İndoneziyada din — İndoneziya Respublikasının ərazisində din.
Bu ölkədə İslam dini tacirlərin vasitəsilə yayılıb[1].
İndoneziya əhalisinin böyük əksəriyyəti - 86 faizi müsəlmanlardır[1]. Hazırda 230 milyon nəfərdən artıq müsəlman əhalisi olan İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur[1].
Xristianlar əhalinin 10.72 faizini (7.6% protestant, 3.12% katolik) təşkil edir.[2]
İndoneziya özündə hinduizm, buddizm və islam dinlərinin abidələrini birləşdirən məbəd memarlığının nadir beşiyidir[1].
Möhtəşəm budda kompleksi olan Borobudur e.ə. IX əsrdə dördtərəfli nəhəng piramidalar şəklində tikilən ən böyük məbəddir. Borobudur Budda kompleksi Vişna, Şiva və Braxma allahlarına həsr olunmuş dünyada ən iri dini tikililərindən biridir ki, günümüzədək qorunub saxlanılıb. Min il əvvəl Merapi vulkanından sonra insanlar bu yerləri tərk edib. 800-cü illərdə inşa edildiyi düşünülən bu möhtəşəm məbəd vulkan partlaması nəticəsində uzun əsrlər unudulub. Lakin nəhəng memarlıq kompleksi yalnız 1815-ci ildə, demək olar ki, vulkan külü və tamamilə cəngəlliklərlə örtülmüş halda tapılıb. Yarım əsr keçəndən sonra YUNESKO-nun himayəsi altında onun əsaslı bərpasına başlanılıb. Qazıntıları zamanı budda kompleksinin digər maraqlı materialları da tapılıb, onları Borobudur kompleksinin ərazisində yerləşən eyniadlı muzeydə görmək olar. Məbədi sübh tezdən ziyarət etmək daha yaxşıdır. Çünki budda kompleksi doğan günəşin şüaları altında çox füsunkar görünür[1].
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |