff qardaşları, bu ticarətin az olmasına baxmayaraq, canlı suiti ovu ilə məşğul olmaq və öz mallarını keçən səyahətçilərə satmaq məqədilə burada iki il yaşadı. Onlar, yemək qıtlığı səbəbindən, 1873-cü ildə ərazinin flora və faunasını araşdırmaq üçün buraya gələn HMS Challenger tərəfindən xilas edilmələrindən "məmnun qaldılar".[7] Cənubi Afrikalı müəllif Erik Rosental, 1952-ci ildə Stoltenhoffların bu sərgüzəştini qələmə almışdır.[8] Yaxınlıqdakı Stoltenhoff adası da qardaşların adını daşıyır.
1922-ci ildə, Şeklton ekspedisiyasına aid olan Quest adlı gəmi, qısa müddət üçün İnaksessibl adasına yan aldı və təbiətşünas Hubert Uilkins, adada, sonralar Nesospiza wilkinsi adlandırılacaq bir quş aşkarladı. 1938-ci ildə Norveç Elmi Ekspedisiyası adada üç həftə keçirdi və bu müddət ərzində platoya çıxmağı və geniş kataloqu olan bitkilər, quşlar və süxurları əldə etməyi bacardı. Adanın xəritələşdirilməsində başqa bir cəhd, Kral Cəmiyyətinin 1962-ci ildə Tristan-da-Kunya ekspedisiyası zamanı adaya gələn alimlər tərəfindən edildi. Onlardan əvvəlki bir çox tədqiqatçı kimi, alimlər də adanın daxili hissəsinə çata bilmədilər.
İnaksessibl adası, 1976-cı il Tristan-da-Kunya Qoruma Sərəncamı ilə təbiət qoruğu elan edilmişdir. Bununla belə, ada sakinlərinə hələ də adadan dəniz yosunu yığmağa icazə verilir. 1982-ci il ekspedisiyasında (16 oktyabr 1982–10 fevral 1983) İngiltərədəki Denston kollecinin tələbələri və müəllim heyəti adanın ətraflı xəritələrini hazırlamış, flora, faunası və geologiyasını tədqiq etmiş və 3000-dən çox quş üzərində qeyd proqramı həyata keçirmişdir.[9]
1997-ci ildə adanın 22 kilometr (14 mil)-ə qədər sahil suları 1976-cı il Tristan-da-Kunya Qoruma Sərəncamına əsasən təbiət qoruğu elan edildi. Hal-hazırda, adaya yalnız Tristandan gələn bələdçilərin gəmilərinin ziyarətinə icazə verilir. 2004-cü ildə İnaksessibl adası, UNESCO-nun Ümumdünya irsi siyahısında Qof adasına əlavə edildi.
1816-cı ildə Kapral Uilyam Qlass və ailəsi, Tristan-da-Kunyanın ilk sakinləri oldular və onlarla birlikdə keçi və donuzlar da qida mənbəyi olaraq İnaksessibl adasına gətirildi. Bəzi ev heyvanları ən azı 57 il daha adada qalaraq Stoltenhoff qardaşlarının ekspedisiyası zamanı onların həyatda qalmasına kömək etsə də, indi məhv olmuşlar. Mal-qara, qoyun və itlər də ada tarixinin müxtəlif nöqtələrində adaya gətirilmiş, lakin heç biri sağ qalmamışdır.
Adada quru məməliləri, sürünənlər, amfibiyalar, kəpənəklər və ilbizlər tapılmamışdır. Adada 64 yerli bitki növü, o cümlədən 20 növ çiçəkli bitki və 17 növ qıjı mövcuddur. Bundan əlavə, adada 48 onurğasız növü mövcuddur və onlardan 10-u adaya sonradan gətirilmişdir.[10] Adada artan sayda subtropik dəniz pişiyi və cənub dəniz fili də görülmüşdür və ətraf sularda balinakimilər, xüsusən də, Cənub balinası və tünd delfin populyasiyası yaşayır.
İnaksessibl, dünyanın yaşayan ən kiçik uçmayan quşu olan İnaksessibl sufərəsi ilə məşhurdur.[11][12][13] Ada, BirdLife İnternational tərəfindən sahil quşları və endemik qurbağaların böyümə yeri olaraq Əhəmiyyətli Quş Sahəsi (ing. Important Bird Area (IBA)) təyin edilmişdir. IBA üçün əhəmiyyətli olan quşlara şimal kəkilli pinqvini (27 minə qədər cüt), Tristan albatrosu (2–3 cüt), tüklü albatros(200 cüt), sarıdimdik albatros (1 100 cüt), enlidimdik balinaquşu (500 000 cütə qədər), Pterodroma mollis (50 000 cütə qədər), Procellaria conspicillata, böyük xallı fırtınaquşu (2 milyon cütə qədər), Puffinus assimilis (50 000 cütə qədər), Pelagodroma marina (50 000 cütə qədər), Fregetta grallaria (50 000 cütə qədər), Antarktik susüpürəni, İnaksessibl sufərəsi (5 000 cütə qədər), Tristian qaratoyuğu və Nesospiza acunhae daxildir.[14]
İnaksessibl adası Tristan-da-Kunya adaları tərəfindən bir neçə iqtisadi məqsədlə istifadə edilmişdir. Adada quano çöküntüləri və yumurtalar var. Lakin, səyahətçilər adaya səyahət etməkdə çətinlik çəkdiklərinə görə, əsasən yaxınlıqdakı Naytinqeyl adasına getməyi seçirlər.
On this one tiny island, there is a thriving population of thousands of what we’ll now call Laterallus rogersi, but they are considered vulnerable to extinction.